Məqalələr

Oddan oda…

Axi nədəndir tonqala, oda olan sevgi? Axı hardandır ocağa olan bu qədər hərislik?

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Saat 19:33, dostumgilin qonağıyam, qapının zəngi çalınır, yəqin qonşudur deyə düşünürük. Dostumun anası qapının gözlüyündən baxır ki, qapıda kimsə yoxdur. Qapını açır, yerdə bir qara yun papaq var. Budur, növbəti papağından keçən, qapıya tullayıb qaçan kəs, ya papaq başdan, ya da baş papaqdan bezib. Qadın gülümsəyərək deyir ki, xonçanı gətirin, papağa bayram sovqatı qoyaq. Sahibinin başından daha qiymətli olan şirniyyatları papağa doldurub: ”ay papaq yiyəsi, gəl papağını apar” deyib papağı götürdüyü kimi tozlu torpaqlı qapının kandarına qoydu. Yiyəsi də oğrun-oğrun gəlib papağı götürüb elə qaçdi ki, elə bil … .

Bax bu da Novruz. Nə əvvəli, nə də sonu bilinən Novruz. Doğurdan da, Mart gəldi, dərd gəldi. Yenə gəlib çatdı bu Novruz günləri. Demək ki, yenə tonqal, yenə məşəl, yenə onun bunun qapısını pusmaq, yenə xoruz döyüşdürmək, yenə yumurtanı yumurtaya çırpıb sındırmaq, yenə papağı ”o qapı sənin bu qapı mənim” prinsipi ilə ora bura tullamaq, yenə şam yandırmaq, yenə səməni göyərtmək, yenə aşıqlar, yenə yallı və yenə də yenə…

Pəncərədən gördüyüm mənzərə məni xeyli uzaqlara aparıb düşüncələrin qoynuna çağırdı. Həyətdə böyük bir izdiham var. Təzəcə qalanmış tonqal, həndəvərinə toplaşmış neçə-neçə cavan qız- gəlin,oğul-uşaq, qoca-cavan.

Maqarlıdır ki, novruza olan sevgidən başqa görəsən bu camaatı daha nə birləşdirir? Axi nədəndir tonqala, oda olan sevgi? Axı hardandır ocağa olan bu qədər hərislik? Görəsən etdikələrinin nahiyyətinə varırlarmı?

Gənclərdən biri tonqalı alovlandırdıqdan sonra həm böyük bir nümayişkəranəliklə, həm də xüsusi bir coşquyla bir az kənara çəkilərək qaçıb tonqalın üstündən uca səslə “Ağırlığım,uğurluğum tonqala” deyərək tullanır və kənarda sevinc səsləri ucalır. Bu cavanın hərəkətindən daha da ilham alaraq ardınca başqa gənclər də ocağın üstündən o tərəf bu tərəfə tullanmağa başlayırlar. Fikrimdə belə bir sual yaranır. Görəsən odun üstündən beləmi tullanırlar? Məncə yox. Düşünəndə ki, biz müsəlmanıqsa, Allaha iman gətiririksə, elçisini seviriksə, Kitabını sevə-sevə oxuyub qəbul ediriksə onda mütləq bunu da qəbul etməliyik ki, bu tonqalın üstündən asanlıqla tullanan kəs, Cəhənnəm odunun üstündən tullana bilməz.

Görəsən heç düşündükmü ki,əgər Zərdüştlükdən gələn bir adəti bizim Allahimiz, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun), dinimiz qətiyyətlə pislədiyi və bir mənalı olaraq əleyhinə olduğu halda biz müsəlmanlar bu bayramı sevə-sevə necə qeyd edə bilərik?

Hələ bu azmış kimi,  hətta İslam ölkələrinin birində Novruz süfrəsinə Qurani-Kərim də qoyulur… “Ağirlığım, uğurluğum tonqala” deyən gənc özlüyündə tam arxayindır ki,bu bir ildə topladığı qada-bəlanı, ağırlığı tullandığı tonqalda yandıracaq və ondan beləcə asanlıqla azad olacaq. Məncə o anlamir ki,əksinə buna inanıb da tullandığına görə qada-bəla, ağırlıq, tonqalda yanmayib da onun öz çiyinlərinə günahlar şəklində yüklənərək Qiyamət günü Sirat körpüsündən keçərkən ciyinlərinə ağırlıq edib onun özünü tonqala atıb yandıracaq.

Hələ bu azmış kimi qapı busmaqla camaatın haqqına girmək, israfçılıq edib yumurtaları sındırıb tələf etmək, bir çörəyə ehtiyacı olanları göz önünə gətirmədən tonlarla buğdadan səməni hazırlamaq, fal açıb kiminsə ürəyinə xal salmaq görəsən nə vaxta kimi davam edəcək? Amma hələ də ümid var, Uca və sonsuz lütf sahibi olan Allahim hər kəsi bağışlaya bilər, sadə bir yolla, asan bir addımla-günahlarını bu tonqalda birdəfəlik yandirmaqla. Onun odda yanmasına səbəb olacaq hər bir şeyi oda atıb məhv etməklə. Bax budur nicat yolu, bax budur Sirat körpüsüundən asanlıqla tulllanmaq.

Amma vaxt çox azdır. Möhlət cox qısadır. Oda alova olan hərislik Uca Allahın diqqətindən qətiyyən yayınmır. Sənin tonqala olan bu sevgini əbədi alovla mükafatlandıracağından qorx. Əks halda Sahib qardaşımın dediyi kimi:

Sənin kimi od-alovu sevən görmədim hələ mən,
Sevdiyin günahlarin od qalayir günlərindən”.

Günahlarını bugün yanacaq tonqaldan daha tez yandır, ağırlığı, qada-bəlani üzərindən tövbə etməklə daha tez azad et, əziz qardaşım.

Hazırladı: Zeyd ibn Zubeyr

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha