Dua və zikrlər

Narahatçılıq və kədərdən qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Narahatçılıq və kədərdən qorunma

İbn Məs‘ud (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bir kimsəyə narahatçılıq və ya kədər üz versə, və o: “Allahım, həqiqətən mən sənin qulunam, və sənin qulunun (ata) övladıyam, və sənin qulunun (ana) övladıyam. Mən Sənə tabehəm, Sənin verdiyin qərərlar mənim üçün mütləqdir, mənin haqqımda verdiyin hökm isə ədalətlidir. Mən Sənin Özünü adlandırdıqın, Kitabında nazil etdiyin, hər hansı bir məxluquna açdıqın, və Səndən başqa hamıdan gizlətdiyin hər bir adla çağırıram, (Allahım) Quranı mənim qəlbimin baharı et, köksümün nuru et və mənə üz verən narahatçılıq və kədərin yox olmasının səbəbi et” – kəlmələrini desə, Əzəmətli və Qüdrətli Allah mütləq həmin insanı kədərdən azad edər və onun qəmini, sevinclə əvəz edər”.

İnsanlar soruşdular: “Ey Allahın rəsulu! Biz bu kəlmələri əzbərləyəkmi?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Əlbəttə, bu sözləri eşidən onları əzbərləsin”. Əhməd, 1/391; İbn Hibban, 3/972; at-Tabarani, 10352. Hədisin səhih olduqunu hafiz Əbül-Fadl əl-Bağdadi, şeyxulislam İbn Teymiyyə, şeyx ibn Qeyyim və şeyx əl-Albani kimi aimlər təsdiqləmişlər.


أَللَّهُمَّ إِنِّي عَبْدُكَ، ابْنُ عَبْدِكَ، ابْنُ أَمَتِكَ، نَاصِيَتِي بِيَدِكَ مَاضٍ فِي حُكْمُكَ، عَدْلٌ فِي قَضَاؤُكَ، أَسْأَلُكَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ، سَمَّيْتَ بِهِ نَفْسَكَ أَوْ أَنْزَلْتَهُ فِي كِتَابِكَ، أَوْ عَلَّمْتَهُ أَحَدًا مِنْ خَلْقِكَ، أَوِاسْتَأْ ثَرْتَ بِهِ فِي عِلْمِ الْغَيْبِ عِنْدَكَ أَنْ تَجْعَلَ الْقُرْآنَ رَبِيعَ قَلْبِي، وَنُورَ صَدْرِي، وَجَلاَءَ حُزْنِي وَذَهَابَ هَمِّي

/Allahumma inni ‘əbduk ibnu ‘əbdik ibnu əmətik nəsıyəti biyədik, mədın fi hukmuk, ‘ədlün fi qadauk, əs-əlükə bikulli-smin huuə lək, səmməytə bihi nəfsək, əu ənzəltəhu fi kitəbik, əu ‘əlləmtəhu əhədən min xalqiq, əuuistə`sərtə bihi fi ‘ilmil-ğaybi ‘indək ən təc‘ələ-l-Qur`ənə rabi‘ə qalbi uə nura sadri ua cələ`ə huzni uə zəhəbə həmmi/.

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha