Fiqh Məqalələr Namaz

Namaz qılarkən sağ əl sol əlin üzərində harada tutulur?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Sünnədə, namazda əlləri bağlamaq sabitdir. Lakin ixtilaf tutulma yerindədir (bədənin hansı nahiyəsində tutulmalıdır). Bu barədə müxtəlif rəvayətlər və alimlərin rəyi var. Bir qismi, əllər göbəkdən yuxarı və ya sinədə, digərləri göbəkdən aşağı tutulmasını tərcih edir.

Əlləri göbəkdən aşağı tutmaq barədə olan rəvayətlər:

1. İsnadında Əbdur-Rahmən bin İshaq və Ziyad ibn Zeyd Suvai olan rəvayətdə, Əli (Allah ondan razı olsun) buyurur: «Bir əli digərinin üzərinə qoyub göbəyin altında tutmaq sünnədəndir.» (İsnadı zəifdir, Əbdur-Rahmən bin İshaq əl-Vasıti əl-Kufi — zəifdir, İmam Buxari, İbn Səd Əbu Davud və Nəsai onu zəif sayıblar. İmam Əhməd deyib: “Onun hədisləri munkərdir”. Ziyad ibn Zeyd Suvai isə məchuldur. (Musnəd 1/ 543/ Əhməd Şəkir). İmam ən-Nəvəvi: «Əlidən (Allah ondan razı olsun) gələn hədisə gəldikdə isə, o ittifaqla zəifdir.» Şərh Muslim 4/115)

2. İbn Həcər Əlidən (Allah ondan razı olsun) gələn rəvayəti zikr edərək: «..Əəllərini göbəyin altına qoydu» — “İsnadı zəifdir” deyir. (“Fəthul Bəri” 2/224. Dər əl-Mə`ərif. Həmçinin “Əvn əl-Mə`bud” 2/323. Dər Kutub..)

3. Əbu Vaildən rəvayət olunur ki: Əbu Hureyra (Allah ondan razı olsun) buyurub: «Sağ əl sol əl üzərinə qoyularaq göbəkdən aşağı tutulur.» (İsnadı Əbdur-Rahmən bin İshəq səbəbi ilə zəifdir. Sunən Əbi Davud, əl-Ərnavut 2/71. Dər ər-Risələ Aləmiyyə h. 1430)

Eyni mənada olan digər hədislərdə, hamısı zəifdir.

Bəzi alimlərin bu barədə dediklərinə baxaq:

Səid ibn Cubeyr və Əhməd bin Hənbəl deyib: «…(Əllər) göbəkdən yuxarıda tutulur, əgər göbəkdən aşağı tutulsa eyb etməz. Əlidən (Allah ondan razı olsun) rəvayət olunur ki: «Əllərini sinəsi üzərində tutardı.» (Təfsiru əl-Munir. əz-Zələyi 30/435). Həmçinin bu İmam Şafinin sözüdür (Fəthul Bəri 3/364).

Abdullah bin Əhməd atası İmam Əhməddən : «Atamı namaz qılarkən gördüm ki, sağ əlini sol əli üzərinə qoyaraq göbəkdən yuxarı qoydu.» (“Məsəil s.62/ “İrva əlğalil 353).

Qadi Əliyəd Əlmaliki «Mustəhəbbət əssalət” –“ Əli’ləm” kitabında deyir: «Sağ əlini sol əli üzərinə qoyaraq sinəsinin üzərinə qoydu.» (ər-Ribat səh. 15 /3-cü nəşr).

Əlləri sinədə tutmaq barədə olan rəvayətlər: (Hədis alimi Nəsiruddin Albaninin” Sıfətu Salətin-Nəbiyy” və” Əhkəm əlcənəyiz” kitabından).

Rasulullah (Allahın ona salavat və salamı olsun) namaz qılarkən «Sağ əlini sol əli və biləyi və (biləyin yuxarısına) qolu üzərinə qoyardı.» (Əbu Davud və Nəsəi və ibn Xuzeymə, səhih sənədlə(2/54/1).Və İbn Hibbən bunu səhih sayıb 485).

(Namazda) «Əllərini sinəsinin üzərinə qoyardı.» (Əbu Davud və İbn Xuzeymə öz “Səhihində” 2/54/1)

Və Əhməd və Əbu Şeyx “Tərix Əsbəhən” sə. 125, və isnadlardan birini Tirmizi həsən sayıb. Əgər nəzər salsaq eyni mənada “əl-Muvattada” və Buxarinin “Səhihindədir”.

1. Tavusdan: «Rasulullah (Allahın ona salavat və salamı olsun) namaz qılarkən sağ əlini sol əli üzərində qoyub sinəsinə tutardı.» (Bu rəvayət mürsəldir .Lakin bu rəvayətin isnadında Suleyman bin Musə “Saduq” düzgunlüyü ilə tanınan, isnadında olan qalan bütün ravilər isə “Siqa” -tam güvənilən ravilərdir. Sunən Əbi Davud. Əl-Ərnəvut 2/71 “Dər Risələ Aləmiyyə 1430 h). Hədisi Abu Davud yaxşı sənədlə varid edib (1/121). Hədis mursəl olsa belə bütün alimlər tərəfindən hüccət kimi qəbul edilir.Ama o alimlər ki, mütləq olaraq mursəl hədisi hüccət sayır, bu cumhur alimlərdir.Ama o alimlər ki, yalnız movsul hökmündə olan və başqa mənbələrdən onu qüvvətləndirdiyi rəvayəti hüccət sayır, bu da düzgündür. Və bu hədis (Tavusdan gələn) növbəti rəvayətlə qüvvətlənir:

2. İbn Xuzeyma (Allah ona rəhmət etsin) buyurur: Vail bin Hucr (Allah ondan razı olsun) dedi: «Rəsulullahla (Allahın ona salavat və salamı olsun) namaz qıldım və o namaz qılarkən sağ əlini sol əli üzərinə qoyaraq sinəsində tutdu.» (İbn Xuzeyma bunu səhihində və “Nasbu rrayə” (1/314). Beyhəqi, sünənidə biri-birini qüvvətləndirən iki rəvayətdə gətirib 2/30).

3. Qabiysə ibn Hulb O da, atasından, dedi: «Nəbi (Allahın ona salavat və salamı olsun) sağa və sola çevrilən zaman (onu) gördüm. Və gördüm ki, bunu sinəsi üzərinə qoyur.Və Yəhya (ibn Səid) vəsf edərək: Sağ əl sol əlin oynağı üzərinə qoyulur.» Əhməd rəvayət edib (5/226) bütün raviləri Müslimin raviləri olub hamısı “siqa”, yalnız Qabiysədən başqa .Onu İbn Hibbən və İcli etibarlı sayıb lakin ondan yalnız Simək ibn Hərb rəvayət edib və ibn Əlmədini Və Ənnəsəi ona məchul deyib ,”ət-Təqribdə” isə o Məqbul (qəbul olunan) sayılıb.

(Şeyx Nasir..) Deyirəm: Belə hədis digər rəvəyətlərə şahid kimi yaxşıdır və ona görə Tirmizi bu hədisi ondan gətirərək, sağ əllə sol əli tutmaq bərədə “Həsən hədis” demişdir.

Bu üç rəvayət əllər sinədə olması barədədir və şəkk yoxdur ki, kim bunları cəm edərsə bunların deyilən məsələdə dəlil kimi istifadə olunmasına yararlı olduğunu görər.

Xülasə: Son olaraq Şeyx Nasir deyir: Namazda əlləri məhz sinədə tutmaq sünnə ilə sabitdir və buna əks olanlar ya zəyif və ya heç bir əsli yoxdur. Sitatın sonu.

Amma bəzi hörmətli alimlər yuxarıda olan rəvayətlərin hüccət olmasına baxmayaraq, hədislərdən birinə açıqlama verərək “sinəsinə tutdu”sözünün eyni mənada gələn digər rəvayətlərdə olmadığından “şəzz” — muxalif sayaraq etibarsız sayıblar və “Şəzz” rəvayətə naqis tərif verərək (rəvayət edənin, ozündən daha qüvvətli və ya sayca daha çox ravilərin rəvayətlərinə müəyyən sifətlərdə müxalif olması) onun əsasında həmən ləfzi zəif sayıblar. Və buna “Sünən Əttirmizi” Şərhi “Tuhfətul Əhvazi” Əsərində, Alləmə Mubərakfuri təfsilatla cavab verib və buyurur ki, əvvəla “şəz rəvayətə” verilən tərif naqisdir. İbn Həcər Ələsqəlani “Fəthul Bəri” əsərinin müqəddiməsində deyir: «…Bəzi ravilərin, ozündən daha qüvvətli və ya sayca daha çox ravilərin rəvayətlərində olmayan əlavə sözlə seçilməsi “illət” kimi təsiri yoxdur və bu mustəqil bir hədis kimi sayıla bilər .Və yalnız, əlavə kəlimə ilə fərqlənən rəvayət, digərləri ilə ziddiyyət təşkil edərsə hansı ki, aralarında cəm etmək mümkün deyil və ya güclü bir dəlil ola ki oradakı əlavə “Mudrəc” olaraq ravi tərəfindən mətnə əlavə olunub – bax bu (“illət” kimi) təsir edə bilər.» (“Fəthul Bəri” Müq. səh. 402)

Sonra İbn Həcər (Allah ona rəhmət etsin) 445 ci səhifədə “Şəzz” rəvayətə tərif verərək deyir ki: «Bəzi ravilərin, ozündən daha qüvvətli və ya sayca daha çox ravilərin rəvayətlərində olmayan əlavə sözlə seçilməsi və aralarında mühəddislərin qaydalarına əsasən cəm etmək mümkün olmayan müxaliflik “şəzz” sayılır.» (“Fəthul Bəri” Müq. S. 445)

«Burada olan muxaliflik mütləq mənada deyil. Nəzərdə tutulan muxaliflik ziddiyyət təşkil edən müxaliflikdir. Necəki 37 səhifədə İbn Həcər bunu qeyd edir.» (“Sunən ət-Tirmizi” Şərhi “Tuhfətul Əhvazi” 2/82-84)

Bu məsələdə “Sünən Əttirmizi” Şərhi “Tuhfətul Əhvazi” kitabında müəllif geniş açıqlama verərək məsələdə olan rəvayətləri gətirərək bütün mülahizələrə geniş təfsilat verir.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Elnur Əliyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment