İbrət al Məqalələr

Namaz nurdur

Namaz — İslamın dirəyidir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx ibn Useymin (rahiməhullah) buyurur: “Namaz nurdur! Qulun qəlbində, üzündə, qəbrində və həşr olunmasında (dirilməsində) olan bir nurdur!” Şərhu Riyadıs-Salihin, 1/190.

Şeyx ibn Useymin (rahiməhullah) buyurur: “Üzlərində ən çox nur olan insanlar, namazları çox olan və o namazlar barəsində Allah Əzzə və Cəllədən ən çox qorxanlardır.” Şərhu Riyadıs-Salihin, 1/190.

Şeyx ibn Useymin (rahiməhullah) buyurur: “Namaz — İslamın dirəyidir. Əgər dirək olarsa, onun üzərində nəsə qurmaq da mümkün olacaq. Lakin əgər dirək olmasa, onun üzərində heç nə qurulmayacaqdır!” Şərhu Riyadıs-Salihin, 1/190.

Şeyx ibn Useymin (rahiməhullah) buyurur: “Əgər insan namaz vasitəsi ilə Allahdan işlərinə görə kömək diləyərsə, Allah ona həmin şeyi asanlaşdırar. Çünki namaz qul ilə Rəbbi arasında olan bir bağlayıcıdır.” Şərhu Riyadıs-Salihin, 1/181.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

www.feqih.com saytı tərəfindən tərcümə olundu