Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Sünnədən dəlillər
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “
Hədisdən göründüyü kimi, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) gələcəkdə musiqini halal biləcək insanların olacağını qabaqcadan bizlərə xəbər vermişdir.
Demək ki, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) zamanında musiqi haram idi və bu da hər kəs tərəfindən haram olaraq qəbul olunmuşdu. Lakin hədisdə gələcəkdə elə bir insanların olacağı vəd edilir ki, onlar musiqini heç bir əsas olmadan halal kimi qəbul edəcəklər. Bu fikir öz təsdiqini artıq xeyli vaxtdır ki tapıb. Lakin, təəssüflə qeyd olunası bir məqam budur ki, musiqini elə bir çox dindarlar və din xadimləri halal olaraq qəbul edərək insanları bu harama dəvət edirlər.
Musiqi şeytanın insanları yoldan çıxarmaq üçün istifadə etdiyi ən güclü silahlardandır. Abdullah ibn Dinar (Allah ona rəhmət eləsin) rəvayət edir ki, o, Abdullah ibn Ömərlə (Allah onlardan razı olsun) bazara çıxmışdı. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) çalıb-oxuyan bir qız uşağının yanından keçdikdə (onu göstərib) dedi: “Əgər şeytan kimdənsə əl çəkmiş olsaydı, bundan əl çəkərdi” ( Buxari, «Ədəbul-Mufrad»kitabı, 784) .
Abdullah ibn Ömərin (Allah onlardan razı olsun) azad olunmuş köləsi Nəfi (Allah ona rəhmət eləsin) rəvayət etmişdir: “Abdullah ibn Omər (Allah onlardan razı olsun) bir musiqi eşitdi, barmaqları ilə qulaqlarını qapadı, yoldan uzaqlaşdı və məndən soruşdu: «Nəfi! Bir şey eşidirsənmi?” Mən də: “Xeyr» — deyə cavab verdim. Sonra barmaqlarını qulaqlarından çəkdi və «Allahın elçisi ilə birlikdə idim. O da eynilə belə etdi» — dedi. (Sunənu Əbu Davud 4924.)
Ummu Əlqəmə rəvayət edir ki, Aişənin (Allah ondan razı olsun) qardaşı qızlarına sünnət etdilər. Aişəyə (Allah ondan razı olsun) deyildi ki, bəlkə bunları əyləndirmək üçün bir adam çağıraq? Aişə (Allah ondan razı olsun): “Olar!”- deyib Adiyin yanına adam göndərdi. Onu evə gətirdilər. Aişə (Allah ondan razı olsun) evə gəldikdə onun başını əsdirərək nəğmə oxuduğunu gördü. Bu adam şeirbaz idi. Aişə (Allah ondan razı olsun) dedi: “Uff! (Bu) bir şeytandır. Qovun onu, qovun onu!”. (Buxari, «Ədəbul-Mufrad» kitabı, 1247).
Ömər bin Abduləziz (Allah ona rəhmət eləsin) əyləncə və musiqi haqqında belə demişdir: “Başlanğıcı şeytandandır, sonu Rahmənin qəzəbidir”. (Zəmmul Məlahi İbn Əbid-Dunya,).
İmam Əhməd bin Hənbəl (Allah ona rəhmət eləsin) belə demişdir: «Ney, zurna, tambur, ud, kamança və bənzərləri haramdır”. (Təlbisul-İblis, 225).
Abdurahman ibn Avf (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini söyləmişdir: «İki sərsəm və haram səsdən çəkindirildim: Musiqi anındakı səs və müsibət anındakı səs (ölüyə ağlama və ya musiqilər üçün yüksək səslə bağırıb-çağıraraq ağlama)». (Durrul-Mənsur, 5/160).
Səhl İbn Səd demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Ümmətimdə yerlə bir olmaq, daş yağması, və yer üzündən silinmək olacaqdır». «Nə zaman?» — deyə soruşuldu. “Çalğı alətləri zühur edib içkilərin bol içildiyi zaman» — dedi. (Durrarul-Mənsur, 2/324).
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Müəllif: Ramil Soltanov