Məqalələr Müxtəlif

Musiqi barədə

Uca Allah Loğman surəsində buyurur:
“İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar.”
(Loğman surəsi, 6).

▪️Ümmətin böyük alimi İbn Abbas (Allah ondan razı olsun) deyib: “Bu ayə musiqi barədədir.” Mucahid deyib: “Zərb alətləri bura aiddir.” (Təfsir Əl-Tabəri 21/40). Həsən əl-Bəsri deyib: “Bu ayə musiqi və musiqi alətləri barədə nazil olub.” (Təfsir İbni-Kəsir 3/451).

Peyğəmbər ﷺ deyib: “Ümmətimdən bəzi qövmlər olacaq ki, zinanı, ipəyi, içkini və musiqini (və müsiqi alətlərini) halal sayacaqlar.”

(Səhih əl-Buxari 5590).

Əbu Hureyra ( Allah ondan razı olsun) Peyğəmbərin ﷺ bele dediyini nəql edir: “Mənim ümmətimdən bir qövm, axır zamanda meymun və donuzlara çevriləcək. Belə deyildi : “Ey Allahın Elçisi ﷺ, Onlar “Lə iləhə illəllah” deyib və sənin Allahın elçisi olduğunu təsdiq edib oruc tutacaqlar? “Bəli“- dedi. Ona ﷺ belə deyildi : “Elə isə nədir bu hala düşməklərinin səbəbi?” O ﷺ belə dedi: “Müğənni qadınların iştirakı ilə zərb alətli musiqi və içki məclisləri düzəldib gecəni içki və əyləncə ilə keçirəcək, səhərə artıq meymun və donuzlara çevriləcəklər.

Əl-Qurtubi, ət-Təzkira 645.

Hazırladı: Elnur Əliyev