İbrət al Məqalələr

Müsibətlər, çətinliklər, sınaqlar

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ.

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.

Bəqər: 155

🔹 Ayədə  Uca Allahın insanları müxtəlif çətinliklərlə, məsələn, qorxu, aclıq, mal-dövlət, can və əkin səmərələrinin azalması ilə imtahan edəcəyi bildirilir. Bu sınaqların məqsədi insanların səbrini və imanını yoxlamaqdır. Ayənin sonunda səbrli insanlara müjdələr verilir, yəni səbr edənlər həm bu dünyada, həm də axirətdə mükafatlandırılacaqlar.

Muxtəsər fi Təfsir…(Mənaca)

İbn Məsud (Allah ondan razı olsun) deyib : » İman iki hissədən ibarətdir: yarısı səbr və yarısı şükr.»

Müsibətlərə səbr etməyin üç mərtəbəsi var : Qəlblə, dil ilə, əzalar ilə.

1. Qəlb ilə narazılıq və qəzəb hissi keçirməmək.

2. Dil ilə müsəlmana yaraşmayan : Üsyan, söyüş və pis sözlər işlətməmək.

3. Əzalar ilə : üz cırmamaq, paltar yırtmamaq, üzə çırpmamaq ,üzərinə torpaq atmamaq və bənzəri əməlləri etməmək.

İbn Bəz رحمه الله.

Hazırladı: Elnur Əliyev