Rəsulullah ﷺ buyurmuşdur:
«Kim müsəlman qardaşına onun xəbəri olmadan yardım edərsə, Allah ona bu dünyada və axirətdə yardım edər»
Sahihul-Cə’mi, 6574/Şeyx Albani hədisə “həsən” demişdir
Rəsulullah ﷺ buyurmuşdur:
«Kim müsəlman qardaşının irz və namusunu müdafiə edərsə, Qiyamət günü Allah onu cəhənnəmdən qoruyar»
Sahihul-Cəmi, 6262/Şeyx Albani hədisə “səhih” demişdir
Rəsulullah ﷺ buyurmuşdur:
«Kim gizlində müsəlman qardaşının namusunu müdafiə edərsə, onu cəhənnəmdən qurtarmaq Allahın üzərində haqq olar»
Sahihul-Cə’mi, 6240/Şeyx Albani hədisə “səhih” demişdir
Hazırladı: Nail Paşayev