Məqalələr

Müsəlman üçün mələklərin ona dua etdiyi 7 şey

Müsəlmanın xəbəri olmadan, onun üçün dua etmək

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1. Namazı gözlədikdə
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: Əbu Hureyra (Allah ondan razı olsun) dedi: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: “Sizdən biriniz namaz qıldığı yerdən durmadığı və dəstəmazı pozulmadığı təqdirdə mələklər onun üçün dua edərək deyərlər: «Allahım onu bağışla, Allahım ona rəhm et.»” (Buxari 445, Muslim 649).

2. Birinci və ikinci səflərdə namaz qıldıqda
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Həqiqətən Mələklər birinci səfdə namaz qılanlar üçün dua edərlər. (Səhabələr) dedilər: «Ey Allahın elçisi! İkinci səff üçün də?» Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «İkinci səff üçündə» (İmam Əhməd. Şeyx Albani hədisin səhih olduğunu bildirmişdir).

3. Namazda «Amin» deyərkən mələklərlin «Amin» deməsi ilə muvafiq olduqda
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «İmam “Amin” dedikdə siz də “Amin” deyin. Çünki kimin “Amin” deməsi mələklərin “Amin” deməsinə müvafiq olarsa, onun keçmiş günahları bağışlanar.” (Buxari və Muslim).

4. Fəcr namazını camaatla bir yerdə qıldıqda
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim Fəcr namazını camaatla bir yerdə qılar, sonra yerində oturub gözləyərsə mələklər onun üçün dua edib deyər : «Allahım, onu bağışla, Allahım, ona rəhm et!» (Əhməd, İbn Həcər hədisə «Həsən» deyib).

5. Müsəlmanın xəbəri olmadan, onun üçün dua etmək
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur «Müsəlman bir kişinin öz (müsəlman) qardaşı üçün onun xəbəri olmadan gizlicə etdiyi duası qəbuldur. Onun (dua edənin) başı üzərində vəkil olunmuş bir mələk vardır ki, hər dəfə qardaşı üçün xeyir dua etdiyi zaman ona vəkil olunmuş mələk belə deyər: “Amin və sənə də onun mislində!» (Muslim).

6. Allah yolunda infaq etmək (xərcləmək)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndələrin sabaha çıxdıqları elə bir gün yoxdur ki, o gün iki mələk enməsin. Onlardan biri deyir: “Allahım, sərf edənə əta et (ver)!” O birisi isə deyir: “Allahım saxlayanın (sərf etməyənin) malını tələf et.” (Buxari və Muslim).

7. İnsanlara xeyir öyrətmək
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Allah, mələkləri, yerdə və göydə nə varsa hətta yuvasında olan qarışqa, suda olan balıq belə insanlara xeyir öyrədənlər üçün dua edərlər.» (Tirmizi. Şeyx Albani hədisin səhih olduğunu bildirmişdir).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti