Məqalələr Müxtəlif

Müsəlman qəssabın kəsdiyi əti yeməyin hökmü

Sual: Müsəlman qəssabın kəsdiyi ət haqqında görüşünüz nədir?

Cavab: Əsl olan odur ki, müsəlman qəssabın kəsdiyi ət halaldır və o, Allahın adını zikr edir. Buna da dəlil Buxarinin (رحمه الله) Aişədən (رضي الله عنها) rəvayət etdiyi hədisdir ki, o, belə demişdir: «Bir camaat Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ey Allahın elçisi! Bir toplum var ki, bizə ət gətirirlər, lakin, biz bilmirik onlar Allahın adını çəkiblər yoxsa yox”. Peyğəmbər ﷺ dedi: “Bismilləh deyib yeyin”. Aişə dedi: “Onlar küfrdən yeni çıxmışdılar”.

Sənin də bildiyin üzərə, küfrdən yeni çıxanlar islam əhkamları haqqında çox məlumatlı olurlar. Əgər, əti kəsən müsəlman, yaxud yəhudi, yaxud xristian olarsa, əsl olan odur ki, kəsmiş olduğu ət halaldır. Belə olan halda da biz demirik ki, ola bilsin bismilləh deməyib, ola bilsin namaz qılan deyil, yaxud buna oxşar digər cümlələr»

Liqaul-Bəbil-Məftuh | Şeyx ibn Useymin

Nəticə: Müsəlmanın yaxud kitab əhlinin kəsdiyi ətdə əsl olan halal olmasıdır.

Hazırladı: Nail Paşayev