Rəhmli və Mərhəmətli Allahin adi ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Əbu Musa ( Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) belə buyurdu: “Quran oxuyan mömin dadı gözəl, ətiri gözəl portaqal meyvəsi kimidir. Quran oxumayan mömin dadı gözəl, amma ətiri olmayan xurma kimidir. Quranı oxuyan günahkar kimsə ətiri gözəl, dadı acı reyhan otu kimidir. Quran oxumayan günahkar isə dadı acı, ətiri olmayan Əbu Cəhil qarpızı kimidir” (Buxari 5427, 5059; Muslim 797)
Ömər ibn Xəttab (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) belə buyurdu: “Həqiqətən Allah insanların bəzilərini bu Quran vasitəsilə ucaldar, bəzilərini isə alçaldar” Müslim 817.
Dua № 36
رَبِّ بِمَا أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِّلْمُجْرِمِينَ
/Rabbi bimə ən`əmtə aleyyə fələn əkunə zahiiral-lil mucrimin/
“Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” (Qasas 28: 17)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/28_17.mp3]Dua № 37
رَبِّ انصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ
/Rabbin-surni aləl-qauvmil-mufsidin/
“Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!” (Ənkəbut 29: 30)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/29_30.mp3]Dua № 38
رَبِّ اجْعَلْ هَـَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُم بِاللّهِ وَالْيَوْمِ الآخِرِ
/Rabbic`əl həzə bələdən əəminən varzuq əhləhu minəs-səmərati mən əəmənə minhum billəhi val yəuvmil əxir/
“Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Bəqərə 2: 126)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/2_126.mp3]Dua № 39
رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
/Rabbənə əfriğ aleynə sabran va səbbit əqdəmənə van-surnə aləl-qauvmil kəfirin/
“Ey Rəbbimiz! Bizə səbr ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” (Bəqərə 2: 250)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/2_250.mp3]Dua № 40
رَبَّنَا أَخْرِجْنَا مِنْ هَـذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا
/Rabbənə əxricnə min həzihil qaryətiz-zalimi əhluhə vac`əl lənə min lədunkə valiyyən vac`əl lənə min lədunkə nəsırə/
“Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” (Nisa 4: 75)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/4_75.mp3]Dua № 41
رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ وَمَا لَنَا لاَ نُؤْمِنُ بِاللّهِ وَمَا جَاءنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ
/Rabbənə əmənnə fəktubnə mə`əş-şəhidin va mə lənə lə nu`minu billəhi va mə cəə`ənə minəl-həqqı va nətmə`u ən yudxilənə Rabbunə mə`əl qauvmis-salihin/
“Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! Nə üçün biz Allaha və bizə gələn haqqa inanmayaq? Biz ki Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil edəcəyinə ümid edirik”. (Maidə 5: 83-84)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/5_83-84.mp3]Dua № 42
رَبَّنَا لاَ تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ
/Rabbənə lə təc`əlnə mə`əl qauvmiz-zalimin/
“Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (Əraf 7: 47)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/7_47.mp3]Dua № 43
وَسِعَ رَبُّنَا كُلَّ شَيْءٍ عِلْمًا عَلَى اللّهِ تَوَكَّلْنَا رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنتَ خَيْرُ الْفَاتِحِينَ
/Vasiə Rabbunə kullə şey`in `ilmə, aləl-Llahi təvakkəlnə, Rabbunəf-təh beynənə va beynə qauvminə bil həqqı va əntə xayrul fətihin/
“Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə camaatımız arasında ədalətlə hökm ver. Axı Sən, hökm verənlərin ən yaxşısısan.” (Əraf 7: 89)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/7_89.mp3]Dua № 44
رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ
/Rabbənə əfriğ aleynə sabran va təvaffənə muslimin/
“Ey Rəbbimiz! Bizə çoxlu səbr ver və bizi müsəlman olaraq öldür”. (Əraf 7: 126)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/7_126.mp3]Dua № 45
هُوَ رَبِّي لا إِلَـهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ
/Huva Rabbi lə iləhə illə huva aleyhi təvəkkəltu va ileyhi mətəb/
“O, mənim Rəbbimdir. Ondan başqa ilah yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”. (Rad 13: 30)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/13_30.mp3]Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Hazırladı: Abu AbduLlah