Rəhmli və Mərhəmətli Allahin adi ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Əbu Ömər buyurur ki: Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Quran oxuyun! Həqiqətən Quran qiyamət günü onu oxuyanlar üçün şəfaətçi olaraq gələcəkdir!” (Muslim 804)
Osman ibn Affan rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurdu: “Sizin ən xeyirliniz Quranı öyrənib və onu başqalarına öyrədəndir.” (Buxari 5027)
Dua № 26
رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء
/Rabbi həb li mil-lədunkə zurriyyətən tayyibətən innəkə səmi`ud du`ə/
“Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. (Ali İmran 3: 38)
Dua № 27
رَّبِّ زِدْنِي عِلْمًا
/Rabbi zidni `ilmə/
“Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.” (Ta ha 20: 114)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/20_114.mp3]Dua № 28
رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِ
/Rabbi həb li hukmən və əlhiqni bis-salihin, vac`əl-li lisənə sıdqın fil-əxirinə vac`əlni min varasəti cənnətin-nəim/
“Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında (həmişə yad)(edilim)(deyə) mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et!” (Şuəra 26: 83-85)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/26_83-85.mp3]Dua № 29
رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا
/Rabbiğfir-li va li valideyyə va limən dəxalə beytiyə mu`minən va lil-mu`mininə val-mu`minəti va lə təzidiz-zaliminə illə təbəra/
“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh 71: 28)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/71_28.mp3]Dua № 30
رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ
/Rabbi lə təzərni fərdən va əntə xayrul-varisin/
“Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (Ənbiya 21: 89)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/21_89.mp3]Dua № 31
رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ
/Rabbi həb li minəs-salihin/
“Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” (Saffat 37: 100)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/37_100.mp3]Dua № 32
رَّبِّ اغْفِرْ وَارْحَمْ وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ
/Rabbiğfir varhəm va əntə xayrur-rahimin/
“Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (Muminun 23: 118)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_118.mp3]Dua № 33
رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ
/Rabbi ə`uzu bikə min həməzətiş-şəyətın va ə`uzu bikə Rabbi ən yəhdurun/
“Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (Muminun 23: 97-98)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_97-98.mp3]Dua № 34
رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ
/Rabbin-surni bimə kəzzəbun/
“Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!” (Muminun 23: 26)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_26.mp3]Dua № 35
رَّبِّ أَنزِلْنِي مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ الْمُنزِلِينَ
/Rabbi ənzilni munzələm mubərakən va əntə xayrul-munzilin/
“Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!” (Muminun 23: 29)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_29.mp3]Ardı var Allahın izni ilə…
Hazırladı: Abu AbduLlah
Leave a Comment