Dua və zikrlər

Müqəddəs Qurandan dualar (audio səslənişlə — 2’ci hissə)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/25_74.mp3]

O dedi: “Çalış ki, dilin daim Allahı zikr etməklə islaq qalsın”.

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Abdullah ibn Busr (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi (Peyğəmbərə) dedi: “Ey Allahın elçisi! İslam ayinlərinin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öyrət ki, ondan bərk-bərk yapışım”. O dedi: “Çalış ki, dilin daim Allahı zikr etməklə islaq qalsın”. Sunən ət-Tirmizi, 5/458, Sunən İbn Macə, 2/1246. Albani hədisin «Səhih» olduğunu bəyan etmişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim Allahın Kitabından bir hərf oxusa, bu­nunla ona bir savab yazılır. Bu savab isə on sa­vab mislindədir. Mən demirəm «əlif, ləm, mim» bir hərfdir. Əksinə, əlif bir hərf, ləm bir hərf, mim bir hərfdir». ət-Tirmizi, 5/175; Bax: «Səhihu-t-Tirmizi», 3/9 və «Səhi­hul-Camiu-s-Səğir», 5/340.

 

Dua № 13

رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

/Rabbənə həb lənə min əzvuacinə va zurriyətinə qurratə ə`yun vac`əlnə lil muttəqınə iməmə/

“Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan 25: 74)

Yüklə

Dua № 14

رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا

/Rabbəs-rif ə`nnə əzəbə cəhənnəm, innə `əzəbəhə kənə ğaramə/

“Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir.” (Furqan 25: 65-66)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/25_65.mp3]

Yüklə

Dua № 15

رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

/Rabbənə ətinə fid-dunyə həsənətə va fil əxirati həsənətə və qınə əzəbən-nər/

“Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” (Bəqərə 2: 201)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/2_201.mp3]

Yüklə

Dua № 16

آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ
لاَ يُكَلِّفُ اللّهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَّسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِن قَبْلِنَا رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَآ أَنتَ مَوْلاَنَا فَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

/Əmənər-rasulu bimə unzilə ileyhi mir-Rabbihi val-mu`minun, kullun əmənə billəhi və mələ`ikətihi va kutubihi va rusulihi lə nufərriqu beynə əhədim mir-rusulih. Va qalu səmi`nə va əta`nə ğufranəkə Rabbənə va ileykəl məsır. Lə yukəllifullahu nəfsən illə vus`əhə, ləhə mə kəsəbət va aleyhə mək-təsəbət, Rabbənə lə tuəxiznə in nəsiynə va əxta`nə, Rabbənə va lə təhmil aleynə isran kəmə həməltəhu aləl-ləzinə min qablinə, Rabbənə va lə tuhəmmilnə mə lə taqatə lənə bih, va`fu ənnə vağfir lənə var-həmnə, əntə məuvlənə fənsurnə `aləl qauvmil kəfirin/

“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!”

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”” (Bəqərə 2: 285-286)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/2_285-286.mp3]

Yüklə

Dua № 17

رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ

/Rabbənə lə tuziğ qulubənə bə`də iz hədeytənə va həb lənə mil-lədunkə rahməh, innəkə əntəl Vahhəb/

“Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.” (Ali İmran 3: 8)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/3_8-9.mp3]

Yüklə

Dua № 18

رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ
رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ
رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ
رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ

/Rabbənə mə xaləqtə həzə bətılən subhənəkə fəqınə əzəbən-nər. Rabbənə innəkə mən tudxilin-nəra fəqad əxzeytəh və mə liz-zaliminə min ənsar. Rabbənə innənə səmi`nə munədiyəy-yunədi lil-iməni ən əminu bi Rabbikum fə əmənnə Rabbənə fəğfir lənə zunubənə va kəffir `ənnə seyyiətinə va təvaffənə mə`əl əbrar. Rabbənə va ətinə mə va`əttənə alə rusulikə va lə tuxzinə yəuvməl-qiyəməh innəkə lə tuxliful mi`əd/

“Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” (Ali İmran 3: 191-194)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/3_191-194.mp3]

Yüklə

Dua № 19

رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلاَةِ وَمِن ذُرِّيَّتِي رَبَّنَا وَتَقَبَّلْ دُعَاء
رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ

/Rabbic`əlni muqimə-saləti va min zurriyəti, Rabbən va təqabbəl du`ə. Rabbənəğ-fir li va li valideyyə va lil-mu`mininə yəuvmə yəqumul-hisəb/

“Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim 14: 40-41)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/14_40-41.mp3]

Yüklə

Dua № 20

لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ

/Lə iləhə illə əntə subhənəkə inni kuntu minəz-zalimin/

“Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya 21: 87)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/21_87.mp3]

Yüklə

Dua № 21

رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ

/Rabbi əuzi`ni ən əşkura ni`mətəkəl-ləti ən`əmtə `aleyyə va `alə valideyyə va ən ə`mələ salihən tərdahu va ədxilni birahmətikə fi ibədikəs-salihin/

“Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (Nəml 27: 19)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/27_19.mp3]

Yüklə

Dua № 22

رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ

/Rabbi əuzi`ni ən əşkurani`mətəkəl-ləti ən`əmtə `aleyyə va `alə valideyyə va ən ə`mələ salihən tərdahu va əslih li fi zurriyəti inni tubtu ileykə va inni minəl-muslimin/

“Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (Əhqaf 46: 15)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/46_15.mp3]

Yüklə

Dua № 23

رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي

/Rabbi inni zaləmtu nəfsi, fəğfir li/

“Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” (Qasas 28: 16)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/28_16.mp3]

Yüklə

Dua № 24

رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي يَفْقَهُوا قَوْلِي

/Rabbiş-rah li sadri, va yəssir li əmri, vahlul uqdətəm mil-lisəni yəfqahu qauli/

“Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar!” (Ta ha 20: 25-28)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/20_25-28.mp3]

Yüklə

Dua № 25

رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَإِلاَّ تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُن مِّنَ الْخَاسِرِينَ

/Rabbi inni ə`uzu bikə ən əs`ələkə mə leysə li bihi `ilm, va illə təğfir li və tərhəmni əkum minəl-xasirin/

“Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram” (Hud 11: 47)

[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/11_47.mp3]

Yüklə

Ardı var Allahın izni ilə…

Hazırladı: Abu AbduLlah