Rəhmli və Mərhəmətli Allahin adi ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.” Ğafir surəsi, 60.
Həmçinin buyurur: “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.” Bəqərə, 186.
Peyğəmbər Allahın ona salavat və salamı olsun demişdir: “Allaha dua etmək özu bir ibadətdir və Rəbbiniz buyurmuşdur ki “Mənə dua edin sizə cavab verim”. Əbu Davud 1479. Şeyx Albani hədisin səhih olduğunu təsdiqləmişdir.
Başqa hedisde Peyğember (Allahın ona salavat ve salamı olsun) buyurur: «Sizin Rebbiniz heyalı, kerem Sahibidir, ellerini Ona teref qaldırıb dua eden qulunun ellerini boş qaytarmaqdan utanır.» Əbu Davud 1488, ət-Tirmizi 3556, İbn Macə 3865. Hədisin səhih olduğunuİbn Hibbən, imam əz-Zəhəbi, şeyx Albani və şeyx Abdul Qadir al-Arnut təsdiq etmişdirlər. Bax. “Səhuh Sunən Əbi Davud” 1337, “Cəmiəl usul” 2118
Həmçinin Peyğəmbər (Allahın ona salavat ve salamı olsun) demişdir: “Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər – ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər”. (İnsanlar) dedilər: “Elə isə duaları çoxaldaq!” Allah Elçisi dedi: “Allah daha çox verəndir!” Əhməd 10749. Hədis səhihdir. Bax. “Səhih ət-tərğib” 1633
Dua № 1
رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
/Rabbənə zaləmnə ənfusənə va illəm təğfir lənə və tərhəmnə lənəkunənnə minəl-xasirin/
“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”. (Əraf 7: 23)
Dua № 2
رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ
/Rabbənə aleykə təvakkəlnə və ileykə ənəbnə va ileykəl-məsır/
“Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.” (Mumtəhənə 60: 4)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/60_4.mp3]Dua № 3
رَبَّنَا آمَنَّا بِمَا أَنزَلَتْ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
/Rabbənə əəmənnə bimə ənzəltə vat-təbə`nər-rasulə fək-tubnə mə`əş-şəhidin/
“Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (gön-dərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”. (Ali İmran 3: 53)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/3_53.mp3]Dua № 4
رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ
/Rabbənə əəmənnə fəğfir lənə varhəmnə va əntə xayrur-rahimin/
“Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”. (Muminun 23: 109)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/23_109.mp3]Dua № 5
رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ
/Rabbənə əəmənnə fəktubnə mə`əş-şəhidin/
“(Allahın) elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!” (Maidə 5: 83)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/5_83.mp3]Dua № 6
رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
/Rabbənə innənə əəmənnə fəğfir lənə zunubənə va qınə `azəbən-nər/
“Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”. (Ali İmran 3: 16)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/3_16.mp3]Dua № 7
رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
/Rabbənə ətmim lənə nuranə vağfir lənə innəkə alə kulli şeyin qadir/
“Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”. (Təhrim 66: 8)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/66_8.mp3]Dua № 8
رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَّحِيمٌ
/Rabbənəğ-fir lənə va li ixvaninəl-ləzinə səbəqunə bil-iməni va lə təc`əl fi qulubinə ğılləl-lilləzinə əmənu, Rabbənə innəkə Raufur-Rahim/
“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”. (Həşr 59: 10)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/59_10.mp3]Dua № 9
رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا وَاغْفِرْ لَنَا رَبَّنَا إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
/Rabbənə lə təc`əlnə fitnətəl-lilləzinə kəfəru vağfir-lənə Rabbənə innəkə əntəl-Əzizul-Həkim/
“Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”. (Mumtəhənə 60: 5)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/60-5.mp3]Dua № 10
عَلَى اللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لاَ تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ الظَّالِمِينَ وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ
/Rabbənə lə təc`əlnə fitnətəl-lil-qauvmiz-zalimin va nəccinə birahmətikə minəl qauvmil-kəfirin/
“Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalım tayfanın əlində sınağa çəkmə! Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”. (Yunus 10: 85-86)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/10_85-86.mp3]Dua № 11
ربَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
/Rabbənəğ-firlənə zunubənə və israfənə fi əmrinə va səbbit əqdəmənə vən-surnə aləl-qauvmil-kəfirin/
“Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”. (Ali İmran 3: 147)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/3_147.mp3]Dua № 12
رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا
/Rabbənə ətinə mil-lədunkə rahmətəuv-va həyyi` lənə min əmrinə raşədə/
“Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” (Kəhf 18: 10)
[audio:http://feqih.com/audio/dua-zikr/quran-dua/18_10.mp3]Ardı var Allahın izni ilə…
Hazırladı: Abu AbduLlah