Fiqh Fiqh Elmi Məqalələr

Müqəddimə və sular mövzusuna aid suallar — 10-cu dərs

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Təkrar üçün suallar

1. Fiqh elminin əsaslarından ikisini say.

2. Böyük fiqh ilə kiçik fiqh arasındakı fərq nədir?

3. Səhabələrdən fiqh sahəsində daha çox tanınanlardan üçünün adını de.

4. Ətbəut-Tabiin`in yaşadığı dövr İslam tarixində «Qızıl əsr»- adlanır. Bunun səbəbi nədir?

5. «Böyük alimlərdən qınağın qaldırılması» (ərəbcə: رفع الملام عن الأئمة الأعلام) — kitabının müəllifi kimdir?

6. Alimlərin ixtilaf etmə səbəblərindən ikisini de.

7. Boşluqları dolduraraq cümləni tamamla:

«İnsanların əməlləri ilə əlaqədar olan terminlər beşdir: 1) vacib, 2) müstəhəb, 3) haram, 4) , 5) »

8. «Vacib» –in tərifini de.

9. «Racih» rəy nə deməkdir?

10. Təharətin istilahi mənası nədir?

11. Hədəs sözünün istilahi mənası nədir?

12. Batini təharət necə əldə olunur?

13. Savadsız, fiqhi məsələlərdən baş açmayan və onu öyrədəcək bir elm əhli tapmayan şəxs dörd məzhəbdən birini təqlid edə bilərmi?

14. Hansı sular təmiz hesab olunurlar?

15. Təmiz sulara bir misal çək (dəlili ilə).

16. Nə üçün süd, çay və meyvə şirələri ilə dəstəmaz almaq olmaz? Niyə?

17. Dəniz suyu ilə dəstəmaz almaq olarmı?

18. Nəcis sular nədir ? Tərifini de.

19. Nəyə görə bəzi alimlər fiqh kitablarına əqidə bölümü ilə başlamışdırlar?

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Seymur Camalov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment