Məqalələr Müxtəlif

Mübahilə ayəsi

[toggle title=»Mübahilə ayəsi»]Uca Allah buyurur: «..(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (Ali-İmran, 61)

Cavab: Bu ayә — «mübahilә ayәsi» adlanır. Mәnası, bir mәsәlәdә haqlı tәrәfin ortaya çıxması üçün (iki tәrәf üçün) qarşılıqlı olaraq lәnәtlәşmәk demәkdir. Tәfsirçilәr bildirdiyinә görә Nәcran xristianlarından bir qrup, Allahın elçisinin (Allahın ona salavat vә salamı olsun) yanına gәlәrәk, Quran’da İsa peyğәmbәrin atasız olaraq doğulduğu bildirildiyi üçün, onun Allah olduğunu iddia etdilәr.. Peyğәmbәrimiz isә onları, birlikdә -kim yalan deyirsә, Allahın ona lәnәt etmәsi üçün- dua etmәyә çağırdı. Lakin, Nәcran heyәti bu tәklifdәn boyun qaçıraraq, müsәlmanların himayәsi altına daxil olmağı qәbul edәn bir anlaşma imzalayaraq çıxıb getdilәr..[/toggle]

Leave a Comment