Aktual Müxtəlif Seçilmişlər

Milad günü

Kafirləri dini bayramları münasibəti ilə təbrik etmək haramdır…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Alləmə ibn Useymin (Allah ona rəhmət etsin) buyurur: Milad günü və digər bayramlarında kafirləri təbrik etmək yekdil rəy ilə haramdır. Necə ki, İbn Qeyyim (Allah ona rəhmət etsin) “Əhkəm Əhliz-Zimmə”də demişdir:

“Yekdil rəyə görə, (kafirlərə) xas olan mərasimlərdə onları təbrik etmək haramdır. Necə ki «Bayramınız mübarək olsun» və yaxud «Sizə gözəl bayramlar arzulayıram» və s. digər sözlər söyləməklə bayramlarında və oruclarında onları təbrik etmək kimi. Bu sözü söyləyən kəs hətta küfrdən xilas olsa belə, yenə də belə söyləmək qadağandır. Bu cür sözləri söyləmək xaça ibadət edən və yaxud bundan da pis olan bir şeyi edəni təbrik etməyə bənzəyir. Bu cür sözləri söyləmək içki içən, bir insanı qətl edən və yaxud zina edən və digər əməlləri edən kəsi təbrik etmək kimi böyük günahdır. Dinlərinə hörmət bəsləməyənlərin bir çoxu bu xətaya düşürlər. Onlar əməllərinin nə dərəcədə böyük cinayət olduğunu dərk etmirlər. Hər kim bir insanı asiliyinə (günah etdiyinə) və yaxud bidət və ya küfr etdiyinə görə təbrik edərsə, o kəs özünü Allahın qəzəbi ilə qarşı-qarşıya qoyur.”

İbn əl-Qayyimin qeyd etdiyi kimi, kafirləri dini bayramları münasibəti ilə təbrik etmək haramdır. Çünki bu o mənaya gəlir ki, həmin insan onların küfr mərasimlərini qəbul edir və yaxud təsdiq edir. Hətta həmin insan özü üçün onları qəbul etməsə belə. Lakin müsəlman kəs küfr mərasimlərini qəbul etməməli və yaxud o bayramlar münasibəti ilə heç kəsi təbrik etməməlidir. Çünki Allah təala onların (kafirlərin) heç bir əməllərini qəbul etmir. Allah təala buyurur: «Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar.» (əz-Zumər, 7).

«Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.» (əl-Maidə, 3).

Beləliklə onları təbrik etmək qadağandır. İş yerində və yaxud digər yerdə iş yoldaşların olsa da fərq etməz. Əgər onlar öz bayramları münasibəti ilə bizi təbrik etsələr, onlara cavab vermək olmaz, çünki onlar bizim bayramlarımız deyil, çünki onlar Allah təalanın qəbul etdiyi əməllər deyil. Bu bayramlar onların dinlərinə soxduqları bidətlərdir (yeniliklərdir) və hətta əvvəllər onların dinlərində olan məsələlər Allah təalanın peyğəmbəri Muhəmmədə nazil etdiyi bütün bəşəriyyətə göndərdiyi İslam dini (Quran) ilə hökmü qaldırılmışdır.

Allah təala buyurur: «İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.» (Əli İmran, 85)

Bu cür mərasimlərə dəvəti qəbul etmək müsəlmana haramdır. Çünki dəvəti qəbul etmək təbrik etməkdən daha pisdir. Dəvəti qəbul etmək onların mərasimlərində iştirak etmək deməkdir. Eyni ilə bu cür mərasimlərdə ziyafətlər vermək, keçirməklə və yaxud hədiyyələşməklə, şirniyyat və yemək paylamaqla, işdən istirahət götürməklə kafirlərə oxşamaq müsəlmanlara haramdır. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim bir qövmə bənzəyərsə, o da onlardandır.»

Şeyx ul-İslam ibn Teymiyyə ‘İqtida əl-Sırat əl-Mustəqim’ kitabında, ‘Muxalifətu Əshəb əl-Cəhim’ bölməsində demişdir: «Bayramlarının (mərasimlərinin, şənliklərinin) bəzi məsələlərində onlara oxşamaq o mənaya gəlir ki, həmin insan onların batil etiqadları və əməllərindən razıdır və onlara ümid verir ki, onlar (kafirlər) zəifləri (zəif insanları) zəlil etsinlər və azdırsınlar.»

Kim bu cür əməllər edərsə asidir, fərqi yoxdur istər həmin insan bunu nəzakətlik və ya dostcasına etsin, yaxud onlara (onların təbriklərin) cavab verməmək üçün çox utancaqdırsa, yaxud digər səbəblərdən dolayı etsin. Çünki İslamda bu münafiqlikdir. Çünki bu cür etmək kafirlərdə öz dinlərinə qarşı iftixar hissi oyadır.

Allahdan istəyimiz budur ki, müsəlmanları dinləri ilə fəxr edənlərdən, onları dinlərindən möhkəm yapışanlardan etsin və onları düşmənləri üzərində qalib etsin. Çünki O, Qüvvətli və Qadirdir.

“Məcmu`u fətəva və rasəiliş-Şeyx ibn Useymin” 3/369

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha