İslam tarixi

Mədinə tarixi

Onun vəfatı ilə Mədinənin ən parlaq dönəmi bitmiş oldu.

Rəhimli və Mərhəmətli Allahın adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Mədinə şəhəri özünəxas mənəvi özəlliklər daşıyan bir diyardır. Kim orada yaşayarsa bu özəlliklərə alışar, oradan ayrılarkən isə könlündə o dadı daşıyar. Çünki buranın tarixdən qalma ənənələri vardır ki, şəhər əhalisi bunla seçilir. Artıq bunları insan itirmək istəməz, çünki bunlar keçmişlərin müqəddəs mirasıdır.

Bu mövzuya müraciət etməkdə məqsədimiz sizi şəhərdəki tarixi məkanlar; Nəbəvi məscidi, Quba məscidi, dağlar, vadilər, Şühədayi–Uhud və.s ilə tanış etmək, şəhəri bu kimi tarixi və dini tərəfləri ilə araşdırıb, qədim əsrlərdən günümüzə qədər olan hər şeyi sizə çatdırmaqdır. Mədinənin mədəniyyət, birlik və iqtisadi tərəflərini açıqlamaqdır. Belə ki, siz özünüzü onun xoş iqlimində hiss edəcək, sanki oranı gəzirmiş kimi, o tarixdən və olanlardan dad alacaqsınız. Onu ziyarət etmək üçün bir iştirak içinə girəcək, oradakı ibadətin verdiyi həzzi təkrar yaşamaq üçün orada olmaq istəyəcəksiniz. İman, şərəf və qürurla qarışıq duyğularla, tarixin aydınlığında könlünüz coşacaqdır.
Coğrafi Mövqeyi

Mədinəyi Münəvvərə, Səudiyyə Ərəbistanının qərb bölgəsinin ortasında, dənizdən 625 metr yüksəklikdə yerləşir. Paralel – meredian olaraq kordinatları: şərq meredianı 36-39, şimal paraleli 24-28 –dir. Məkkəyi-Mükərrəməd

Quruluş və Qurucular

Mədinə tarixçilərinə görə, Nuh peyğəmbərin (Allahın ona salamı olsun) altıncı və ya səkkizinci nəvələrindən biri, Ubeyl adlı qəbiləyə riyasət edərək, Babil və Təhamidəki və ya Hicazın ətrafındakı bölgələrində olan əsl vətənini tərk edib, məhsuldar bir yerə yönəlmiş, məskunlaşmaq üçün yer axtarmışdır. Bu məhsuldar torpaqlar, bol ağaclı, bol sulu və dağlarla vulkanik təpələrdən ibarət ərazidə yerləşmişdi. Bunun ardınca gələn əsrlərdə isə (miladdan öncə) Yəsrib, müxtəlif idarəetmə altına girdi. Mainilər, Səbəilər və Kəldanilər kimi. Yəsrib xalqı əkinçi və çoban bir toplum olaraq həyat sürürdü. İqtisadi cəhətdən inkişaf etmiş və ticarət karvanlarının dayanacaq yeri idi. Beləcə də sabit bir topluma çevrilmişdi.

Miladdan əvvəl 589-cu ildə Buhtunnasırdan qaçan Yəhudi qəbilələri Mədinəyə daxil oldu. Digər köç karvanları da onların ardınca gəldilər.
Miladdan əvvəl 132 – ci ildə üç Yəhudi qəbiləsi də buraya gəldi: Bən-i Kurayza, Bən-i Nadir, Bən-i Kaynuka. Bunlar da Rum imperatoru Hardiyandan qaçmışdılar. Bu yəhudilər əkinçilik və özlərinə xas sənətlərlərlə məşqul olurdular.
Səddi Məğribin süqutu nəticəsində Yəməndən də Evs və Xəzrəc qəbilələri gəlib Yəsribdə səmərəsiz torpaqlara yerləşdilər. Yəhudilərin də himayəyə ehtiyacları var idi. Onları əkinçilik işlərində işlətməyə başladılar. İlk əvvəllər işləri çox çətin olsa da, zaman keçdikcə durumları düzəldi. Yəhudilərsə, onlarla yarışmasından qorxuya düşməyə başlamışdılar. Aralarında tez-tez qarşıdurmalar olurdu. Nəhayət, hər iki tərəfin öndə gedənləri qaydalar əsasında razılaşma təmin etdilər. Birlikdə sülh içində yaşamağı və Yəsribi birlikdə müdafiə etməyə qərar verdilər. Evs və Xəzrəc çarə olaraq öz millətlərindən, Şamdakı Gassanilərdən yardım istədilər.
Onların göndərdiyi hərbi güc Yəhudi ərköyünlüyünü qırdı. Bundan sonra təkrar danışıqlar apardılar və uzun zaman iki tərəf arasında sükunət sürdü. Bu ərəfədə yəhudilər onlar arsına fitnə salmağa başladılar. Döyüş başladı 120 ilə yaxın davam etdi. Ən şiddətlisi isə Buas döyüşü idi ki, hər iki tərəfdən də böyük itkilər olmuşdur. Döyüş hər iki tərəfi gücdən salmışdı. Abdullah ibni Ubeyl İbni Selül-ü lider seçdilər. Beləliklə bu sükunət dönəmində Allah onlara Aqabə beyyətini nəsib etdi. Məkkədə ikinci Aqabə beyyəti ilə rəqib qəbilə bir araya gəlmiş oldu. Rəsulullahı (Allahın ona salavat və salamı olsun) Mədinəyə köçməsi üçün dəvət etdilər. Beləliklə iki qəbilə hənif dini üzərində birləşmiş oldu.

Rəsulullah (Allahın ona salavat və salamı olsun) dönəmi

Rəsulullah (Allahın ona salavat və salamı olsun) miladi 622 – ci ildə hicrət etdikdən sonra, Mədinədə çox böyük dəyişikliklər oldu. Keçmiş Yəsrib artıq Mədinə oldu. Tabe adı Taybə oldu. Evs və Xəzrəc arasındakı düşmənlik bitdi, əhalinin hamısı ənsar oldular. Məkkədən və digər qəbilələrdən oraya köçən mühacirlərlə qardaş oldular.
Yəhudilərə gəlincə, çox az qismi müsəlman oldu. Qalanları isə sözləşmə etməklə fürsət düşdükcə müsəlmanlar əleyhinə planlar qururdular. Bir tərəfdən isə Rəsulullah (Allahın ona salavat və salamı olsun) mühacirlərin evlərini işğal, mallarını müsadirə edən Qureyşin düşmənçiliyi ilə məşqul idi. Rəsulullah (Allahın ona salavat və salamı olsun) da müşriklərin ticarət yollarını nəzarət altına aldı. Müşriklər Mədinədən 160 km məsafədə yerləşən Bədrdəki müsəlmanlara hücuma keçdilər. Bu hicrətin ikinci ilində baş verdi.(623 milad). Allahın izni ilə qalib gəldilər. Bununla da müsəlmanların ərəb dünyasında adları yayıldı, nüfuz və etibarları artdı. Fəqət Qureyş Mədinəyə yenidən iki dəfə hücum etdi. Birinci hücum hicrətin üçüncü ilində (Miladi 624) baş verdi. Müsəlmanlar onları Uhud dağı ətəklərində qarşıladı. Mədinənin şimalındakı bu sahədə öncə müsəlmanlar üstün gəlsələr də oxçuların Rəsulullahın (Allahın ona salavat və salamı olsun) təlimatına qulaq asmayıb, müşrikləri qovma, qənimət toplama fikri ilə mövqelərini tərk etməsini görən müşriklər bundan istifadə etdilər. Döyüşün tarazlığını dəyişdirdilər və yetmiş müsəlman şəhid oldu.
İkinci hücum isə hicri 5 ci ildə.(miladi 626) baş verdi. Qureyş bu dəfə Ərəb qəbilələrindən çox sayda döyüşçü toplamışdı. Onlar Mədinəyə on min nəfərlə hücum etdilər. Müşriklər Mədinəni tam 28 gün əhatəyə aldılar. Amma xəndəkdən keçməyi bacarmadılar. Və Allah onların üstünə bir də külək yönəltdi. Onların ümüdlərini qırdı.
Rəsulullah (Allahın ona salavat və salamı olsun) Bəni Kanyuku və Bəni Nadiri Mədinədən sürgün etdi. Bəni Kurayzayı edam etdi. Çünki Xəndək böhranı zamanı onlar müsəlmanlara çox böyük xəyanət etmişdilər. Bunlardan sonra da qarşıdurmalar davam etdi. Bu hərəkətlər Hicaz bölgəsində və Nəcd ətrafında davam edirdi. İslam dəvətinə qarşı çıxanlar olurdu. Mədinədən dönmədən belə topluluqlar dağıdılır ya da bəzən sülhlə bitirdi. Bu qarşıdurmalar çox böyük zəfərlər gətirirdi. Məkkə fəthi də Hicri 8-də (Miladi 630) da gerçəkləşdi. Bundan sonra artıq Mədinə bütün qəbilələrin qütbü halına gəldi. Ərəb yarımadasından bir-birinin ardınca qəbilələr, öz istəyləri ilə müsəlman olduqlarını elan edirdilər. Peyğəmbərlik dönəmində məsələ beləcə son həddinə çatmışdı.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Şama hücuma keçmək üçün bir ordu hazırlanmasına əmr verdi. Usəmə bin Zeydi isə başçı təyin etdi. Amma ordu hərəkətə keçməmişdən Rəsulullah (Allahın ona salavat və salamı olsun) xəstələndi və daha sonra isə xəstəliyi şiddətləndi. Qısa müddətdən sonra Allahın rəhmətinə qovuşdu.(Milad 632). Hicrətin on birinci ilinin Rəbbüləvvəl ayı idi. Onun vəfatı ilə Mədinənin ən parlaq dönəmi bitmiş oldu. Yeni qurulan ilk İslam dövlətinin paytaxtı , İslam cəmiyyətinin meydana gəlməyə başladığı, böyük İslam mədəniyyətinin bütün fəzilətlərini daşıyan, Müsəlmanların əbədi müraciət yeri, sürətli irəliləyən, hərəkətlərin mərkəzi və böyük fəthlərin çıxış nöqtəsidir. İslam buradan bütün dünyaya yayılırdı.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti

Leave a Comment