Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzun və tələbələri cavablandırıb.
Öz suallarınıza da Allahın izni ilə cavab tapmaq üçün, qrupumuza baş çəkin:MƏDİNƏ GRUPU
Cavab: Va aleykum salam va rahmətulllah. Sıxıntılardan xilas olub səadətli bir həyata başlamaq üçün elm əhli bəzi səbəbləri zikr edib. Həmin səbəblərdən:
1. Sıxıntı gəldikdə namaza durmaq.
2. Allaha iman.
3. Özünü faydalı elm öyrənməklə vəya faydalı iş görməklə məşğul etmək.
4. Möminin hər işində əcr olmasını bilmək: əgər ona nemət verilərsə şükr edib əcr qazanar, əgər ona çətinlik üz verərsə səbr edib əcr qaanar.
5. Allah Təalanın ona verdiyi digər nemətlər haqqında fikirləşmək.
6. Başına gələn müsibətin daha pis ehtimalını fikirləşərək indikinə şükr etmək.
7. Keçmiş artıq olub keçib, nə etsəndə onu qaytarmaq mümkün olmayacaq, sabaha isə sağ qalacağın bilinmir, elə isə bugünün üçün çalış…
8. Allah haqqında yaxşı zənndə ol. O, sənin işini asanlaşdıracaq deyə fikirləş və s.
Daha doğrusunu Allah bilir.
Cavab: Vaaleykumussələm varahmətullah. Olar, hədisdə keçir ki, kim yaxşı yuxu görərsə, sevdiyi insanlara danışsın. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam va rahmətullahi va bərakətuh. Şirk deyil xeyr. Amma yenə də adət etməsəniz yaxşıdır. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Bu fətvada demək istədiklərimizin hamısı var: Sual:
– Ticarətdə əldə edilən gəlir üçün müəyyən bir şərtlər varmı? Yoxsa gəlirin bir sərhədi yoxdur? Dəlil ilə birlikdə cavab vermənizi xahiş edirəm. Bununla yanaşı, ticarətçinin hər il ödəməli olduğu vergilərin çoxluğunu da, nəzərdə tutmanızı xahiş edirəm.
Cavab:
– Hər hansı bir malı ticarət vəya şəxsi mülkiyyətinə çevirmək üçün (satın) alan kimsənin, bu malı aldığı qiymətdən daha artıq dəyərdə dərhal vəya daha sonra (yəni, istədiyi vaxt) satması icazəlidir. Qazanc üçün hər hansı bir son nöqtə bilmirik. Lakin, bu mövzuda varid olmuş təşviq səbəbilə, asanlaşdırmaq lazımdır. Hər hansı bir bölgədə hər hansı bir mal (hər kəs tərəfindən bilinən) qiymətə satılırsa, Müsəlmanın (həmin bölgədə filan malın filan qiymətə satıldığından) xəbərsiz olan kimsəyə -ona bunu xəbər verməsi istisna olmaqla- daha artıq qiymətə satmaması lazımdır. Çünki, (bu halda) daha artıq qiymətə satmaq- bir növ hiylə və aldatmaqdır. Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməz, onu təslim etməz, onu aldatmaz, ona xainlik etməz. Harada olursa olsun onunla səmimi bir şəkildə rəftar edər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Din – səmimiyyətdən ibarətdir..” – deyə buyurmuşdur. Bu hədisi Muslim öz “əs-Səhih” adlı kitabında rəvayət etmişdir. Həmçinin, “Səhiheyn”-də (Buxari və Muslim) Cərir ibn Abdullah əl-Yəməni`nin belə dediyi rəvayət olunur: “Peyğəmbər`ə (Allahın ona salavat və salamı olsun) namaz qılacağım, zəkat verəcəyim və hər bir müsəlmana qarşı səmimi olacağıma dair beyət etdim (söz verdim)…”
Müvəffəqiyyət Allah`dandır. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və Səhabələrinə salavat və salam olsun..
__________________________________
Üzv: Abdullah ibn Qu’ud,
Naib: Abdur-Razzəq Afifi,
Rəhbər: Abdul-Aziz ibn Abdullah ibn Bəzz.
“Fətava əl-Ləcnət’ud-Dəimə” (1/13/89)
1 – Çox görmüşəm ki, müsəlman cütlüklər küçə ilə gedərkən qardaş qabağda gedib bacı ondan hardasa bir metr arxada. Yəni zövcəsini yanınca aparmır. Bu Sunnədir yoxsa nədir..? Bir az qəribə görünür. Yoxsa bu şəxsi məsələyə bağlıdır..?
2 – Küçə ilə gedərkən zövcənin əlindən tutmaq caiz deyil məgər..?
Bərakəllahu fikum
Cavab: Va aleykum Salam va rahmətullahi va bərakətuh. 1-2. Xeyr, belə bir sünnə yoxdur. Əksinə, kişinin zövcəsinə daima sahib çıxmasını hiss etdirməsi, əlini tutması, daha düzgün davranışdır. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Alimlərin böyük əksəriyyətinə görə xəvariclər kafir hesab olunmurlar. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum salam. Ümumiyyətlə şeir mövzusu təfsilata ehtiyac olan mövzulardandır. Haqqı deyən, yerində deyilən, batildən və s uzaq olan, möminləri təsəlli edəcək şeirlər haqqında savab qazandıracağına ümid edirik. Bu da ona görədir ki, Allahu təala Qurani-Kərimdə əş-Şüəra surəsi 224-27-ci ayələrdə şairlərin əksəriyyətini azğın yolda olduqlarına işarə edir, “Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.” (əş-Şüəra: 227) Ayədə qeyd olunan sifətlərlə kim şeir yazsa, ümid edirik ki, ona savab yazılacaqdır.
1. Dəvətə icabət sünnədir?
2. Nafilə orucu dəvət olunduğunda açılarsa, sayılır mı yoxsa qəza var mı ?
3. Qurani Kərimi öyrənmək hamıya vacibdir?
Əs salamu aleykum və rahmətullahi va bərakatuh.
Cavab: Va aleykum salam va rahmətullahi və bərakətuhu.
1) Dəvətə icabət həm sünnədir, həm də müsəlmanın müsəlmanın üzərində olan 5 haqqından biridir.
2) Nafilə orucun qəzası yoxdur. Qəza fərz oruca aiddir
3) Qurani Kərim oxumağı bilməməyi alimlər müsəlman üçün böyük bir eyib sayırlar, indi özünüz təsəvvür edin…Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəninizdir.” (Buxari) Hər kəs bacardığı qədər Quranı öyrənməyə çalışmalıdır. Daha düzünü Allah bilir.
Cavab: Va aleykum salam. “İşid” və onun kimi digər şiə və sünniyə aid edilən qruplaşmaların yer üzərində törətdiyi fəsadlar çoxdur. Elm əhli buyurur ki, bunlar təkfirçi, xəvaric, fitnəkar, azmiş insanlardır. Yer üzərində özlərini sünni və şiyəyə mənsub edən azmiş firqələr çoxdu. Biz bunların hamısını inkar edir və onların şərindən Allaha sığınırıq. Bizim işimiz tövhidi ,Quranı və sünnəni doğru fəhm ilə öyrənib, əməl edib onu ətrafımızdakılara yaymaqdır. Allah müsəlmanları onun düşmənlərinin şərrindən qorusun və ölkəmizdə tövhid nurunu yaysın. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Fatimə anamız (Allah ondan razı olsun) öz əcəli ilə, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) vəfatından altı ay sonra vəfat etmişdir. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum salam. Allahın sevdiyi, razı qaldığı bütün söz və əməllərə ibadət deyilir. Bu haqda təriflər çox olsa da bu ən müxtəsəridir. Əməllərə namaz, oruc, zəkat, həcc, sədəqə və s. misal çəkmək olar. Sözlərə isə zikr etmək, həmd, şükür, gözəl söz, dua və lə iləhə illəllah demək və s. daxildir. Ümumiyyətlə ibadətlər insanın Allaha doğru qulluq etməyinə və ona yaxınlaşmağına vəsilədir. İbadət yalnız Allaha olunmalıdır. Allaha şərik qoşmaq isə ibadəti batil edir. İbadət edən bir insan tövhidi, İslam əqidəsini yaxşı öyrənməyə çalışmalıdır ki, ibadətində şirkə yol verməsin. İbadətin qəbul olunması üçün iki mühüm şərt var, o da 1) ixlas 2) əməlin sünnəyə müvafiq olmasıdır. Bunlar əslində əməlin qəbul olması şərtləri olsa da ibadətlə də əlaqəsi vardır. Lakin, bəzi ibadətlərin öz xüsusi şərtləri var, məsələn namazda dəsmaz, qibləyə yönəlmək və s. Həcdə imkanın olması, qadınların məhrəmi olması kimi və s. Daha düzünü Allah bilir.
Cavab: Va aleykum Salam. Qanı pul ilə satmaq haramdır, olmaz. Daha doğrusunu Allah bilir.
P.s. Qüsl üçün soruşanda cinsi əlaqə hökmündə olduğu qeyd olundu. Bu oruca da eyni cür təsir edir mi?
Cavab: Va aleykum Salam. Süni mayalanma orucu pozmamalıdır. Embrionun ana bətninə qoyulması qüsulu pozmur, xeyr. Cinsi əlaqə hökmündə olduğu deyilə bilməz. Daha doğrusunu Allah bilir!
Yəni Ömər ibn Əbdul-Əziz də xəlifədirsə, raşidi xəlifələr kimi xəlifədir yoxsa necə?
Cavab: Va aleykum Salam va rahmətullahi va bərakətuh. 1. Xəlifə ümumiyyətlə termin olaraq xilafətin başında duran ən böyük imama verilən addır, bu baxımdan xəlifələr çox olub, əməvi və abbasi xəlifələri də xəlifələr sayılırlar. Lakin “raşidi xəlifələr” deyildikdə tamamilə nəbəvi mənhəc üzərində idarə edən imamlar qəsd olunur. İlk dörd xəlifə bura aiddir. Lakin onlardan sonra da raşid, yəni adil xəlifələr olacaq. Ömər bin Əbdul-Əziz də onlardan biridir inşAllah. Harud ər-Raşid haqqında eyni şeyi demək olmaz, baxmayaraq ki, o da təqva ilə vəsf olunub. Daha doğrusunu Allah bilir.
Cavab: Hansı tərəfdən istəsən dönə bilərsən, peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xüsusi bir tərəfdən döndüyünə dair bir şey bilmirik. Lakin daha çox sağ tərəfə gedərək namazı tərk etdiyi zikr olunur. Ümumiyyətlə bu cür işləri sağdan etmək sünnətdir. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Övladlığa götürmək sözü xətadır, himayəyə götürmək desəniz daha doğrudur. Bu nöqtədə yaşın bir fərqi yoxdur, mücərrəd olaraq himayəyə almaq məhrəm etməz. Əgər qız uşağıdırsa böyüdükdə evdəki kişilərin yanında başını bağlamalıdır, onlarla təklikdə evdə qala bilməz. Oğlandırsa o zaman qadınlar başlarını bağlamalıdır.
Əgər körpə olarkən götürülsəydi qadın onu döşü ilə əmizdirmək ilə onu süd övladı edə bilərdi. Çünki süd yalnız ilk iki il ərzində haram edir, ondan sonra heç bir təsiri yoxdur. Daha doğrusunu Allah bilir.
1) Muhəmməd (Allahın ona salavat və salamı olsun) qızı Fatiməni cağırır yanına, deyir sənə sirr olarq söz deyəcəyəm, heç kimə demə. Razılaşırlar. Qulağına bir soz pıçıldayır, Fatimə başlayır ağlamağa, sonra çağırıb yenə bir söz pıçıldayır və Fatimə gülür.”
Bundan sonra yazır ki, “Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Fatimənin qulagına 1ci dəfə deyib ki, ölümcül xəstəliyə tutulub oləcəksən, o ağlıyır, sonra deyirki cennetde goruşəcəyik gülümsəyir.” danışılan pıçıltı və sirr necə gəlib varid ola bilər axı? Hədis ümumiyyətlə səhihdir mi? Əhli Sünnədə belə bir hədis var mı?
2) Allah hamının qarşısına çıxacaq və deyecək “Mən sizin Allahınızam” insanlar soruşacaq “Sən bizim tanrımız olduğunu sübut et”, O da budunu göstərəcək.
Xahiş edirəm yardımçı olardınız.
Cavab: Va aleykum Salam. 1. Hədisdə “sənə söz deyəcəm sirr heç kimə demə” şəklində söz keçmir, nə də belə bir məna yoxdur. Lakin peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ölüm yatağında olarkən Fatimənin qulağına gizlində söz söyləməsi barədə hədis səhihdir, Muslimin “əs-Sahih” kitabında keçir.
2. Bəli, belə hədis var və əl-Buxari “əs-Sahih” kitabında rəvayət edir.
Cavab: Əgər ayağa qalxanda salamları vermədiyini xatırlayarsa dərhal oturmalı, salamları verməli və sonra səhv səcdəsi etməlidir və yenə salamları verib bitirməlidir. Əgər aradan çox bir zaman keçibsə o zaman namazı yenidən qılsın.
Cavab: Uca Allah bəşəriətə baxmış və onların içində insanların qəlbinin ən təmizi, onların ən xeyirlisinin Muhəmməd olduğunu görmüş və ona onun başa düşəcəyi dildə Quranı endirmişdir.
Həmçinin ərəblər öz dillərinə xüsusi diqqət edən qövm olublar, başqa heç bir qövm onlar qədər dildə dəqiq olmayıblar, bütün şeirlərini əzbərləyərdilər. Allah da Kitabının qorunulması və sinələrdə əzbərlənməsi üçün ərəb dilini seçmişdir.
Daha bir səbəb isə budur ki, ərəb dilinin zənginliyi Allahın murad etdiyi mənaları daha dəqiq çatdırmağa imkan verir.
Daha doğrusunu Allah bilir!
2. Səcdə gedəndə əynimizdəki hər hansı bir paltarnan səcdə getmək olarmı? 1-ci suala aiddir.
Cavab: 1. Tilavət səcdələri namaz hökmündədir, namazda səcdədə nə deyilirsə, tilavət səcdələrində də onlar deyilir.
2. Tilavət səcdəsi etdikdə əynində namazda tələb olunan qəbildən paltar olmalıdır.
Cavab: Qılmadığmız namazların və tutmadığımız orucların qəzasını etməliyik və bu məsələdə dörd məzhəb ittifaq edib. Daha doğrusunu Allah bilir.
Xahiş edirəm, ümumən və xüsusən bu ayəni izah edəsiniz: “Dində məcburiyyət yoxdur.” – bu hissəsini. Zəhmət olmasa burada qəsd edilən mənanı şərh edin. Əgər belədirsə o zaman xilafət qurulduqdan sonra. (Ömərin -Allah ondan razi olsun- dövründə) niyə İslam ölkəsi, xilafət başqa ölkələr üzərinə hücum etdi? Məs: Bu ayə ilə tarixi hadisələri necə başa düşək? Əvvəlcədən Cəzəkəllahu xayran.
Cavab: Va aleykum Salam. Dində məcburiyyət yoxdur, yəni heç kim İslamı qəbul etməyə məcbur deyil, artıq haqq aşkar şəkildə görünür, haqqın nə olmasında heç bir şəkk qalmayıb. Kim Allahdan başqa ibadət olunanları və itaət olunanları, İslama müxalif olan sistemləri, inancları rədd edərsə və yalnız və yalnız Allaha iman gətirərsə o zaman sağlam bir yol üzərindədir.
Xilafət qurulduqdan sonra başqa ölkələrin ələ keçirilməsi ilə bu ayə arasında bir ziddiyyət yoxdur, çünki ələ keçirilən ərazilərdə məcburi islamı qəbul etdirmirdilər, öz dinlərində qalanlardan sadəcə cizyə ödəməkləri tələb olunurdu. Müsəlmanlar zəkat, qeyri-müsəlmanlar isə cizyə ödəyirdilər. Lakin dinlərini tərk etməklərinə məcbur edilmirdilər, ibadət evləri qorunulub saxlanırdı və onlara toxunmaq və zərər vermək qadağan edilirdi.
Cavab: Va aleykum salam va rahmatullah! Bunun bir xeyiri yoxdur. Çünki, əgər dağ, daş, torpaq və əskilər xeyir versəydi, onda əmələ nə ehtiyac var idi ki? Məşhur hədis alimlərindən Əli ibn əl-Mədini (Allah ona rəhmət etsin) demişdir: “İnsanı müqəddəs edən məkan deyil, onun əməlləridir.” Yəni, müqəddəs torpaq anlayışı oranın torpağını gətirib hardansa asmaq və ya alnının altına qoymaqla deyil. Bəli, Allah Məkkəni, Mədinəni, Qüdsü müqəddəs edib. Bu müqəddəslik isə orada qılınan namazın qat-qat üstün olmasıyla və s. bağlıdır. Düzdür, bu torpaqların fəziləti də çoxdur. Lakin, dinimiz bizi şişirtmələrdən və həddi aşmalardan çəkindirir.
Allahu təala buyurur: “Dininizdə haqsız yerə ifrata varmayın!” (əl-Maidə 77)
Əbu Hüreyrə (Allah ondan razı olsun) nəql edir: “Rəsulullahdan (Allahın ona salavat və salamı olsun) iki qab elm hifzimə aldım. Bunlardan birini aranızda nəşr etdim. Amma digərini söyləyəcək olsam bu qırtlağımı kəsərsiniz.” (Buxari, Elm 42)
Cavab: Aleykum salam. Burada qiyamətin əlamətləri və ya (son zamanların) fitnələri haqqında hədislər nəzərdə tutulur. Bu cavabı Buxarinin şərhi olan “Fəthul-Bari”də ibn Həcər (Allah ondan razı olsun) qeyd etmişdir.
Cavab: Aleykum salam va rahmatullah. Xeyir bu barədə səhih bir məlumat olduğunu bilmirik. Peyğəmbərlər haqqında zəif və uydurma isnadlar, və ya mənşəyi bilinməyən isnadllar, rəvayətlər gətirənlər çox olur. Biz də deyirik ki, bu hələ ki, iddia olaraq qalır. Qoy onlar iddianı dəlil ilə sübut etsinlər. Ondan sonra məsələyə elmi çərçivədə münasibət bildirilsin. Cərcis adlı peyğəmbərin Azərbaycanda olması və s. barəsində heç bir səhih məlumat yoxdur. Qoy iddia edənlər birinci buna dəlil gətirsinlər. Bunlar isbat olunmadıqca hamısı fərziyyə olaraq qalır. Həmçinin, bu iddia Cərcis adına inşa edilmiş bir pirə dəstək olmaq üçün olan əsassız fərziyyə olaraq qalır. Daha düzünü Allah bilir.
Cavab: Va aleykum Salam va rahmətullahi va bərakətuh. Halal sayılır, lakin alimlər bu halda bir məsələdə ixtilaf ediblər. Əgər oğlanın atası qadınla evlənərkən qadının qızı iki yaşdan kiçikdirsə və anasının südünü əmirsə, o zaman bir çox alimə görə evlənə bilməz. Amma kişi həmin qadınla evlənərkən qız uşağının yaşı çoxdursa problem yoxdur. Daha doğrusunu Allah bilir.
Cavab: Namaza gəldikdə qayda budur ki, qadın nə zaman təmizləndiyini öyrənərsə o zamanın namazını qılmalıdır. Sübhü qılmaq vacib deyil, çünki dəqiq bilmir o vaxt təmizlənib ya yox. Oruca gəldikdə isə təmiz olduğunu gördüyü andan (vacib olan orucdursa) digərləri kimi orucu tutmalıdır, lakin buna fasid oruc deyirik, yəni digərlərinə haram olan ona da haram olur, amma həmin günün qəzasını tutmalıdır.
Cavab: Va aleykum Salam. Ola bilər ki, elə bir ehtiyaclı möminə sədəqə verirsiz ki, oradan əldə etdiyiniz fəzilət onu qohuma verməkdən daha üstündür. Bu dərəcələri yalnız Allah bilir. Bu, insanların ehtiyacından asılıdır. Daha doğrusunu Allah bilir.
Cavab: Vaaleykumus-sələm varahmətullah. Xeyr, vacib deyil. Allah daha yaxşı bilir!
(Əs-Silsilə əs-Sahihə, əl-Albani 2733) Belə hədis var?
Cavab: Hədisdə belə keçir: “Əgər qəbrimin üstünə gəlib “ya Muhəmməd” deyərsə cavab verərdim. Burada problemli heç bir şey yoxdur, bunu doğru başa düşmək lazımdır. Yəni Allahın elçisi (Allahın ona salavat vә salamı olsun) onun adil bir imam/rәhbәr olduğunu və ona itaətin vacib olduğunu göstərmək üçün “əgər qəbrimin başına gəlib “Ya Muhəmməd” deyәrsә, ona cavab verərəm” deməklə mübaliğə etmiş, ona itaətin önəmini vurğulamışdır. Daha doğrusunu Allah bilir!
Necə ki, Peyğәmbәrimiz (sallallahu aleyhi va səlləm) “Allahdan başqasına səcdə etməyə icazə olsaydı qadınlara ərlərinə səcdə etməklərini əmr edərdim” deyir. Bu, mübaliğə üçün işlənib və kişiyə itaətin önəminə işarədir.