İslam tarixi Məqalələr

Mədinə tarixi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra:

Əməvilər dövrü

Mədinəlilər Əməvilər dövründə (661-749 cu illər) gah sıxıntılı və gah da xoş günlər yaşadılar. Bəzi illərdə əmin əmanlıq oldu. Elm və iqtisadiyyat sahəsində yüksəlmə nəzərə çarpdı. Xalq səhabə və tabiinlərdən xəbərlər yığdı. Peyğəmbər məscidində elm halqları quruldu. Ticarət bazarlarında inkişaf getdi. Müaviyə idarəçiliyi ələ keçirdikdən, əmin əmanlıq yarandıqdan sonra Mədnəni ziyarətə gəldi. Xalqla münasibəti yaxılaşdırmaq üçün onlara hədiyyələr verdi. Hətta haşimilərlə də gözəl rəftar etdi. Mərvan ibn Hakəmi oraya vəli təyin etdi. Mərvan da Mədinə işlərinə etimad göstərdi. «Zərka quyusunu» hazırlatdı. Xalqın su təminatını bərpa etdi. Xalqı əkinçiliyə və ticarətə təşviq etdi. 679 — cu ildə Müaviyə öldükdən sonra oğlu Yezidin hakimiyyətə gəlməsi ilə əmin amanlığı qorumaq mümkün olmadı. Yeni bir dövr başladı. Mədinədə Əməviləri devirməyə can atan insanlar dəstəsi meydana çıxdı. Bunu görən Yezid isə Muslim bin Ukbənin komandanlığı ilə ordu göndərib Mədinəlillərə hücüm etdi. 682 — ci ilə Abdullh ibn Zubeyr özünü Məkkədə xəlifə elan edərkən Mədinə xalqı ona beyət etdi. Beləliklə Mədinədə yeni bir həyat başladı. Bu səkkiz il davam etdi. Şəhərdə heç bir qarşıdurma olmasa da ətrafda böhran artmaqda idi. 689 — cu ildə isə fürsət yenidən Əmvilərin əlinə keçdi. Sabitlik və sükunət hökm sürdü. Mədinə Ömər ibn Abdul Azizin zamanında ən parlaq dövrünü yaşadı. 705-709 — cu illərdə ədalət və bolluq bərqərar olundu. Elm məclisləri çoxaldı. «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məscid»inin bərpası Valid ibn Əbdul Məlik tərəfindən həyata keçirildi. Bu üç il müddətində davam etdi. Yeni bərpa memarlıq və möhkəmlik baxımından çox etibarlı idi. Xəlifə Mədinəyə gəldikdə şəhərdəki binalara heyran oldu. Mədinə xalqına hədiyyə və yardımlarla yanaşı, müharibədən əldə etdiyi qənimətlərdən də payladı. Onları da yeni döyüşlərə qatılmağa həvəsləndirdi. Beləcə Mədinə abadlaşdı. Ömər ibn AbdulAzizdən sonrakı xəlifənin vaxtında da Mədinədə əmin əmanlıq hökm sürdü.

Abbasilər dövrü

749 — cu ildə Abbasilər xilafəti ələ keçirdi. Bu 1258 — ci ildə Bağdadın tatarların əli ilə devrilməsinə qədər davam etdi.

Abbasi xəlifəliyi bu müddət ərzində bir neçə mərhələlərdən keçdi. Bu mərhələləri üç qismə bölmək olar: a) Abbasilərlə bağlı mərhələ; 749-974 — cü illər. Bu illərdə Mədinə gah sakit, gah da sıxıntılı siyasi günlər yaşadı. Elmi irəliləyişlər olsa da, bəzən də elm itmək dərəcəsinə çatdı. Bu dövrdə Mədinə bədəvilərin istilalarına məruz qalaraq sıxıntılı günlər yaşadı. Bu hücumlardan qorunmaq məqsədi divar (qala) tikildi. Bunu Mədinə əmiri İshak bin Muhamməd bin Yusuf 877-ci ilə tikdirdi. b) Fatimilərlə bağlı mərhələ; 363-546 — cı illər Mədinə iki əsr Misirdəki Fatimi dövlətinə bağlı halda qaldı. Amma dövlətlə əmirlər arasındakı münasibət yaxşı deyildi. Yəni səlahiyyət bəzən Abbasilərə keçirdi. Fatimilər Mədinə xalqının ehtiyaclarına elə də önəm vermirdilər. Fatimi dövlətində idarəçiliyin zəif olması, Mədinəni də geri salırdı. c) Zəngilər və Əyyubilərlə bağlı mərhələ; 1151-1254-cü illər Mədinə bu dövrü demək olar ki, bolluq və sakitlik içində keçirdi. Bu dövrdə əmir olan Sultan Nurəddin Zəngi həcc yollarını düzəltdi və ona nəzarəti həyata keçirdi. Bununla da yolçuların və həcc edənlərin əmin amanlığını təmin etdi. O, Mədinə su yollarının təmiri və şəhərin abadlaşdırılması üçün böyük məbləğ xərclədi. 1161 — ci ildə Mədinəni ziyarət edərkən Mədinə divarlarının yenilənməsini istədi. Köhnə divar təmir etməklə yanaşı, yeni divarın da tikilməsinə yardım etdi. Onun ardınca Mədinənin əmiri Səlahəddin Əyyubi oldu. O, Qasım bin Muhannə ilə əlaqə qurdu və Mədinə xalqına böyük yardıma sövq edərək, həccə gedənlərə hücum edilə biləcək yolları bağladı. Xaç yürüşlərinə rəğmən ətraf qəbilələr də onu işdə dəstəklədilər. Səlahəddinin ən böyük xidmətlərindən biri də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məscidində xidmət heyətini qurması oldu. O, heyətdəkilərə təsisat ayırdı. Misirdə xüsusu bir vaqf qurub onların əmək haqlarının artırılmasını təmin etdi. Bu tərtib əsrlərlə davam etdi. Səlahiddən sonra Əyyubilər yenə də Mədinəyə xidmətə davam etdilər və tez-tez yardımlar göndərdilər.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti

Leave a Comment