Sualları Beynəlxalq Mədinə İslam Universitetinin məzun və tələbələri cavablandırıb.
Öz suallarınıza da Allahın izni ilə cavab tapmaq üçün, qrupumuza baş çəkin:MƏDİNƏ GRUPU
Cavab: Əlbəttə ki, məsuliyət daşıyır, çünki bu seçim uşaqların tərbiyəsinə və imanına təsir edən ən əsas seçimdir. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) evliliklə bağlı buyurduğu hədisləri dediklərimizin dəlilləridir. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Bu, lizinq ilə nəyin qəsd olunmasından asılıdır. Əgər lizinq müqaviləsi eyni zamanda həm icarə, həm də satış müqaviləsidirsə bu, olmaz, çünki bu, qadağan edilib. Lakin əgər birinci icarə müqaviləsi bağlanırsa və müəyyən müddətdən sonra maşını ucuz qiymətə və bəzi hallarda simvolik qiymətə satacaqlarını vəd edirlərsə o zaman bu, bir çox alimə görə icazəlidir. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. “Təsadüf” sözünün istifadəsi iki hala bağlıdır:
1. Caiz olan (İnsanların gündəlik istifadə etdikləri kimi, misal üçün: “Yol ilə getdiyim zaman təsadüfən Əlini gördüm”. Bu cür deyilişdə bir problem yoxdur. Həmin insan demək istəyir ki, yəni, planlaşdırılmamış bir şəkildə Əlini gördüm).
2. Caiz olmayan (Bu söz Allah haqqında işlənməz. Çünki, Allah üçün heç bir təsadüf yoxdur, hər bir şey əvvəlcədən ölçülüb-biçilmişdir. Misal üçün: “Dünya tәsadüfәn yarandı” (nәuzu billәh) vә s. kimi sözlәr).
Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Xeyr, azan verilirsə, camaatla namazı qılmaq lazımdır. Bir kəs camaatla qıla bilməyibsə, faydalı bir işlə məğuldursa, gecə yarısına kimi namazı gecikdirə bilər. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum assalam.
1) Allaha itaətdə olan səbr.
2) Haramlara qarşı edilən səbr.
3) Acı qədərlərə qarşı edilən səbr.
Ümumən ən əfzəli Allaha itaətdə olan səbrdir. Çünki itaət səndən iki şeyi tələb edir:
1. Ona yönəlmək.
2. Onun üzərində səbrli olmaq.
Amma şəxsə görə bu dəyişə bilər. Elə adam var ki, ona görə itaət çox asandır, amma haramlardan çəkinmək çox ağır gəlir. Bu zaman həmin şəxsə görə səbrin ən əfzəl növü haramlara qarşı edilən səbrdir. Allah daha yaxşı bilir.
Cavab: Va aleykum Salam. Əvvəla, halallıq verməmək – söhbətinə ehtiyac yoxdur, çünki qardaş bunu satarkən qüsurlu olduğunu bilmirdi. Lakin, fiqh kitablarına (satış babına) baxsaq görəcəyik ki, aldığın malı geri qaytarmaq üçün seçim növləri vardır. Onlardan biri də “xiyərul-iyb” (aldığın malda eyb aşkar olduqda seçim)-idir. Alimlər buyururlar ki, bu zaman (eyibdən satıcının xəbəri olmasa belə) iki seçimi var:
1) İstəsə malı saxlayar, lakin eyb (hansı ki, malın qiymətini azaldır) məbləğə nə qədər təsir edirsə, onu aldığı şəxsdən tələb edə bilər.
2) Yaxud da, malı tamamilə geri qaytara bilər. Satan tərəfin qəbul etməmək kimi bir haqqı yoxdur və bunu deyə bilməz. Fiqh kitablarında buna belə misallar veriblər: misal üçün qoz və ya yumurta almısan, içi boş və ya xarab çıxıb. Qaytarmağa ixtiyarın var. Xülasə, alıcı bu zaman ziyana uğramış hesab olunur və bu iki seçimdən birini edə bilər.
Daha doğrusunu Allah bilir.
Cavab: Aleykum salam və rahmətullahi və bərakətuh. Əhli sünnənin etiqadına görə Allah ərşin üzərindədir. Ərş də yeddi qat səmanın üzərindədir. Bu o demək deyil ki, biz Allahın ərşin üzərində olduğunu deməklə Allaha məkan verdik. Çünki biz Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gətirdiyi şəriətə dayanaraq bunu deyirik. Səhih Muslimdə gələn hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cariyədən soruşur: Allah haradadır? Cariyə: Göydədir- deyə cavab verir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) təkrar soruşur: Bəs mən kiməm? Cariyə: Sən, Allahın Rəsulusan – deyir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) üzünü onun ağasına tutaraq deyir: Onu azad et, o mömin qadındır. (Səhih Muslim 1227).
Cariyə Allahın göydə olduğuna və Peyğəmbərimizin də Allahın Rəsulu olduğuna görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu mömin adlandırdı. Əgər Allahın harda olduğunu soruşmaq caiz olmasaydı Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) soruşmazdı. Doğrusunu Allah bilir.
Cavab: Aleykum salam. Hurilər yalnız Cənnətdə olacaqlar. Mələklər isə həm bu dünyada, həm də Cənnətdə olacaqlar. Mələkər nurdan yaranmışlar. Hurilərin nədən yaranması haqda isə səhih bir mənbə yoxdur, (bəzi alimlər hurilərin zəfərandan yarandığını desə belə). Bu iki məxluq tam ayrı-ayrı məxluqlardır. Lakin hər iki məxluqun yaradılış qayəsi bir nöqtədə birləşir. O da Allahın əmrlərinə itaət edib ona asi olmamaq, günahdan uzaq olmaq. insan və cinlərdən isə Allaha asilik etmə halları sadir ola bilir. Bu iki məxluqun funksiyası (vəzifəzi, əmr olunduğu şey, gördüyü iş) isə
1) Əvvəla, hurilər mömin kişilər üçün Allahın cənnətdə bəxş edəcəyi təmiz və çox gözəl qadınlardır ki, onların təsfiri haqda bir çox hədislər varid olub. Möminlər cənnətlərdə o qadınlarla birgə həyat sürəcəklər.
2) Mələklər isə görünüşü, vəzifəsinə görə müxtəlifdirlər. 4 böyük mələk var:
1) Cəbrail,
2) Mikail,
3) İsrafil,
4) Ölüm mələyi.
İbn Qeyyim demişdir: Bunlardan üçü (yəni ölüm mələyi xaric) mələklərin başçılarıdırlar. Cəbrail vəhy gətirən mələkdir. Mikail təbiət hadisələrini və bir sıra bununla bağlı işləri icra edən mələkdir. İsrafil sura üfürəcək mələkdir. Ölüm mələyi isə insanın ruhunu almaqla görəvli olan mələkdir. Bundan başqa mələklər də vardır.
Cəhənnəm gözətçisi olan mələk də vardır.
Munkər və Nəkir adlı iki mələk isə qəbirdəki insana bəzi sualları verməklə əmr olunmuş mələklərdir.
Hərut və Mərut adlı iki mələk isə vaxtilə yer üzünə göndərilmişdilər ki, insanlara “sehri öyrətməklə imtahan etsinlər” və “gəl sən öyrənib kafir olma” demədən heç kimə öyrətməzdilər.
Hər bir insanın əməlini yazan mələk də vardır.
Yer üzərində olan səyahətçi mələklər də vardır ki, onlar elm məclislərində olurlar.
Göründüyü kimi mələklərin olduqca çox növləri var və hər birinin öz funksiyası, vəzifəli olduğu və gördüyü iş var. Onların sayları isə olduqca çoxdur. Quran və sünnədə müəyyən rəqəmlə zikr olunsa da dəqiq saylarını Allahdan başqa heç kim bilmir.
Onların funksiyalarından biri də Alah istədiyi zaman Allahın əmrilə möminləri qorumalarıdır. Məsələn Bədr döyüşündə 3000 mələk mömin səhabələrə yardım üçün enmiş və onlarla birlikdə döyüşmüşlər. Xəstə müsəlman qardaşını ziyarətə gedənə 70000 mələyin dua etməsi və s. rəqəmlər də onların konkret sayını bildirmir. Dediyimiz kimi onların sayını Allahdan başqa heç kim bilmir. Daha düzünü Allah bilir.
Cavab: Va aleykum Salam. İki nəfər namaz qıldıqda, eyni sırada durulur, imam önə keçmir Daha düzünü Allah bilir.
Cavab: Dəvəti qəbul etmək yalnız toy ziyafəti üçün vacibdir, digər münasibətlərdə vacib deyil. Əqiq üçün isə müstəhəbdir, vacib deyil. İmkansızlıq səbəb deyil, əksinə toyda imkansızlığın utandırıcı hala çevrilməsinə şərait yaradanlar bundan utanmalıdırlar.
Sual: Ümumiyyətlə hansı hallarda və kimlərin (hansı sinif insanların və ya hansı müsəlmanların) dəvərini qəbul etmək mənə vacib, müstəhəb və ya haram olar?
Cavab: Ümumiyyətlə bu nöqtədə siniflər arasında fərq qoyulmur. Bilirik ki, müsəlmanın dəvətini qəbul etmək vacibdir. Bu, qeyri-müsəlmana aid deyil. Lakin bəzi hallarda bu vaciblik hökmdən düşür. Misal üçün əgər çağırılan yerdə münkər varsa, misal üçün haram olan şəkil varsa və ya musiqi varsa o zaman vacib olmaz. Əgər dəvət edən fasiqdirsə, zalımdırsa, bidətçidirsə dəvətini qəbul etmək vacib olmaz. Əgər dəvət edənin qazancına haram qarışıbsa vacib olmaz. Əgər dəvət edən dəvətini ümumi edibsə, yəni müəyyən olaraq ad çəkməyibsə o zaman dəvəti qəbul etmək vacib olmaz. Əgər dəvəti “əgər istəsən” sözü ilə edərsə o zaman vacib olmaz. Əgər dəvət edən yalnız imkanlıları dəvət edibsə, kasıbları dəvət etməyibsə o zaman dəvəti qəbul etmək vacib olmaz. …və sair səbəblər ola bilər ki, bunlara görə toy ziyafətinə dəvəti qəbul etmək vacib olmasın. Bu dediyim səbəblərin hamısı üzərində alimlərin ittifaqı yoxdur, bunların hamısının təfsilatı vardır. Biz ümumi olaraq fayda üçün zikr etdik. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam va rahmətullah. Burada qəsd olunan budur ki, hər bir şey Allahın iradəsi ilə baş verir, Allah icazə verməsə, onun yaratdıqları heç bir şey edə bilməz. Baş verənlərin hamısı Allahın iradəsi ilə baş verir. Qəsd olunan o deyil ki, günahkar bir günah edibsə o günahı etməsini Allah istəyib, o mənada ki, Allah bundan razıdır, xeyr, qəsd olunan budur ki, Allah buna imkan verib, bunun baş verməsini istəyib. Doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Bu, qul haqqından asılıdır. Əgər borca pul alıbsa və sonra qaytarmayıbsa İslama girdikdən sonra o borc onun boynundan düşmür. Lakin ola bilsin ki, kiminsə qeybətini edib , sonra səmimi peşman olub, tövbə edib, Allahdan bağışlanma diləyib. Belə halda həmin qul Qiyamətdə öz haqqını tələb etsə də ola bilsin ki, Allah tövbə edən qulundan bir şey almadan onun haqqını versin. Çünki qul haqqı var ki, sadəcə tövbə ilə bağışlanmaz, qul haqqı da var ki, tövbə ilə bağışlana bilər. Alimlər ixtilaf ediblər ki, kiminsə haqqına girənin tövbəsinin qəbul edilməsi üçün ondan halallıq alması şərtdirmi? Gördüyümüz kimi məsələ ixtilaflıdır. Mömin qul bu dünyada bacardığı qədər qul haqqını verməyə çalışmalıdır. Daha doğrusunu Allah bilir.
Cavab: Xüsusi bir müraciət forması yoxdur, şəriət bunu adət-ənənəyə bağlamışdır. Yaşayış yerindəki örf necədirsə o cür də edilməlidir. Gəlin ərinin valideynlərinə öz qəlbinə uyğun olan şəkildə yox, onların istədiyi şəkildə müraciət etsin ki, arada qarşılıqlı məhəbbət olsun, ehtiram olsun. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Allah bilir, əlbəttə girə bilər. Bir müsəlman İslama daxil olduqdan sonra namazın vacibliyini bilməzsə, qılmağa fürsət tapmadan ölərsə və s. inşəAllah əlbəttə ki Cənnətə girəcək. Lakin, vacibliyini bilib, tənbəllikdən dolayı qılmazsa, ya (bəzi alimlərə görə) fasiq kimi ola bilsin ki Cəhənnəmə daxil olsun, lakin müəyyən bir müddət sonra daxil olsun, ya da (bəzi alimlərə görə) əbədiyyən Cəhənnəmə daxil olacaq. Namaz dinin dirəyidir, Allah bizləri Cənnət əhlindən etsin! Doğrusunu Allah bilir.
Cavab: Bu sualın cavabı bir iki məsələdən asılıdır:
– Kefiri əldə etmək üçün südün içinə haram olan maddə qatılırmı? Əgər qatılırsa o zaman kefir də haram sayılır, çünki haram ilə halal qarışdıqda haram üstün olur. Əgər qatılan maya özü təmizdirsə və halaldırsa, o zaman bu, hökmü dəyişdirməz.
– Bakteriyaların səbəbindən qıcqıran süddən əmələ gələn kefiri çox miqdarda içdikdə insanı sərxoş edirmi? Yəni insanın əqlinə təsir edirmi? Əgər etmirsə o zaman kefir halaldır, çünki haram hökmünün illəti (səbəbi) insanı sərxoş etməsinə bağlıdır, əgər sərxoş etmirsə o zaman haram sayılmaz. Çünki bir çox içkilər var ki, tərkibində cüzi miqdarda spirt (alkoqol) var.
Doğrusunu Allah bilir.
Cavab: İmamın əsaslarını, Tövhidi məsələləri, şirki və küfrü. Fərzu ayn olan elmləri, yəni o əməllər ki, ona fərzdir, onları öyrənməsi fərzdir. Misal üçün namaz, ramazandan qabaq oruc, qazanan biridirsə, malı-dövləti varsa zəkatı öyrənsən, həccə getmək istəyirsə həccin əhkamını öyrənsin. O şey ki, ona vacib deyil, onu öyrənməsə də olar.
Elm tələbinə başlamaq istəyən üçün ilkin mərhələ:
1. Quran
2. Ərəb dili: a) Əcrumiyyə, b) Qatrun-Nədə.
3. Təfsir üsulu: a) “Fusul fi Usulit-Təfsir” Doktor ət-Tayyər, b) “əl-Qavaid əl-Hisən”, Abdurrahmən əs-Sa`di.
4. Təfsir: a) əl-Əşqarın “Zubdət`ut-Təfsir” kitabı, b) “Təfsir`ul-Cələleyn” və ya “Təfsir əl-İyci” c) İbn Kəsir təfsiri.
5. Əqidə elmlərində: a) Tahavi mətni b) “əl-Vasitiyyə” c) “əl-Həməviyyə” d) İbn Əbil-İzz`in “Tahaviyyə” şərhi.
6. Fiqhdə əgər hənəfi məzhəbini seçəcəksə o zaman əl-Qadurinin müxtəsəri və ya əl-Mərğinəninin “əl-Hidəyə” kitabından başlasın. Əgər maliki məzhəbini seçəcəksə, o zaman Xalil`in müxtəsərini, Şafi məzhəbini seçəcəksə o zaman Əbu Şucənin müxtəsərindən başlasın. Əgər hənbəli məzhəbini seçəcəksə o zaman əl-Bəlinin “Əxsar`ul-Muxtəsərat” kitabından başlasın, sonra da Kərminin “Dəlil ət-Talib” kitabına keçsin. Bu, alimlərin fiqhdə hazırladıqları tərtibdir.
7. Hədis elmlərində isə Bəyquniyyə mənzuməsi və onun şərhləri ilə başlasın, daha sonra İbn Kəsirin kitabına və ondan sonra İbn əs-Saləhin muqaddiməsinə keçsin.
Bütün bunları tərtiblə oxumaq kifayət edər təzə başlayan elm tələbəsi üçün. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. İlk öncə qeyd edək ki, bizim müsəlmanlar arasında belə bir anlayış formalaşıb ki, faiz (riba) sələmdir. Bu, xətadır. Sələm ona deyirlər ki, satıcı müştəriyə malı satır və razılaşırlar ki, müştəri pulu indi ödəyir və satıcı da malı müəyyən müddətdən sonra müştəriyə çatdırır. Buna sələm deyirlər. Bəzi mallar var ki, onlarda sələm haramdır, misal üçün qızıl və gümüşdə sələm caiz deyil, çünki mübadilə satış zamanı baş verməlidir və bu növ malda sələm – artıq riba sayılır.
Sizin soruşduğunuza gəldikdə isə ona təqsit (taksit) deyirlər. Buna icma deyə bilmirik, çünki bəzi alimlər buna etiraz ediblər. Lakin dörd məzhəb ittifaq edib ki, pulu sonradan ödəmənin müqabilində qiyməti artırmaq caizdir, çünki aradakı fərq budur ki, satılan mal borc deyil. Mal satmaq, satdığı maldan qazanc əldə etmək, sonra o qazanc ilə bir daha mal almaq və bu vasitə ilə qazancı artırmaq tacirin işidir və ona görə də onun maldan aldığı puldan o yenə pul qazandığı üçün pulu gecikdirmə müqabilində qiyməti artırmağı caiz görüblər. Dörd məzhəbin ittifaqı siravi müsəlmanlar üçün dəlil olaraq kifayət etməlidir. Daha doğrusunu Allah bilir.
Cavab: Aleykum salam.
1. Günahların böyüyündən də kiçiyəndən də çəkinmək.
2. Tövbə etmək.
3. Allaha dua edib imanın artmasını istəmək.
4. Quran oxumaq və tədəbbür etmək.
5. Elmi dərslərə qulaq asmaq.
6. Təqvalı insanlarla oturub durmaq. Asi insanlardan uzaq olmaq.
Doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Evlənmək sünnətdir. Yalnız günaha düşmək riski olduqda evlənmək vacib olur. Doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Mebellər və pullar halal hökmünə keçmir, çünki insanın tövbə etməsi haram malı halal etməz. Lakin digər tərəfdən mülkü zay etmək də olmaz. Ona görə də mebellərdən istifadə etməsi icazəlidir. Büdcədə qalan pula gəldikdə isə, o puldan özünə və ailəsinə ehtiyac duyduğu miqdarını götürsün və qalanlarını sədəqə versin. Daha doğrusunu Allah bilir.
(1295) – [3 : 78] حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ الْأُوَيْسِيُّ، ثنا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ، عَنْ شُعْبَةَ، عَنْ أَبِي عَوْنٍ مُحَمَّدِ بْنِ عُبَيْدِ اللَّهِ الثَّقَفِيِّ، عَنْ أَبِي صَالِحٍ الْحَنَفِيِّ، قَالَ: رَأَيْتُ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ أَخَذَ الْمُصْحَفَ فَوَضَعَهُ عَلَى رَأْسِهِ حَتَّى لَأَرَى وَرَقَهُ يَتَقَعْقَعُ، ثُمَّ قَالَ: “ اللَّهُمَّ إِنَّهُمْ مَنَعُونِي أَنْ أَقُومَ فِي الْأُمَّةِ بِمَا فِيهِ، فَأَعْطِنِي ثَوَابَ مَا فِيهِ …. الفسوي ، أبو يوسف يعقوب بن سفيان (متوفاى277هـ) ، المعرفة والتاريخ ج 2 ص751 ، تحقيق : الدكتور أكرم ضياء العمري ، ناشر: ناشر: مكتة الدار ـ المدينة المنورة ، الطبعة الأولي ، 1410هـ . البداية والنهاية ، اسم المؤلف: إسماعيل بن عمر بن كثير القرشي أبو الفداء الوفاة: 774 ، دار النشر : مكتبة المعارف – بيروت البداية والنهاية ج 8 ص 12
Əbdül-Əziz b. Abdullah əl-Uveysi bizə rəvayət etdi, İbrahim b. Sad bizə Şubədən, o da Əbu Aun Muhəmməd b. Abdullahdan, o da Əbdur-Rəhman b. Qeysdən, o da Əbu Saleh Hənəfidən nəql edilmişdir ki,Əli ibni Əbitalib (Allah ondan razı olsun)-ı Quranı başına qoyaraq dua etdiyi halda gördüm. Mənim onunla məsafəm Quranın vərəqlərinin hərəkət səslərini eşidəcək qədər (yaxın) idi. Sonra buyurdu: “Onlar mane oldular ki mən ümmət üzərində hökümət qurum. İlahi sən onun savabını mənə əta et…….!” (əl-Fəsəvi, Əbu Yusuf Yəqub ibni Sufyan,”əl-Mərifətu vət-tarix” ,cild. 2, səh. 751, İbni Kəsir,”əl-Bidayə vən-nəhayə” ,cild. 8, səh. 12)
Cavab: Va aleykum Salam. Bu, rafizilərin təzə oyunlarından biridir. Birincisi tərcümə doğru deyil, çünki tərcümədə deyir: “Onlar mane oldular ki mən ümmət üzərində hökümət qurum. İlahi, sən onun savabını mənə əta et.” Halbuki ərəbcədən bu anlaşılmır, ərəbcədə söylədiyi söz belədir: “Allahım, onlar məni bunun içindəkiləri yerinə yetirməyə mane oldular və Sən bunun savabını mənə ver.” Burada hökumət qurmaq zikr olunmur. Üstəlik mətni qəsdən kəsiblər, çünki mətnin tamamını doğru-düzgün tərcümə etsələr, görərdilər ki, bu, onların əleyhinə dəlildir. Tam mətn belədir:
اللَّهُمَّ إِنَّهُمْ مَنَعُونِي أَنْ أَقُومَ فِي الْأُمَّةِ بِمَا فِيهِ ، فَأَعْطِنِي ثَوَابَ مَا فِيهِ ، ثُمَّ قَالَ : اللَّهُمَّ إِنِّي قَدْ مَلَلْتُهُمْ وَمَلُّونِي ، وَأَبْغَضْتُهُمْ وَأَبْغَضُونِي ، وَحَمَلُونِي عَلَى غَيْرِ طَبِيعَتِي وَخُلُقِي ، وَأَخْلَاقٍ لَمْ تَكُنْ تُعْرَفْ لِي ، فَأَبْدِلْنِي بِهِمْ خَيْرًا مِنْهُمْ ، وَأَبْدِلْهُمْ بِي شَرًّا مِنِّي ، اللَّهُمَّ أَمِتْ قُلُوبَهُمْ مَيْتَ الْمِلْحِ فِي الْمَاء
“Allahım, onlar məni bunun içindəkiləri yerinə yetirməyə mane oldular və Sən bunun savabını mənə ver.” Daha sonra dedi: “Allahım, mən onları boğaza yığdım, onlar da məni boğaza yığdılar, mən onlara nifrət etdim, onlar da mənə nifrət etdilər. Mənim xarakterimi, əxlaqımı dəyişdirdilər, Ona görə də Allahım, onları daha xeyirliləri ilə əvəz elə və onlar üçün məni daha şərli bir başçı ilə əvəz elə. Allahım, suyun duzluluğundan ölən balıq kimi onların qəlbini öldür.”
Daha sonra bu hədisi rəvayət edən və isnadında adı keçən İbrahim bin Sad deyir ki, bununla Əli Kufə əhlini qəsd edirdi. Yəni şiələri qəsd edirdi Daha doğrusunu Allah bilir!
Əsərin sənədi barədə nə deyə bilərsiniz?
1. Abdulaziz bin Abdullah əl-Uveysi siqadır, hüccətdir. əl-Fəsəvi`nin şeyxidir. İbn Həcər, Zəhəbi, əd-Dəraqutni və başqaları siqa olduğunu deyiblər.
2. İbrahim bin Sad isə Əbu İshaq İbrahim b. Sad b. İbrahim b. Abdur-Rahmən bin Auf əl-Quraşi əz-Zuhridir. Mədinədə qazi olub, siqadır və siqa olmasında heç bir şübhə yoxdur. əl-Uveysi`nin şeyxidir.
3. Şubə bin əl-Həccəc isə tanıtmağa ehtiyac duymayan məşhur imamdır, İbrahim bin Sadın şeyxidir, hüccətdir, siqadır.
4. Əbu Avn Muhəmməd bin Ubeydullah əs-Səqafi, siqadır, Muslimin ravilərindəndir.
5. Əbu Saleh əl-Hənəfi isə Abdurrahmən bin Qeysdir, siqadır, Muslimin ravilərindəndir.
İmam Muslim kitabında Əbu Avn Muhəmməd b. Ubeydullah əs-Səqafinin Əbu Saleh əl-Hənəfi`dən, onun da Əlidən (Allah ondan razı olsun) rəvayətini hüccət kimi istifadə etmişdir. Bax: Muslim (2071)
Hədisin isnadı zahirən səhihdir, hər hansı bir problem yoxdur. Lakin hər hansı bir gizli illətinin (səbəbin) olub-olmadığını deyə bilmərəm. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam. Əgər kişi qadını tərk edirsə və onu nə evlə təmin etmirsə, nə ona lazım olan gündəlik pulu vermirsə, nə də onunla cinsi əlaqəyə girmirsə, o zaman qazinin bu nikahı ləğv etmək haqqı var. Hətta bir çox alimə görə əgər kişi altı aydan çox müddətə üzrsüz zövcəsini tərk edibsə, -hətta ailəsinə kifayət edəcək qədər pul tərk etmiş olsa belə- qadın nikahın ləğv edilməsini tələb edə bilər. Çünki hənbəlilərə və malikilərə görə qadının da kişi kimi cinsi əlaqəyə haqqı var. Lakin dediyimiz kimi bu iş sadəcə özlüyündə kəbini pozmur, kəbini pozmaq üçün bir qərar lazımdır. Bu qərarı isə qazi verə bilər. Yaxud da bu işin ən asan yolu həmin kişidən qadını boşamağı tələb etməkdir. Allah kömək olsun! Daha doğrusunu Allah bilir!
Cavab: Va aleykum Salam. Bunun bir neçə səbəbi ola bilər. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bunu birdən çox dəfə deyib və eyni məanı ifadə edən müxtəlif ləfzlərdə deyib. Üstəlik bunu rəvayət edən ravilər bunu anladıqları mənada rəvayət etdikləri üçün ləfzlər arasında belə bir fərq əmələ gəlib. Daha doğrusunu Allah bilir.
Cavab: Bəli qılır. Hədisdə gəlir ki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xütbə verərkən bir nəfər içəri girib oturur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xütbəni yarımçəq kəsərək ona deyir ki, iki rükət qıldın? Səhabə: Xeyr – deyir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyir ki qalx iki rükət qıl. Daha doğrusunu Allah bilir.
Cavab: Va aleykum Salam va rahmətullahi va bərakətuh. Xeyr, şirk deyil. Çünki burada qəsd olunan ibadət mənası deyil, sənin yerinə mənim canımı alsın Allah, sənin üçün mən fəda olum – deməkdir. Bu cür sözləri isə peyğəmbərlərə, alimlərə, salehlərə söyləmək – alimlərə görə caizdir. Sıravi insanlara gəldikdə isə ixtilaf var. Lakin istənilən halda bu, şirk deyil. Hər bir halda dinimiz bu sözü deməyə təşviq etmir. Daha doğrusunu Allah bilir.
Cavab: Aleykum salam və rahmətullah. Çəkinin çünki birincisi sual yazan qarşısındakının qadın olduğunu bilməsə də amma cavab verən bilir ki naməhrəmə yazır. İkinci də cavab verməkdən çəkinmək lazımdır. İnsan çalışıb özünü yükləməsin. Sufyan əssovri rahiməhullah deyir ki, Sənin əvəzinə sual veriləcək və fətva verəcək biri varsa bunu qənimət hesab et və fətva verməkdə rəqabətə girmə! İmam Malik demişdir: Səndən sual soruşulduqda elə bil ki, Cənnət və Cəhənnəm arasında durmusan və fikrin təkcə onu tez başından etmək olmasın. Sənin dərdin özünü necə xilas etmək olsun. Hətta bildiyi bir şey də olsa ona da cavab verməyə aludə olmasın. Çünki bu elə şeydir ki, insan əvvəlcə bildiklərinə cavab verir sonra isə şeytan ona bəzəyir ki bilmədiklərinə də cavab versin. Doğrusunu Allah bilir.
Cavab: Bundan daha yaxşısı “Allahım məni bağışla deməkdir”, bundan da daha yaxşısı “Duada Allahın isim və sifətlərilə ona müraciət edərək bağışlama, tövbə, əfv olunma mənası verən” kəlmələrin işlədilməsidir. Belə də demək olar, “Ey Rahim, mənə rəhm et! Ey Təvvab, tövbəmi qəbul et! Ey Ğafur, məni bağışla, ey Qahhər, məni əzabınla qəhr olunmaqdan qoru və s. Daha düzünü Allah bilir!
Cavab: Aleykum salam və rahmətullah. İqamədən hikmət məsciddə olanlara camaat namazının başlandığını xəbər verməkdir. Yəni hazırlaşın indi camaat şəkilində fərzi qılacağıq. Amma sünnət namazı camaatla qılınmadığı üçün iqaməyə ehtiyac yoxdur.
Cavab: Aleykum salam. Əvvəla o qardaşa tövsiyyə etmək lazımdır; bilsin ki, kinolardan elm və ya əqidə götürülmür. Belə kinolarda bəzən bir peyğəmbərin və ya övliyanın rolunu oynayan biri heç düzgün təharət almağı bacarmayan, həyatda münkər əməllər edən bir insan və s ola bilər və olur da. O, kinoya baxmasa zatən söyüş söyməyəcəkdi. Söydüyü zaman isə başqa bir məhzur işləmiş olur. Quran oxuması daha əfzəldir. Vaxtını kinolara baxmaqla keçirməsin, dini öyrənmək istəyən qoy Allahın (subhənəhu və təala) kitabını, peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərini oxusun. Elm əhlinin göstərdiyi doğru üslubla elmə yiyələnsin. Hər şeydən öncə tövhidi yaxşı öyrənsin. Bir də ki, Yusufun (əleyhissalam) Züleyxa ilə evlənməsi sabit deyil. Daha düzünü Allah bilir.
Cavab: Aleykum salam. Xeyr, heç bir vəsvəsəyə görə insan günah qazanmır, lakin insan vəsvəsəyə aldanıb günah iş görərsə bu zaman günah qazana bilər. Dinimizin fəzilətindəndir ki, günah bir əməl fikirləşib lakin onu etməyənə günah yazılmır, lakin yaxşı əməl etmək istəyib üzrlü səbəbdən edə bilməyənə bir əcr (savab) yazılır. Sizin halınıza gəldikdə isə çalışın bunu çox dərd etməyin, o falçıların yalanlarına da inanmayın. İnanmasanız bu zaman sizə bir günah yoxdur, üstəlik də bu şeylər keçmişdə olub, onların yalançı olduqlarına dinimiz özü şahidlik edir. Qeybin açarları Allahın əlindədir. Bilin ki, şeytanın hiyləsi zəifdir. Daha düzünü Allah bilir!