Aktual Əqidə

İxlaslı insan necə insandır?

Biz ixlaslı olduğumuzu necə bilə bilərik?

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur : «Allah təalə niyyəti və məqsədi ancaq axirət olan və başqa bir şeylə maraqlanmayan bir kimsənin qəlbini zənginləşdirib və işlərini asanlaşdırar. Dünya bu kimi insanların arxasından gələr. Amma tək niyyəti və məqsədi dünya olan və dünyadan başqa heç bir şey ilə maraqlanmayan bir kimsəni də hər zaman kasıbçılıq və sıxıntı içərisində edər. Və o insan dünyadan özünə düşən bir paydan başqa heç bir şey almaz. (Tirmizi)

İxlas qəlbin bu dünyada əmin-amanlıq və rahatçılıq tapmasının, dərd kədərin yox olmasının tək yoludur

Əməllərin qəbul olunması və yaxud da batil olunması ixlasa bağlıdır. Cənnətə və cəhənnəmə getmək ixlasa bağlıdır. Allahın qəzəbinə düçar olmaq və yaxud da rəhmətinə nail olmaq ixlasa bağlıdır.
Uca Allah buyurur:

«Bilin ki, xalis din yalnız Allaha məxsusdur» (Zumər,3)

İxlas sözü «Xalis oldu», «xalis olmaq» saflaşdı və duruldu mənasını verir. Bir şeyə qarşı xalis oldun və yaxud ixlaslı oldun demək ərəb dilində ona yetişdin deməkdir. Məsələn yağın xalis olması durulaşıb saflaşması mənasına gəlir.
İxlas kəliməsi də saflığa, təmizliyə, çirk və pasdan təmizlənmiş olmağa dəlalət edir. «Xalis şey» və yaxud «ixlaslı şey» maddi və mənəvi hər cür çirk və pasdan təmizlənmiş saf olan şey deməkdir.

«Dini yalnız Allah üçün xalis etdi » deməksə  » sadəcə Allahın rizasını umaraq riyanı buraxdı, və dini yalnız Allaha xas qıldı » mənasına gəlir. İxlas kəliməsi məna baxımından tövhid kəliməsi ilə eynidir. Muxlis olanlar muvahhid olanlar, yəni  tək Allaha ibadət edənlər mənasındadır.

İxlasın şərii mənası ilə bağlı İbn Qayyim (Allah ona rəhmət etsin) belə demişdir :

«İbadəti yalnız Allaha xas etmək deməkdir.» (Mədaricus Salihin 91/2)

Yəni, Ona heç bir şeyi şərik qoşmadan Ona yönəlmək deməkdir.

İxlas- ibadətin ruhudur. Necə ki İbn Həzm (Allah ona rəhmət etsin)  belə demişdir:

«Xalis niyyət ibadətin keyfiyyətli olmasının sirlərindəndir. Bədən üçün ruh nə deməkdirsə ibadət üçün xalis niyyət də o deməkdir. İbadətdə Allaha qulluqda ruhsuz bir işin olması düşünülə bilməz. Çünki, niyyətsiz bir iş ruhsuz bir bədənə bənzər. Ruhsuz bir bədən də artıq xarab olmuşdur deməkdir».

İxlaslı insan, qəlbini Allah təaləyə qarşı təmiz və xalis tutmaq, əməllərinin batil olmaması, riyadan uzaq olması üçün, insanlar tərəfindən qınanmasına əsla fikir verməz.

Allah rizası üçün etdiyi əməllərin üzə çıxmasına dair ən kiçik işarələrin belə insanlara bəyan olmasına razı olmaz. İxlaslı insanın tək dərdi Allahın razılığını qazanmaqdır.

Necə ki, Allah təalə Qurani Kərimdə buyurur:

» Halbuki onlara dini ancaq Allaha yönəltmək və özlərinin də haqqa yönələn kimsələr olaraq Allaha ibadət etmələri və zəkat vermələri əmr edilmişdir. (Bəyyinə 5)

Başqa bir ayədə buyurur:

«Şübhəsiz ki, mənim namazım da ibadətim də həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə əmr olunan budur və mən musəlmanların birincisiyəm. (Zumər14)

Və digər bir ayədə belə buyurur:

«Allah hansınızın daha gözəl əməl işləyəcəyinizi imtahan etmək üçün ölümü və həyatı yaratmışdır”.(Mulk 2)
Fudeyl Bin İyad (Allah ona rəhmət etsin)  bu ayənin təfsirində demişdir: » Daha gözəl əməl işləmək yəni əməlin daha ixlaslı və ən doğru olanı deməkdir. Ondan soruşmuşlar»əməli ən ixlaslı və ən doğru olanı nə deməkdir ? » o da belə cavab vermişdir: » Əməlin xalis olması ancaq Allah rizası üçün edilməsidir . Doğru olması isə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sünnəsinə uyğun olmasıdır . Əgər əməl Allah üçün olub Peyğəmbər (Allahın ona salavat və salamı olsun) etdiyi kimi olmazsa qəbul olmaz. Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) etdiyi kimi edilərsə, amma Allah rizası üçün edilməzsə və yaxud əməlin içərisində riya olarsa qəbul olmaz.

Allah rizasını qazanmaq istəyənlər çox böyük mükafatlarla müjdələnmişlər. Allah təalə bizim də onlarla birlikdə olmağımızı tövsiyyə edərək buyurmuşdur:

«Səhər və axşam çağı Rəbbinin üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bər-bəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! «  (Kəhf 28)

«İxlaslı insan kimdir ?» sualının cavabı isə belədir!

“Malını Allah yolunda verib günahlardan təmizlənən kəsin əvəzi veriləcək nemət üçün heç kəsə minnət qoymaz.  O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər. O, mütləq razı qalacaqdır!». (Bəqərə262)

İxlasın əksi isə Riya, ixlaslı insanın əksi isə riyakar insandır.

Müəllif: FeqihCom heyəti