Əxlaq

İxlas və niyyət

Aləmlərin Rəbbi olan Allaha həmd olsun, Onun peyğəmbərinə, ailəsinə, əshabına və onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun.

Allah Təalə belə deyib:

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ

  1. Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.

أُولَٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَا كَانُوا يَعْمَلُونَ

  1. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. [Hud surəsi, ayə15-16]

Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini eşitdim: «Həqiqətən əməllər niyyətlərə görədir. Hər kişiyə də onun niyyət etdiyi vardır. Kimin hicrəti Allah və rəsulunadırsa, onun hicrəti Allah və rəsulunadır. Kimin hicrəti dünya və evlənmək istədiyi qadın üçündürsə, onun hicrəti hicrət etdiyinədir.» [1]

Əbu Hureyradan rəvayət olunan hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: «Qiyamət günü ilk hökmü verilən şəxslərdən biri şəhid olacaqdır. O gətirirələcək. Allah ona verdiyi nemətləri bildirəcək və o  da (bu nemətləri) etiraf edəcək. Sonra Allah ona deyəcək: «Bu nemətlər ilə nə etdin? O, «Sənin yolunda döyüşdüm və şəhid oldum» — deyəcək. Allah ona deyəcək: «Yalan dedin. Sən döyüşürdün ki, sənə cürətlidir deyilsin və deyildi də. Sonra əmr olunacaq, üzü üstə sürütlənərək cəhənnəm oduna atılacaq.

Sonra elm öyrənib onu öyrədən, Quran oxuyan şəxs gətiriləcək və Allah ona verdiyi nemətləri bildirəcək və o da (bu nemətləri) etiraf edəcək. Sonra Allah deyəcək: «Bu nemətlər ilə nə etdin? «Elm öyrənib öyrətdim və Sənin üçün Quran oxudum» — deyəcəkdir. Allah deyəcək: «Yalan dedin. Sən elm öyrəndin ki, sənə alim desinlər, Quran oxudun ki, sənə qari desinlər və deyildi də. «Sonra əmr olunacaq, üzü üstə sürütlənərək cəhənnəm oduna atılacaq.

Sonra bol nemətlər və hər cür var dövlət verilmiş şəxs gətiriləcək. Allah ona verdiyi nemətləri bildirəcək və o da (bu nemətləri) etiraf edəcək. Sonra Allah ona deyəcək: «Bu nemətlər ilə nə etdin? Sənin sevdiyin hər bir yolda sənin üçün sədəqə etdim, xərclədim» — deyəcək. Allah deyəcək: «Yalan dedin. Sən belə etdin ki, sənə səxavətlidir, əli açıqdır desinlər, deyildi də. Sonra əmr olunacaq və üzü üstə sürütlənərək cəhənnəm oduna atılacaq.» [2]

 

Şərh:

Niyyət əməlin əsasıdır. İnsanın əməlinin qəbul və ya rədd olunması əməl edənin niyyətinə əsasən olur. Kim bir əməl edərsə, bu əməldə Allahla ixlaslı olarsa, axirət savabını umarsa və əməli sünnət üzərində olarsa, ondan qəbul olunar. Amma kim bu əməldə Allahdan başqasını niyyət edərsə və ya bu əməldə Allahla ixlaslı olmazsa, yəni Allahdan başqası üşün edərsə, əməli rədd olunar və onun üçün bir bəla olar.

Faydalar:

  1. Əməlin qəbul olmasının şərtlərindən biri, bu əməllə Allahın üzünü (razılığını) qəsd etməkdir.
  2. İxlasın əhəmmiyyətli olması. Çünki ixlassız əməl sahibi üçün bəladır.
  3. Əməlin yaxşı olması hələ onun qəbul olması üçün kifayət etmir.
  4. Hər bir əməldə niyyətin düzəldilməsi və buna həris olmaq.

 

[1] Səhih əl-Buxari, 1. Sünən Əbi Davud, 2201.

[2] Səhih Muslim, 1905. Sünən ət-Tirmizi, 2382.

_________

Tərcüməçi: Beynəlxalq İslam Universitetinin məzunu Vüqar Qurbanov  (Raşid ibn Huseyn ibn Əbdul-Kərimin «əd-Durus əl-yavmiyyə min əs-sünən va əl-əhkəm əş-şar’iyyə.» — kitabından).