Məqalələr

İstiğfarın fəziləti

İstiğfar eləmək Allaha itaətdir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1. İstiğfar eləmək Allaha itaətdir.

2. İstiğfar etmək günahların bağışlanmasına səbəbdir. Uca Allah buyurur: “dedim: «Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!»” (Nuh, 10).

3. Yağışın yağmasına səbəbdir. Uca Allah buyurur: “O, sizin üzərinizə bol-bol yağış göndərər” (Nuh, 11).

4. Mal dövləti, övladları artırar. Uca Allah buyurur: “var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar” (Nuh,12).

5. Cənnətə girməyə səbəbdir. “sizin üçün bağlar salar və çaylar yaradar” (Nuh, 12).

6. Gücün artmasına səbəbdir. Uca Allah buyurur: “gücünüzü daha da artırsın” (Hud, 52).

7. Gün güzaranı yaxşılaşdırır. Uca Allah buyurur: “gözəl gün-güzəran nəsib etsin” (Hud,3).

8. Bəla gəlməsinin qabağını alır. Uca Allah buyurur: “Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir” (əl-Ənfal, 33).

9. Allahın lütfünü qazanmağa səbəbdir. Uca Allah buyurur: “Öz lütfündən versin” (Hud, 3).

10. Rəhmətin enməsinə səbəbdir. Uca Allah buyurur: “Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz? Ola bilsin ki, sizə rəhm oluna” (ən-Nəml, 46).

İstiğfarın vaxtı:

İstiğfar diləmək hər bir vaxt məşrudur. Günah etdikdə isə istiğfar etmək vacibdir. Bəzi saleh əməllər etdikdən sonra da istiğfar etmək sünnədir. Namazı və həcci misal çəkmək olar.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ramil Soltanov