Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
632 – Əbu Bəkrin Xəlifəliyinin başlaması
– İrtidadın qarşısının alınması.
– 3-cü Yəzdəgərdin taxta əyləşməsi.
633 – Hirənin verilməyi
– Suriya və Fələstinə edilən hərbi yürüşlər.
634 – Əcnadin döyüşü
– Ömərin Xəlifəliyinin başlaması.
– Yeni idarə siusteminin qurulması.
– Körpü döyüşü.
635 — Dəməşqin (Şam) alınması
636 – Yərmuk döyüşü, Suriyanın fəthi
637 – Qadisiyyə döyüşü, İraqın fəthi
– Kufədə qarnizon qurulması.
638 – Qüdsün təslim olması
639-640 – İslami təqvimə keçidə başlanması
– Fələstin və Suriyada vəba epidemiyasının yayılması.
– Hicazda qıtlıq.
– Bizans İmperiyasının daxilində şiddətli xristyanlıq ixtilafları.
– Amrın Misiri fəth etməsi.
640 – Nəhavənd döyüşü;
– İranın İmperiyasının fəthilə Sasani Xanədanlığının çöküşü
641- 42 – Fələstinin alınması
– İmperator Heraklın vəfatı;
– Misirin Fəthi;
– Fustatın qurulması. (Fustat – Böyük bir hərbi qərargah idi)
644 – Hz. Ömərin öldürülməsi
– Hz. Osmanın Xəlifə olması.
645 – İskəndəriyyədəki Bizans donanmasının təzələnməsi
646 – Ərdəbilin Ərəblər tərəfindən ikinci dəfə işğalı
647 – Trablusqarbın Ərəblər tərəfindən fəthi
649 – Ərəblər tərəfindən bir donanmanın yaradılması
– Bizansa qarşı dəniz döyüşünün başlaqması: Kıbrısın fəthi.
650-52 – Quranın kitab halına salınması. (Quran katiblərinin peyğəmbərin sağlığında dəri və s. üzərində yazdıqları ayələrin bir yerə toplanıb kitab halına salınması.)
– Ərəb sərhədlərinin Xorasana qədər uzanması.
653 – Kıbrısın ikinci dəfə fəth edilməsi
– Rodos adasının fəthi.
– Ərəblərlə Xəzərlər arasında ikinci “Bələncər” döyüşü.
655 – Bir dəniz döyüşündə Bizanslıların faciəvi bir məğlubiyyətə məruz qalmaları
656 – İslam dünyasında hüzursuzluğun yayılması və Hz. Osmanın bir üsyanda şəhid edilməsi
– Hz. Əlinin xəlifə olması.
– Cəməl döyüşü.
657 – Kufənin paxytaxt edilməsi
– Sıffeyn döyüşü
658 – Əli (Allah ondan razı olsun) ilə Müaviyyə (Allah ondan razı olsun) arasında hakimlik hadisəsi
– Xaricilər (Xəvariclər) firqəsinin ortaya çıxması.
660 – Müaviyyənin (Allah ondan razı olsun) xəlifə olması
7 –ci əsrin 60-cı illərinin sonları- Cavanşirin iki dəfə Şam şəhərinə gedərək xəlifə Müaviyyə (Allah ondan razı olsun) ilə görüşməsi.
661 – Əlinin (Allah ondan razı olsun) qətli
– Şamda Əməvi Xəlifəliyinin qurulması.
662 – İraqdakı valiliklərin Muğirə və Ziyada həvalə edilməsi
668 – Siciliyaya ordu çıxarılması
670 – Çox sayda İraqlı Ərəbin Xorasana gedişi
– Şimali-qərbi Afrikanın Ukbə tərəfindən fəth edilməsi və Keyrəvanın qurulması.
– Ərəblərin Konstantinopola etdikləri nəticəsiz hücum.
674 – Ərəblərin Girit adasına ordu çıxarmaları
– Bizanslıların Yunan atəşindən istifadə etmələri: Konstantinopolu xilas etmələri.
678 – Aişənin (Allah ondan razı olsun) ölümü
679 – Yezidin Xəlifəliyə Vəliəhd göstərilməsi
680 – Müaviyyənin (Allah ondan razı olsun) ölümü və Yezidin hakimiyyətə gəlişi
– Hüseynin (Allah ondan razı olsun) və tərəfdarlarının qətl edilmələri.
681 – Cavanşirin suiqəsd nəticəsində öldürülməsi
682-83 – Məkkə və Mədinədə Yezidə qarşı qiyam
– Abdullahın Əməvi ordusuna qarşı girişdiyi çətin döyüş.
– Yezidin vəfatı.
684 – Şamda Mərvanın Xəlifə olması
– Mərcü-Rahit döyüşü; Mərvanın mövqeyinin güclənməsi.
685 – Əbdül-Məlikin taxta çıxışı. İmperatorluq içində kindar hizbləşmələr
– İraqda Muxtar üsyanı.
686 – Şam ordusunun İraqda məğlub olması
687 – Muxtarın Kufə mühasirəsində vəfat etməsi
691 – İraqın Əbdül-Məlikin idarəçiliyinə keçməsi
695 – İraqın Həccaca tabe olması
696 – İmperiyanın rəsmi dilinin Ərəb dili olması; İlk Ərəb pulunun basılması
– İraqdakı Xaricilərin qiyamının yatırılması.
698 – Keyrəvanın Ərəblər tərəfindən yenidən ələ keçirilməsi; Bizanslıların Şimali Afrikadan çıxarılmaları; Tunis şəhərinin qurulmağı
702 – İmperiyanın şimali qanadının Həccac tərəfindən gücləndirilməsi
705 – Şimali-qərbi Afrikanın bütöv bir vilayət olaraq İmperiyaya bağlanması
– Əbdül-Məlikin oğlu əl-Vəlidin Xəlifə olması.
– Ərəblərin Albaniyanın müstəqilliyinə son qoyması.
711 – Müsəlmanların İspaniyaya yürüşü (Tariq ibni Ziyad komandanlığı ilə).
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Mənbə: fəqih.com heyəti