Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
625 – Uhud döyüşü, Həmzənin (Allah ondan razı olsun) şəhid olmağı;
– Həsənin (Allah ondan razı olsun) anadan olması (Ramazan ayında);
– Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Ömərin (Allah ondan razı olsun) qızı Hafsa ilə evlənməyi;
– Raci hadisəsi. Dinə dəvət üçün qəbilələrə göndərilən təbliğçilərin pusquya salınıb şəhid edilmələri;
– Biri Maunə faciəsində İslam təbliğçilərinin şəhid edilmələri;
– Bəni Nadir döyüşü; Dinc durmayan yəhudilərin sürgün edilmələri;
– Hüseynin (Allah ondan razı olsun) anadan olması. (Şaban ayında);
– Tərcümə işlərində yəhudilərə etimad qalmadığına görə, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Zeyd ibni Sabitə İbrani dilini öyrənməyini əmr etməsi;
– Dumətul-Cəndəl döyüşü: Suriya ətrafında toplanan quldur dəstələrinin dağıdılması;
– Bəni Mustalıq döyüşü: Bu qəbilə Mədinəyə hücum etmək istədiyinə görə susduruldu. Qayıdarkən «İfk» şaiyəsinin yayılması;
– Təyəmmümün (Su olmayan yerlərdə qum ilə və başqa vasitələrlə yuyunmaq, dəsnamaz almaq) məqbul hesab olunması.
627 – Xəndək və ya Əhzab Hərbi: Bütpərəstlərin Mədinəni mühasirəyə almaları, Allahın köməyilə pərişan olub dağılmaları;
– Xəndək hərbində xəyanət edən Bəni Qureyzə yəhudilərinin cəzalandırılmaları.
628 – Hüdeybiyyə Sülhü: Bəzi şərtləri ağır görünən bu müqavilə İslam üçün zəfər hazırlamışdır.
– İslama dəvət üçün hökmdarlara məktubların göndərilməsi. (Bizans İmperatoru Herakla, İran Kisrası Xosrov Pərvizə, Misir Hakimi Mukavkısa, Həbəşistan Nəcaşisinə, Omman, Yəmamə, Bəhreyn, Yəmən əmirlərinə və s.);
– Xeybərin fəthi : Əlinin (Allah ondan razı olsun) dillərdə dastan olan qəhrəmanlıqlar göstərməyi;
– Fədək yəhudilərinin vergi verməyə məcbur edilmələri;
– Bir Yəhudi qadının Peyğəmbər (Allahın ona salavat və salamı olsun) zəhərləmə təşəbbüsü;
– Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Safiyyə ilə evlənməyi;
– Muta nigahının (siğənin) qadağan olunması;
– Məkkədən Həbəşistana köçən müsəlmanların Mədinəyə geri qayıtmaları. Hz. Əlinin qardaşı Cəfər Təyyarın son dəstə ilə qayıtması.
629 – Hüdeybiyyə müqaviləsinin hökmünə görə müsəlmanların Kəbəni ziyarət etmələri.
– Xalid ibni Vəlidlə Amr ibni Asın İslamı qəbul etmələri;
– Mutə hərbi: Suriyada Bizansla ilk qarşılaşma. Xalid ibni Vəlidin hərbi məharəti sayəsində 3000 nəfərlik İslam ordusunun 100 000 nəfərlik Bizans ordusunun qarşısında dayanması;
– Zatus-Səlasil döyüşündə Amr ibni Asın komandirlik etməsi.
630 – Məkkənin fəthi, Kəbənin bütlərdən təmizlənməsi. Qalibin məğlub olanları bütövlükdə əhv edərək cahanşümul böyüklük göstərməsi. Hüneyn, Evtas, Həvazin hərbləri;
– Zeynəbin vəfatı. Oğlu İbrahimin anadan olması.
630 – Təbuk döyüşü, Suriyada Bizansa verilən dərs;
– Münafiqlərin bu hərbə qoşulmaqdan qaçmaları və toplandıqları Məscidi-Dırarın yandırılması. Sülh və sükunət dövrü: Qəbilələrə təbliğçilər və müəllimlərin göndərilməsi, bütün qəbilələrdən heyətlərin gəlib, müsəlman olduqlarını ərz etmələri (Sənətul-Vüfud);
– Sevgili oğlu İbrahimin vəfatı. Nəcaşi üçün salətu-qaib (qaib namazı) qılınması.
631 – Əbu Bəkr (Allah ondan razı olsun) Həcc əmirliyi. Müsəlmanlığın bütün Ərəbistan yarımadasına yayılması.
632 – Vida həcci, Hüccətul-Bəlağ və ya Hüccətüs-Səlam da deyilən Vida həccində 100 000 nəfərlik bir camaata xitab etməsi;
– Səfər ayında Bəqi məzarlığına ani bir ziyarət edib, axirətə köçmüş möminləri salamlaması və şəhidlərə duası;
– Fəzilət dolu nurlu bir həyatdan sonra, bu fani aləmdən köçməyi və ruhunun Rəfiqi-Əlaya yüksəlməyi.
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Mənbə: fəqih.com heyəti