Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
571 – Məhəmməd (Allahın ona salavat və salamı olsun) Peyğəmbərin dünyaya gəlməsi: (9 və ya 12 Rəbiül-Əvvəl) 9 Rəbiül-Əvvəl tarixi həqiqətə daha uyğun, 12 Rəbiül-Əvvəl tarixi isə daha məşhurdur.
575 — Beş il Sad qəbiləsində süd anası Həlimənin yanında qaldıqdan sonra, Məkkəyə, ailəsinin yanına qayıtmağı.
577 — Anası Əminə, xidmətçisi Əymən ilə birlikdə Mədinəyə gedib, atasının məzarını ziyarət etməyi və geriyə qayıtmağı;
– Babası Əbdülmüttəlibin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) himayəsinə almağı.
579 — Əbdülmüttəlibin vəfatına görə əmisi Əbu Talibin himayəsində qalmağı.
583 — Əmisi Əbu Taliblə, ticarət karvanı ilə Suriyaya getməyi və Busrada Bahiranın bu uşağın son Peyğəmbər olacağını sezməsi.
588 – Əmisi Zübeyrlə Yəmənə səyahəti.
591 – Qureyşlə Qays arasında 4 il davam edən Ficar hərbində bitərəf qalması və Hilful-Fudul müqaviləsinə qoşulması.
595 — Şama ikinci səyahəti, Meysərənin Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) heyranlığı.
596 — Xədicə (Allah ondan razı olsun) ilə evlənməyi.
606 — Kəbənin təmirində Həcərül-Əsvədi (Qara daşı) yerinə qoyma vəzifəsini Qureyşin Məhəmmədul-Əmin dediyi Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) ifa etdirməyi.
610 – Hirada ilk vəhyin gəlişi (Ramazan ayında)
– Ən yaxınlarını İslama dəvətə başlamağı ilə, Xədicə, Əli və Əbu Bəkrin müsəlman olmaları.
613 — Üç il gizli dəvətdən sonra Səfa təpəsinə çıxıb açıq dəvətə başlamağı.
615 — Bütpərəstlərin hücumu qarşısında bəzi müsəlmanların Həbəşistana ilk hicrətləri (gedişləri).
– Bütpərəstlərin fağır müsəlmanlara işkəncələrini artırmaları, müsəlmanların Darul-Ərkama sığınmaları.
616 — Həmzə və Ömərin müsəlman olmaları.
617 — İkinci dəstənin Həbəşistana hicrəti.
– Bütpərəstlərin mühacirləri geri çağırmaq üçün Həbəş hökmdarına müraciətləri, Cəfərin oxuduğu ayələrin təsiri ilə bunun nəticəsiz qalmağı, Qureyşin Haşim Oğulları ilə münasibəti kəsərək, onlara qarşı boykot elan etməyi.
619 – Qureyşin üç illik mühasirəni qaldırmağı;
– İki böyük kədər : Xədicənin və Əbu Talibin vəfatı (Sənətül-Hüzn).
620 — Taifliləri İslama dəvət üçün Taifə getməyi, orada məruz qaldığı çətinliklər, Merac hadisəsi.
Birinci Akabə beyəti : On iki Mədinəli şəxsin müsəlman olmağı.
621 — İkinci Akabə beyəti : Bu dəfə müsəlman olanlar çox idi. Həzrəcdən 9, Evsdən 3 nəfər olmaqla 12 təmsilçi seçdilər.
622 – Sentyabrda (miladi ilə) Rəsulullah (Allahın ona salavat və salamı olsun) Məkkədən mədinəyə hicrət etmişdir;
– Hicri təqvimin başlanğıcı;
– Bəni Salim yurdunda ilk Cümə namazının qılınmağı;
– Əbu Əyyub əl-Ənsarinin evində müsafir qalmağı;
– Mədinədə Məscidi-Nəbəvinin və Xaneyi-Səadətin inşası;
– Azanın vacib qılınmağı;
– Müsəlmanlar arasında qardaşlıq təsisi. (Muahat)
623 – Məscidin önündə fağırlara baxmaq üçün Suffanın düzəldilməsi;
– Yəhudilərlə siyasi münasibətlərin qurulması;
– Məkkədə nişanlandığı Aişə ilə Mədinədə evlənməyi;
– Qiblənin Qüdsdəki Məscidi-Aqsadan Kəbəyə çevrilməsi;
– Mədinə ətrafındakı qəbilələrlə sülh müqaviləsinin imzalanması;
– İslamda ilk hərb olan şanlı «Bədr» zəfəri.
624 – Ramazan orucunun fərz edilməyi;
– Zəkatın fərz olmağı;
– İlk bayram namazının qılınmağı;
– Peyğəmbərin qızı və Osmanın zövcəsi olan Ruqiyyənin vəfatı;
– Fatimə ilə Əlinin izdivacı;
– Yəhudilərin müsəlmanlara düşməncəsinə hərəkətə başlamaları, münafiqlərin törəməsi;
– Süveyq döyüşü.
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Mənbə: fəqih.com heyəti