Dua və zikrlər

İnsanlar içində düşmənlərdən qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

İnsanlar içində düşmənlərdən qorunma

Əbu Musa əl-Aş‘aridən (Allah ondan razı olsun) rəvayet olunur ki Allah rəsulu (Allahın ona salavat və salamı olsun) hər hansı bir insandan ehtiyat etdikdə deyərdi: “Allahım, Səndən onlara qarşı kömək diləyir və onların şərindən sənə sığınırıq”. Əbu Davud, 1537; Əhməd, 4/415. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.

أَللَّهُمَّ إِنَّا نَجْعَلُكَ فِي نُحُورِهِمْ وَنَعُوذُ بِكَ مِنْ شُرُورِهِمْ

/Allahummə innə nəc‘əlukə fi nuhurihim və nə‘uzu bikə min şururihim/.

Yüklə

Əbu Səid əl-Hudri (Allah ondan razı olsun) rəvəyət edirki: “Xəndək günü biz dedik: “Ey Allahın rəsulu! Biz nə söyləyək (dua edək), həqiqətən bizim qəlblərimiz (qorxudan) boğazlarımıza çatıb?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Allahım bizim övrətimizi ört və qorxudan xilas et”deyin. Bundan sonra Allah düşmənlərimizin üzlərinə bir külək çarparaq onları onun vasitəsi ilə darmadağın etdi”. Əhməd, 3/3; əl-Bazzar, 3119. Hədis səhihdir. Bax “əs-Silsilə əs-səhihə”, 2018.

اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِناَ، وَآمِنْ رَوْعَتِنَا

/Allahummə-stur ‘əuratinə uə əəmin rau‘ətinə/.

Yüklə

Abdullah bin Abu ‘Auf (Allah ondan razı olsun) rəvayət edirki, bir dəfə peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz düşmənlərinə rast gəldikdə sahabilərinə üz tutaraq dedi: “Ey insanlar düşmənlərinizlə görüş axtarmayın və Allahdan (əl-‘afiyə) sizləri hər bir şərdən azad etməsini diləyin. Əgər onlarla görüşməli olsanız səbr edin və bilinki Cənnət sizin qılınclarınızın kölgəsi altındadır!”. Sonra peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Ey Kitabı nazil edən, buludları hərəkətə gətirən, ittifaqda olan qəbilələri məğlub etmiş Allahım, onları məğlub et və bizlərə onların üzərində qələbə çalmaqda köməy ol!”. əl-Buxari, 2965; Muslim, 1742.

اللَّهُمَّ مُنْزِلَ الْكِتَابِ وَمُجْرِيَ السَّحَابِ وَهَازِمَ الأَحْزَابِ اهْزِمْهُمْ وَنْصُرْناَ عَلَيْهِم

/Allahummə munzilə-l-kitəbi və mucriyə-s-səhəbi və həzimə-l-əhzəbi-hzimhum uansurnə aleyhim/.

Yüklə  

Rəvayət olunurki Ənəs (Allah ondan razı olsun) demişdir: “Döyüşə yola düşdükdə Allahın rəsulu (Allahın ona salavat və salamı olsun) deyərdi: “Allahım Sən mənə kömək edib məni qoruyursan, yalnız Sənin (rəhmətin) sayəsində mən yeriyir, hücüm edir və vuruşuram!”. Abu Davud, 2632; ət-Tirmizi, 3584; Əhməd, 4/184; İbn Hibban, 1661. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.

أَللَّهُمَّ أَنْتَ عَضُدِي، وَأَنْتَ نَصِيرِي، بِكَ أَحُولُ وَبِكَ أَصُولُ، وَبِكَ أُقَاتِلُ

/Allahumma Əntə ‘ədudi və Əntə nasıri bikə əhulü və bikə əsulü və bikə uqatilü/.

Yüklə  

İbrahim (Allahın ona salavat və salamı olsun) peyğəmbərin duası.
“Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə!”. əl-Mumtahinə, 5.

رَبَّنَا لاَ تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا

/Rabbənə lə təc‘əlnə fitnətən lilləzinə kəfəru/.

Yüklə

 

İbn Abbas (Allah ondan razı olsun) deyir ki, İbrahim peyğəmbərin sözlərinin mənası budur: “Bizləri kafirlərin əli ilə cəzalandırma və üzərimizə Səndən əzab-əziyyət göndərmə ki, kafirlər: “Əgər onlar düz yolda olsaydılar, aqibətləri belə olmazdı” deməsinlər”. əl-Hakim. Mucahid və əd-Daxxaq kimi təfsir imamları bu ayəni eynicə şərh etmişlər. Bax “Tafsir İbn Kasir”, 4/38.

Musa (Allahın ona salavat və salamı olsun) peyğəmbərin duası.
“Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə! Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!” Yunus, 85-86.

رَبَّنَا لاَ تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ الظَّالِمِينَ، وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ

/Rabbənə lə təc‘əlnə fitnətən lil-qaumiz-zaliminə və nəccinə birahmətikə minəl-qaumil-kəfirin/.

Yüklə

Suhayb (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizdən əvvəl yaşayan (ümmətlərdən birində yaşayan) bir gənc haqqında sohbət açdı. Həmin gənc bir cadugarın yanında sehr öyrənirdi. Bir gün yolda o bir rahibə rast gəldi və onun sözləri həmin gəncin qəlbinə düşdü və o tez-tez rahibin yanına gəlməyə başladı. O həqiqi imanı dərk etdikdən sonra, dini təbliğ etməyə və Allahın izni ilə xəstə, kor və cüzamlı insanları sağaltmaqa başladı. Padşah bunu bildikdə həmin gənci yanına gətirməyi və onun gətirdikdən sonra ona öz dinindən dönməyini əmr etdi. Lakin gənc imtina etdi. Onda padşah dedi: “Onu filan dağın zirvəsinə çıxarın, əgər öz dinindən imtina etsə onu azad edin, etməsə onu həmin dağın başından atın!”

Onu dağın başına çıxartdıqda o dedi: “Allahım, məni bunlardan istədiyin kimi xilas et!” Bundan sonra dağ hərəkətə gəldi və onun üzərində olanlar düşdü, gənc isə yenə padşahın yanına gəldi. Padşah soruşdu: “Səninlə olanlar necə oldular?” Gənc “Allah məni onlardan xilas etdi” deyərək cavab verdi. Padşah başqa qulluqçularını çağırdı ve onlara dedi: “Onu gəmiyə mindirib dənizin ortasına aparın, əgər öz dinindən dönsə onu buraxın, əks halda isə onu dənizə atın”. Onlar onu əmr olunan yerə gətirdikdə gənc dedi: “Allahım, məni bunlardan istədiyin kimi xilas et!” Bundan sonra gəmi çevrildi və padşahın qulluqçuları suda batdılar, cavan oğlan isə yenə padşahın yanına gəldi. Padşah soruşdu: “Səninlə olanlar necə oldular?” Gənc “Allah məni onlardan xilas etdi” deyərək cavab verdi….”. Muslim, 3005 hədisin bir hissəsi.

أَللَّهُمَّ اكْفِنِيهِمْ بِمَا شِئْتَ

/Allahummə-kfinihim bimə ş‘it/

Yüklə

İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunurki, İbrahim demişdir: “Allah bizə kifayət edər, O necədə gözəl vəkildir!” Ali İmran, 173.

Bu duanı İbrahim (Allahın ona salavat və salamı olsun) onu oda atdıqda etmişdir. Məhəmməd (Allahın ona salavat və salamı olsun) peyğəmbər isə ona “Həqiqətən sizə qarşı insanlar toplanmışdır, onlardan qorxun” dedikdə bu kəlmələri demiş. “Həqiqətən sizə qarşı insanlar toplanmışdır, onlardan qorxun” — dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə kifayət edər, O necədə gözəl vəkildir!” – demişlər. Ali İmran, 173. əl-Buxari, 4563.

حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ

/Həsbunə-Llahu və ni‘məl-Vəkil/

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha