Əqidə Məqalələr

İman, küfr və günahlar…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

«..Eynilə küfrün də əsli və şöbələri var. Beləliklə imanın şöbələri iman sayıldığı kimi küfrün şöbələri də küfr sayılır; Həya imandan bir şöbədir, həyanın az olması isə küfr şöbələrindən bir şöbədir.

Doğru sözlülük imanın şöbələrindən bir şöbədir, yalan sifəti isə küfrün şöbələrindən bir şöbədir. Namaz, zəkat, həcc, oruc imanın şöbələrindəndir, onları tərk etmək isə küfrün şöbələrindəndir. Allahın endirdiyi ilə hökm etmək imanın şöbələrindən biridir, Allahın endirdiyindən başqası ilə hökm etmək isə küfrün şöbələrindən biridir.

Günahların hamısı küfrün şöbələrindəndir, necəki itaətlərin hamısı imanın şöbələrindən sayılır. İmanın şöbələri iki qismdir; sözlə bağlı olanlar və əməllə bağlı olanlar.

Eləcədə küfrün də şöbələri də iki növdür; sözlə bağlı və əməllə bağlı olanlar. İmanın sözlə bağlı olan şöbələrində elə bir şöbə var ki, onun yox olması imanın yox olmasını vacib edir, həmçinin əməllə bağlı olan şöbələrdə elə bir şöbə var ki, onun yox olması imanın yox olmasını vacib edir. Küfrün sözlə və əməllə bağlı olan şöbələri də eynilə bunun kimidir. Öz ixtiyarı ilə bir küfr kəliməsi söyləməklə — və bu, küfrün şöbələrindən bir şöbədir — küfr etdiyi kimi, eləcədə bütə səcdə, Quranla nalayiq davranmaq kimi (küfrün) şöbələrindən olan bir şöbəyə əməl etməklə də küfr etmiş olur və bu, əsli bir qaydadır…»

Dahi alim İbn əl-Qayyim “Kitəb əs-Salət” (səh. 24)

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment