Məqalələr

İlk xəlq olunan məxluq

Ramil Soltanov

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Sual: Allah ilk olaraq nəyi xəlq etmişdir?

Cavab: Bu məsələdə elm əhli arasında ixtilaf vardır. Bəzi alimlərin rəyinə görə ilk xəlq olunan şey qələm, bəzi alimlərin rəyinə görə isə ilk xəlq olunan şey ərşdir. Düzgün rəy budur. Uca Allah ilk olaraq ərşi xəlq etmişdir.

Bu rəyin daha səhih olmasına dair bir neçə dəlili zikr edirik. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyumuşdur: “Allah məxluqatı yaratdıqdan sonra Ərşin üzərində, Öz yanında yerləşən Kitabında bu (sözləri) yazmışdır: «Mənim rəhmətim qəzəbimi üstələmişdir”.» (Buxari 3194)

Bu hədisin şərhində Hafiz ibn Həcər ilk məxluqatın ərş olduğunu qeyd etdikdən sonra bu hədisi zikr etmişdir. (… Onun ərşi suyun üzərində idi sonra isə qələmi yaratdı). Digər bir hədisdə «Allah yeri və göyü yaratmamışdan əlli min il öncə bütün məxluqatın qədərini yazmışdır və artıq Onun Ərşi suyun üzərində idi”. Digər bir hədisdə Abdullah ibn Abbas (Allah ondan razı olsun) buyurmuşdur: “Uca Allah ərşin üzərində olarkən lövhul məhfuzu yaratdıqdan sonra hələ məxluqatı yaratmamış qələmə dedi: “Yaz». Qələm: «Nəyi yazım» deyə soruşdu. Uca Allah: «Qiyamətə qədər xəlqim barədə olan elmimi». (Fəthul Bari, 6/346-347)
Digər bir hədisdə peyğəmbərdən hər bir şeyi yaratmazdan öncə Allahın harada olduğunu sorşduqda O, dedi: “»İmə» adlanan yerdə idi. Sonra suyun üzərində Ərşini yaratdı». Kim ki, ilk yaradılan şeyin qələm olduğunu deyirsə, bu hədisə isnad etmişdir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Uca Allah ilk dəfə qələmi yaratdıqda ona yaz dedi». Ancaq bu hədisdə Uca Allahın ilk yaratdığı şeyin qələm olması yox, qələmi ilk dəfə yaratdıqda ona yaz deməsidir. Həmçinin Şeyxul İslam ibn Teymiyyə bu məsələ barəsində Məcmuəl Fətava (2/275) kitabında danışdıqdan sonra ilk məxluaqtın ərş olduğunu zikr etmişdir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ramil Soltanov