Firqələr

Husilər kimlərdir və nəyə xidmət edirlər?

Husilər kimlərdir və nəyə xidmət edirlər?

  • Husilər kimlərdir?
  • Husilərin əqidəsi və şiəlik.
  • Husilərin Yəmən inqilabı.
  • Husilərə qarşı əhli sünnənin mövqeyi necə olmalıdır?

Husilər kimlərdir?

Husilər hərəkatı (üsyanı) Yəmənin şimalında yaranmışdır. Məskunlaşma yerləri də Yəmənin paytaxtı Səna şəhərindən 240 km aralıda yerləşən Saədəh bölgəsidir. Elə şimal və qərb tərəfdən də Səudiyyə Ərəbistanı ilə sərhədləri var.

Husilərin kökü Zeydilərə gedib çıxsa da başçıları və bu harəkatın tərəfdarları radikal şiələrdir. Bu silahlı qruplaşma dini, şiəvi, batini  (carudi), siyasi və silahlı qruplaşmadır. Əsas məqsədləri üsyan edərək Yəmən ölkəsini tamamilə şiələşdirməkdir. Bunun üçün isə bütün yollardan (xarici yardımlar, sifarişli qətllər və s) istifadə edirlər. Livandakı “hizbullah terror təşkilatının” getdiyi dini və siyasi yolu getməklə yanaşı, husilər ”hizbullah terror təşkilatı” və İran tərəfindən maaliyələşirlər. Hərəkatın “husilər” adlandırılması isə Yəmənin «Hus» məntəqəsinə nisbətlə olub ilk başçılarının da bu nisbəti qəbul etməsiylə əlaqədardır.

Husilərin ilk liderləri Hüseyn Bədrəddin əl-Husi (1959-2004) olmuşdur. Onun atası Bədrəddin əl-Husi (1926-2010) onların mənəvi rəhbəri olsa da, onun iki oğlu (Hüseyn və Abdul-Məlik) üsyanın əsas iki lideri olmuş və atalarının amalını yerinə yetirmişlər.

Husilər ilk dəfə 1990-cı ildə bir qruplaşma (təşkilat) kimi özlərini elan etdilər. Bu isə Yəməndə sərbəst partiyalar qurmağın azad olması qanununun qüvvəyə minməsindən sonra mümkün olmuşdu. Bundan əvvəl isə gizli şəkildə öz  fəaliyyətlərini davam etdirirdilər. Bu zaman onlar bir camaat olaraq özlərini “mömin gənclər” adlandırmışdılar. Daha əvvəllər gənclər arasında tərbiyəvi, mədəni və siyasi fəaliyyət göstərməyi izhar etsələr də, çox keçmədən silahlı qruplaşma kimi meydana çıxdılar.

Hərəkatın ikinci lideri isə Bədrəddin əl-Husinin oğlu Abdul-Məlik Bədrəddin əl-Husidir (1959).

Bu həmin husilərdir ki, 2016-cı il, 27 oktyabr tarixində Yəmən ərazisindən Məkkəyə birbaşa Kəbəni hədəf alan ballistik raket zərbəsi endirmişdilər. Xoşbəxtçilikdən havadan müdafiə sistemlərinin vasitəsilə birbaşa Məkkəyə yönəlmiş raket havada ikən zərərsizləşdirilmişdir və hədəfə 65 km qalmış vurulmuşdur. (Bax: Oxu.az/2016.28 oktyabr)

2017-ci ilin 28 iyul tarixində yenidən Məkkəyə eyni qəbildən olan hücum təşkil edilmiş və hədəfə 67 km qalmış raket havada ikən sıradan çıxarılmışdır. (Bax: Avropa.info/2017.28 iyul)

Bundan başqa onlar Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərini hədəfə alan ballistik raket hücumlarını dəfələrlə təşkil etmiş və çox vaxt bu hücumlar havadan müdafiə sistemlərinin sayəsində dəf edilmişdir.

Husilərin əqidəsi və şiəlik:

Husilərin tarixi kökləri Zeydiliklə əlaqəli olsa da, hazırkı husi şiələri keçmiş tərəfdaşlarından fərqli olaraq daha radikaldırlar. Onlar şiələrin “imamiyyə” məzhəbinə daha yaxındırlar. Çünki, hazırkı husilərin İranla sıx əlaqələrinin olmasıyla yanaşı, husilərin mənəvi lideri hesab olunan Bədrəddin əl-Husi 1994-cü ildə Yəmənin kommunistlərlə müharibəsi zamanı Yəməni  tərk edib uzun müddət İranda qalmış, ailəsi və övladları üçün orada yaxşı şərait, maddi-mənəvi dəstəklə tam təmin edilmiş və İran dairələrinin təsirinə düşmüşdür. Həmçinin, o Yəməndəki zeydiliyi  zaman keçdikcə “imamiliyə” daha da yaxınlaşdırmışdır.

O, peyğəmbərin (Səllallahu aleyhi və Səlləm) raşidi xəlifələrinə (Əbu Bəkr, Ömər, Osman) dil uzadır, onları bütün problemlərin səbəbi kimi görürdü.

O, peyğəmbərin səhabələrinə də nifrət bəsləyir, onları xəyanətdə ittiham edir, bununla da kifayətlənməyərək səhabələri kafir adlandırırdı. Bədrəddin Hüseyn əl-Husi belə deyirdi: «Mən öz adıma deyirəm ki, o səhabələr kafirdirlər. Çünki, onlar Rəsulullah sallallahu aleyhi və Səlləm və onun əhli beytinə müxalif oldular.» (Bax, Haqiqatul-Harakatul-Husiyyə, səh, 43)

O həmçinin, Quranın təhrif olunduğuna və xəlifə Osman tərəfindən təhrif edildiyinə inanırdı. (Daha ətraflı bax, Durus min hədyil-Quran, Hüseyn əl-Husinin öz yazdığı kitabı, birinci dərs, səh 10)

Möminlərin anası Aişə haqqında isə Nur surəsindəki ayələri inkar edərək çirkin bir bidət etmişdir. O qara bir it götürmüş, həmin iti bədəninin ortasına kimi basdırmış, sonra isə demişdir: «Daşqalaq olunmadan cəzasız qalmış Aişəni daşqalaq edin!» (Haqiqatul-Harakatul-Husiyyə, səh 47)

Bununla da peyğəmbəri düzgün hökm verməməkdə, öz yoldaşını daşqalaq etmədiyində və əxlaqsız bir qadınla yaşamaqda ittiham etmişdir. Peyğəmbərin Allahın hökmünə müxalif olub hansısa cəzanı tətbiq etməməsini iddia etmək isə böyük bir böhtandır.

O, səhabələrə qarşı olan bu düşmənçiliyi öz tərəfdarlarına da aşılayırdı.

O, möminlərin Quranda Allahı cənnətdə görəcəklərini də inkar edirdi. əl-Qiyamət surəsində Uca Allah buyurur: «O gün neçə-neçə üzlər nurlanacaq, və öz Rəbbinə baxacaqdır.» (əl-Qiyamət, 22-23)

O, həmçinin, müsəlmanlardan böyük günah sahiblərinə Qiyamət günü olacaq şəfaəti də inkar etmişdir.

Həmçinin, Hüseyn əl-Husi Peyğəmbərin sünnəsini də inkar edirdi.

Bütün bu qeyd olunanlar Bədrəddin Hüseyn əl-Husinin Zeydi deyil, dəyişilərək imamiyyə şiəsi olmasına dəlalət edir.

Üstəlik Husilərin həqiqi Zeydi şiəsi deyil, Zeydilərin ən radikal qolu olan Carudilərdən olmaları diqqəti cəlb edir. Əbu Carud əhli beytin adından hədis uyduran, yalançı biri olmuşdur. Ümmətin məşhur hədis alimi Yəhya ibn Məin demişdir: Ziyad ibnil-Munzir Əbu Carud yalançıdır, Allahın düşmənidir, bir quruşa dəymir. (əl-Kəmilu, ibn Adiy, 3/189)

Əbu Carud barədə İmam Əhməd demişdir:  «O,hədisinin rəvayəti tərk olunmuş şəxsdir.» (Kitabul-İləl, 3/382)

Husilərin “Amerikaya və İsrailə ölüm şüarları” ən gülməli şüarlarıdır. Çünki, bunun rəmzi bir şeylər olması və həqiqi şüar olmaması mesajını husilərin rəhbərləri öz çıxışlarında dəfələrlə bildirmişlər. Biz də bilirik ki, batil əhli daima öz ətrafına adam toplamaq  üçün parlaq şüarlardan istifadə etmişlər.

İranda da “Amerikaya və İsrailə ölüm olsun deyirlər,” lakin, gerçəklikdə xristian kilsələri və yəhudi sinaqoqları İranda dolub daşarkən, orada bir əhli sünnə məscidinə rast gəlməzsən. Bu, Tehranda da belədir. İranda ümumilikdə 151 xristian, yəhudi və məcusi ibadətgahı var ki, bunların əksəriyyəti də Tehranda yerləşir. Amma, əhli sünnənin bir məscidinin olduğunu görməzsiniz. Gerçəklikdən, reallıqdan onlar kimə “yaşasın” və kimə “ölsün” deyirlərsə, hər şey ortadadır.

Husilərin Yəmən inqilabı:

Artıq bu inqilab barədə bəzi məlumatları əvvəldə qeyd etdik. Yerli Zeydilərin öz əqidələrini düzgün təbliğ etməmələri bir müddət keçdikdən sonra onların İrandakı radikal Xomeyni inqilabından və on iki imam (imamiyyə) etiqadından təsirlənmələrinə səbəb oldu. İranda baş verən 1979-cu il inqilabının əsas hədəflərindən biri də dünyadakı şiələrin etiqadını «imamiyyə» (on iki imamçılıq) firqəsi üzərində cəm etmək idi. Buna dəlil  elə Xomeyninin həmin illərdə söylədiyi bu sözlərdir:

«Biz  bu inqilabımızın dünyanın müxtəlif yerlərinə sıçraması üçün çalışırıq.» (Əl-Husiyyun, İhsan əl-Fəqih, məqalə, səh 3)

İmamiyyə firqəsi şiə tayfaları içərisində daha çox şirk elementlərinin qabarıq olduğu, on iki imamın peyğəmbərdən üstün olub təbiət hadisələrini belə idarə edə biləcək qədər ilahi və qeybi qüvvələrlə vəsf edildiyi bir firqədir.

Məhz Yəməndəki əsrlərdir sülh şəraitində yaşayan zeydilər də  dünyanın  çox yerindəki şiələr kimi İrandakı inqilabdan təsirləndilər.

1986-cı ildə Salah Əhməd Fəlitəh ”İttihaduş-Şəbəb” cəmiyyətini təsis edir. O cəmiyyət ki, tədrisdə İran inqilabını əsas götürmüşdü. Bu cəmiyyətdə dərs keçənlərdən biri də Muhəmməd Bədrəddin əl-Husi idi. Hansı ki, uzun müddət İranda qalmış və İran xüsusi dairələrinin təsirinə düşmüş, hər cür maddi və mənəvi dəstək görmüşdü.

İrandakı 1979-cu il inqilabından sonra Yəməndəki bəzi “seçmə siyasətçilər” İranın imamiyyə şiəliyini qəbul etdilər. Onların içində Abdullah əl-Alibi də var idi. O «xalq nasiri birləşməsi» siyasi qurumunun üzvü idi. O hətta 1983-cü ildə gizlincə İranın Yəməndəki səfirliyinə belə getmişdi. Əli Haşimi Rəfsəncani 1989-cu ildə İranda hakimiyyətə gəldikdən sonra isə İrandakı inqilabın hərbi istiqamətini daha çox siyasi, fikri və mədəni istiqamətə yönəltməyi bacardı ki, bu da Yəmən daxilindəki Xomeyni inqilabına və fikirlərinə rəğbətləndirmək baxımından əlverişli mühit yaratdı.

Husilər ilk dəfə 1990-cı ildə bir qruplaşma (təşkilat) kimi özlərini elan etdilər və özlərini “Mömin gənclər” (Şəbəb əl-Mumin) olaraq təqdim etdilər. Bu zamandan 2004-cü ilə kimi aktiv təbliğat aparıb insanları, ələxsus da  zeydiləri inqilab fikirlərinə cəlb etdilər. 2004-cü ildən isə müəyyən qüvvə halına gəldikdən sonra artıq Yəmən Husiləri silahlı qruplaşma şəklində fəaliyyətlərini davam etdirməyə başladılar.

Bu fəaliyyətə ən böyük Maddi dəstəyi İran dövləti verirdi. Hətta, 2009-cu ildə Yəmən hökuməti İrandan Yəmən husilərinə bir gəmi dolusu silah-sursat göndərildiyini elan etmişdi. Yəməndəki İran səfirliyi isə bu məlumatı inkar edirdilər. (BBC, 2015, 17 Aprel) Bu zaman bəzi şiə liderləri də Husilərə yardım etdiklərini açıq şəkildə ifadə etmişdilər ki, onlardan biri də Muqtəda əs-Sədr idi. Hətta, iş o yerə gəlib çatmışdı ki, Yəmənin xarici işlər naziri Əbu Bəkr əl-Qurbi 2009-cu il, 13 dekabr tarixində İranı husilərə yardımı dayandırmağa çağırmışdı. (Mənbə: Yemeni FM: Iran Must Curb Groups Aiding Huthi Rebels «Yemeni FM: Iran Must Curb Groups Aiding Huthi Rebels». naharnet. 2009-12-13)

Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir.

Konkret olaraq Yəməndə husilərin çevriliş cəhdləri 2014-cü ilin 19 sentyabr tarixindən başladı. Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdı. Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmalardan sonra 2015-ci ilin ilk ayında  ölkə paytaxtı olan Səna şəhəri Husi silahlıların nəzarəti altına keçmişdi.

Bundan sonra 2015-ci ilin mart ayının 25-dən aprel ayının 21-nə kimi qonşu ölkə Səudiyyə Ərəbistanı Yəməndə husilərin hərbi bazalarına hava zərbələri endirərək öz ölkəsinin sərhədində yerləşən təhlükəsizlik tədbirlərini uğurla başa vuraraq «Asifətul-Həzm» (Həzm fırtınası) hərbi hava əməliyyatını yerinə yetirdi. Lakin, bununla husilərin təhlükəsi bitmədi. Husi qiyamçılarına yardım edən “gizli əllər” yenə öz maddi və silah-sursat  yardımlarını davam etdirdilər.

Bu günə kimi Yəməndə qanlı döyüşlər davam edir və insanlar həlak olur.

Husilər işğal etdikləri ərazilərdən sünni xalqı qovur, işkəncə verir, qətl edir və əsir götürürlər. Sünni elm ocaqlarını isə dağıdırlar. Bəzi əsirləri isə qohumlarına şantaj edərək pul məbləği istəyirlər. Bəzi öz vətəndaşlarından olan qadınları zorlanmaya məcbur etmələri barədə də məlumatlar mövcuddur. İşkəncə halları da olduqca yayılmışdır. Bəzi əsirləri azad etsələr də çox vaxt əsirləri azad etmirlər. Əsirlərin baxım şəraiti də olduqca acınacaqlıdır. Əsirlərlə rəftar, kobudluq, onların qidalanması problemləri, işgəncələr və s. danış ki, qurtarmır. Beynəlxalq cinayətlər məhkəməsi də husilərin Yəməndə törətdiyi hərbi cinayətləri təsdiqləmişdir. Ən dəhşətlisi isə bu cinayətləri onlar öz sünni Yəmən vətəndaşlarına qarşı törədirlər. (Daha ətraflı bax:  Husi üsyançılarının Yəməndə törətdiyi  cinayətlər  barədə Beynəlxalq hesabat. 2018.9.26.)

Onu da qeyd edək ki, Yəmənin sünni xalqı, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qatar, İmərat, Misir, İordaniya, Məğrib və Sudan kimi ölkələr bu qiyamın qarşısının alınmasında xüsusi rol oynayırlar. Husilərin dəstəkçiləri isə yerli üsyançı radikal husilər, Ənsarullah camaatının döyüşçüləri, Əli Salehin ordusu, İran dövləti və Liviyadakı Hizbullah terror təşkilatıdır.

Əhli Sünnənin husilərə qarşı mövqeyi necə olmalıdır?

Əhli Sünnənin mövqeyi bu məsələdə haqqın və Yəmən xalqının rifahının yanında olmalıdır. Döyüşə başlayan tərəf zalım və qan axıdan tərəfdir. Allah Quranda buyurur: «Allah zalımları sevməz.» (Ali İmran, 140)

Zalımın yanında olmaq isə  zülmü dəstəkləməkdir. Yəmən xalqının 65 faizi (şafii məzhəbi üzrə) əhli sünnədir. Qalan 30 faizi isə zeydi şiələridir. Təsəvvür edin ki, indi azlıq tərəf çoxluq tərəfi idarə etmək istəyir. Qalanları isə müxtəlif tayfalardır.

Ona görə də heç kim gərək o zalımların media xəbərlərindəki təhriflərinə aldanmasın. İranmeyilli qüvvələr elə göstərməyə çalırlar ki, sanki, husilər durduğu yerdə gəlib onları öldürürlər, guya orada başqaları gəlib uşaqları qırırlar və s. yalanlar yayırlar. Halbuki, bütün bunlar media yalanlarıdır.

Ortada üsyançı qüvvələr var. O qüvvələr ki, öz xalqının qanının axıdılmasını ucuza alır və vətəndaş müharibəsi bahasına olsa da hakimiyyətə gəlmək istəyirlər. Öz hökuməti ilə neçə ildir müharibə edən husilər öz xalqının övladlarının qanını tökür. Bununla kifayətlənməyərək qonşu ölkələrə də ballistik raket zərbələri endirir. Heç şəkk yoxdur ki, onlar bütün bu silah-sursatı xaricdən idarə olunan qüvvələr vasitəsilə əldə edirlər ki, Yəmən dövlətini də elə bu gizli əllər xaraba qoyur. Sonra isə bəzi şəxslər çıxıb yalan məlumatlar yayıb husiləri tərifləməyə çalışırlar. Bizim ölkəmizdə də husi terrorçularını tərifləyənlərin kimlər olduğu aydındır. Halbuki, onların öz hökumətləri ilə vuruşmaları, öz ölkələrindəki vətəndaş müharibəsinin səbəbkarı olmaları faktını heç kəs inkar edə bilməz. Bu məsələnin siyasi tərəfidir.

Məsələnin insani tərəfinə gəldikdə, heç bir sünni dindar vəziyyətdən xəbəri olmadan orada ölən uşaqların guya Ərəbistan tərəfindən qətl etdiyini irəli sürə bilməz. Əksinə, orada müharibə gedir. Müharibəni başlayan tərəf özü  bilir ki, bu insan tələfatına səbəb olacaq. Ən birinci elə husilər orada ölən, qətl edilən insanların günahını daşıyırlar. Çünki, bu döyüşləri onlar başlatmış, öz xalqlarının qanına özləri bais olmuşlar. Üstəlik də husilərin törətdikləri qətl, işgəncə, zülm və cinayətlərdən beynəlxalq hesabatlar hazırlandığı halda, məzlum Yəmən xalqına yardım edən qüvvələri pisləmək işini yalnız İran dövləti və bəzi iranpərəst dairələr haqızcasına edir. Həqiqi vəziyyətdən xəbəri olmayan insanları da “orada insanlar ölür” sözləriylə aldadırlar. Lakin, orada insanları öldürənlər kimlərdir?! Döyüşü kimlər davam etdirir? Bu kimi sualları da çoxaltmaq olar.

Allahdan istəyirik ki, tezliklə bu müharibə sona çatsın və Yəmən xalqı rahatlığa və əmin-amanlığa qovuşsun!

 

İstifadə edilmiş mənbələr:

  • Saddəmiyyətul-Fikr əl-Husi lil-Muctəməil-Yəməni, Həsən Abdullah əl-Həşidi.
  • Haqiqatul-Harakətil-Husiyyə, Məcid əl-Hikəmi.
  • Əl-Husiyyun, İhsan əl-Fəqih, məqalə.
  • əl-Husiyyə Rafidatuz-Zeydiyyə, Seyyid Əhməd əs-Seyyid. İslam bilgileri araştırmaları dergisi. Samsun 2017, Sayı: 3, ss. 6-42.
  • Qissatul-Husiyyin, Abdus-Saməd əl-Qahtani.
  • Azərbaycan dilində Vikipediya.
  • Ərəbcə Vikipediya.
  • Yemeni FM: Iran Must Curb Groups Aiding Huthi Rebels «Yemeni FM: Iran Must Curb Groups Aiding Huthi Rebels». naharnet. 2009-12-13.
  • Husi üsyançılarının Yəməndə törətdiyi cinayətlər  barədə Beynəlxalq hesabat. (2018.9.26.)

 

Yazdı: Əbu Süleyman əs-Sələfi.