Dua və zikrlər

Hiddət və qəzəbdən qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Hiddət və qəzəbdən qorunma

Suleyman ibn Surad (Allah ondan razı olsun) rəvayət edirki: “Bir dəfə, peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilə bir məclisdə olduqda, iki nəfər biri-biri ilə sözləşdi və onlardan birinin üzü qızardı və boğazındakı damarları şişdi. Bunu görən peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Həqiqətən mən elə kəlmələr bilirəmki, o onları desə mütləq sakitləşər. Əgər o: “Lənətlənmiş şeytandan Allaha sığınıram” desə, qəzəblənməz”. Həmin adama dedilər: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dediki, sən lənətlənmiş şeytandan Allaha sığınasan”. əl-Buxari, 6115; Muslim, 2610.

اَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

/Ə‘uzu bi-Lləhi minəş-şeytani-r-racim/.

Yüklə

اَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ

/Ə‘uzu bi-Lləhi minəş-şeytan/.

Yüklə

Əbu Dərda (Allah ondan razı olsun) rəvayət edirki: “Günlərin bir günü mən dedim: “Ey Allahın rəsulu, mənə elə bir əməl de ki məni cənnətə salsın”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Qəzəblənmə və Cənnətə daxil olacaqsan”. At-Tabarani “əl-Ausat” əsərində, 2353. Hədis səhihdir.

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha