Məqalələr

Həsədin əlamətləri haqqında (fayda)

Elm əhli buyururlar ki, ən şiddətli həsəd eyni sənət, eyni peşə sahibləri arasında baş verir. Səbəb isə bir-birinin eyni sahədə irəliləməsini qəbullanmağın nəfsə ağır gəlməsindədir. Bəziləri demişlər ki, ən şiddətli həsəd qarilər arasındadır. Lakin, ümumən eyni peşə sahibləri deyilməsi ən orta olandır. Həsədkarın bəzi əlamətləri var, bunlardan ən çox bilinənləri bunlardır:
1 — Yoldaşının xətasına sevinmək.
2 — Yoldaşı ilə mübarizə edəcəyi və ya liderliyi bölüşəcəyi bir yerə yoldaşının gəlməməsinə, qiyab etməsinə sevinmək.
3 — Yoldaşı lağlağıya qoyulanda və ya qüsurlu iş gördüyü deyiləndə sevinmək, qeybətçiyə və ya lağlağı edənə mane olmamaq.
4 — Yoldaşı haqqında ondan soruşulduqda onu başqalarına aşağılamağı fürsət bilmək.
5 — Özü olan məclisdə sual özündən başqasına verilərsə və ya yoldaşına yönləndirilərsə, nəfsində sıxıntı, narahatlıq hiss etmək.
6 — Yoldaşının öz elmi ilə verdiyi faydaların qədir-qiymətini aşağı göstərməyə çalışmaq.
7 — Yoldaşı danışdığı zaman onun səhvlərini tutmağa çalışmaq, cavab verdikdə isə tənqid etməyə həris olmaq.
8 — Yoldaşı ona nə vaxtsa bir fayda versə, ona nə vaxtsa bir şey öyrətsə, bu faydanı ondan götürdüyünü ona nisbət etməmək və ya onun fəzilətindən danışıldıqda bunu açığa çıxarmamaq, dostu ona xeyir versə belə bu xeyiri ona nisbət etməmək.
(Mənbə: Həsədkarın əlamətləri olan hissənin mənbəsi: «Məalim fi tariqi Talibil İlm. səh. 90-92. İxtisarla).
Müəllif: Sahib Əsədov