Dua və zikrlər

Hər bir şərdən qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Hər bir şərdən qorunma

  • Səhər və axşamlar “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surələrini üç dəfə oxumaq.

Abdullah ibn Hubeybdan (Allah ondan razı olsun) rəvayət olunurki, bir dəfə peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona dedi: “De: “O, Allah – Təkdir…” və iki muhafizə edən (əl-Fələq və ən-Nəs) surələrini üç dəfə səhərlər və axşamlar oxu, hər bir şərdən qorunmuş olarsan”. ət-Tirmizi, 3575; Abu Davud, 5082; ən-Nəsai, 5428. Hədisin səhih olduqunu imam Əbu İsa ət-Tirmizi, ən-Nəvavi, İbn Dəqiq əl-‘İd, ibn Həcər və əl-Albani təsdiq etmişlər.

Osman ibn Affandan (Allah ondan razı olsun) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər səhər və axşam “Göylərdə və yerlərdə heç bir şeyin zərər gətirə bilməyəcəyi Allahın adı ilə, O eşidən (əs-Səmi) və biləndir (əl-‘Alim)” kəlmələrini üç dəfə təkrar edən Allahın quluna heçnə zərər gətirməz”. ət-Tirmizi, 3388; əl-Buxari “Adab əl-Mufrad” əsərində, 660. Hədis səhihdir.

بِسْمِ اللَّهِ الَّذِي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الأَرْضِ وَ لاَ فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

/Bismi-Lləhi lləzi lə yədurru mə‘ə-smihi şey`un fil-ərdı uə lə fis-səmə‘i uə huuə-s-Səmi‘ul-‘Əliim/.

Yüklə

Haulə bint Hakim (Allah ondan razı olsun) rəvəyət edirki: “Mən peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Hər hansı bir məkanda dayanıb və: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” – deyən kimsəyə, həmin məkanı tərk etməyənə qədər, zərər toxunmaz”. Muslim, 2708.

اَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ

/Ə‘uzu bikəliməti-Lləhi təmməti min şərri mə xaləq/.

Yüklə
  • Evə daxil olub və evdən çıxan zaman edilən namaz

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Evdən çıxdıqın zaman iki rəkət namaz qıl, bu səni çıxdıqdan sonra başına gələcək şərdən qoruyar. Evinə daxil olduqun zaman da iki rəkat namaz qıl, bu da səni evinə daxil olduqundan sonra başına gələcək şərdən qoruyar”. əl-Bazzar, 81; əd-Dəylami, 1/108. Hafiz ibn Həcər və şeyx əl-Albani hədisin həsən olduqunu bildirmişlər. Bax “əs-Silsilə əs-sahiha”, 1323 və “Səhih əl-cəmi”, 505.

Şəkkəl ibn Humeyd (Allah ondan razı olsun) dedi: “Günlərin bir günü mən peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedim: “Ey Allahın rəsulu! Mənə bir dua öyrəd”. Peyğəmbər dedi: “De: “Allahım, həqiqətən mən eşitdiyimin şərindən, gördüyümün şərindən, dilimin şərindən, qəlbimin şərindən və mənimin (cinsiyyət üzvü) şərindən Sənə sığınıram”. ət-Tirmizi, 3934; Abu Davud, 1551; Əhməd, 3/439; əl-Hakim, 1/532. Hədis səhihdir.

أَللَّهُمَّ إِنِّي أَعُوذُبِكَ مِنْ شَرِّ سَمْعِي، وَمِنْ شَرِّ بَصَرِي، وَمِنْ شَرِّ لِسَانِي، وَمِنْ شَرِّ قَلْبِي، وَمِنْ شَرِّ مَنِيِّي

/Allahummə inni ə‘uzu bikə mi şərri səm‘i, uə min şərri bəsari, uə min şərri lisəni, uə min şərri qalbi uə min şərri məniyyi/.

Yüklə

Uqbə (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) Allaha dua edərək deyərdi: “Allahım, pis gündən, pis gecədən, pis saatdan, pis yoldaşdan və yaşadığım yerin pis qonşusundan Sənə sığınıram”. At-Tabarani “əl-Kəbir” əsərində rəvayət etmişdir. Hədis həsəndir. Bax “Səhih əl-cəmi”, 1299.

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ يَوْمِ السُّوءِ، وَ مِنْ لَيْلَةِ السُّوءِ، وَ مِنْ سَاعَةِ السُّوءِ، وَ مِنْ صَاحِبِ السُّوءِ، وَ مِنْ جَارِ السُّوءِ فِي دَارِ الْمُقَامَةِ

/Allahumma inni ə‘uzubikə min yəumis-su‘, uə min leylətis-su‘, uə min sə‘ətis-su‘, uə min sahibis-su‘, ua min cəris-su‘ fi dəril-muqaməti/.

Yüklə

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) Allaha dua edərək deyərdi: “Allahım, zəiflikdən, təmbəllikdən, qorxaxlıqdan, xəsislikdən, taqətsizlikdən, zalımlıqdan, huşsuzluqdan və kimdənsə asılı olmaqdan, sapmaqdan və ehtiyaclı olmaqdan Sənə sığınıram. (Həmçinin) yoxsulluqdan, küfrdən, fasiqlikdən, bədbəxtçilikdən, nifaqdan və riyadan Sənə sığınıram. (Həmçinin) karlıqdan, lallıqdan, dəlilikdən, cüzamdan, çürümədən və ən pis olan xəstəliklərdən Sənə sığınıram”. əl-Hakim. Hədis səhihdir. Bax “Səhih əl-cəmi”, 1285.

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ، وَالْكَسَلِ، وَالْجُبْنِ وَالْبُخْلِ، وَ الْهَرَمِ، وَالْقَسْوَةِ، وَ الْغَفْلَةِ، وَالْعَيْلَةِ، وَ الذِّ لَّةِ، وَالْمَسْكَنَةِ، وَأَعُوذُ بِكَ مِنَ الْفَقْرِ، وَالْكُفْرِ، وَالْفُسُوقِ، وَالشِّقَاقِ، وَالنِّفَاقِ، وَالسُّمْعَةِ، وَالرِّيَاءِ، وَأَعُوذُ بِكَ مِنَ الصَّمَمِ، وَالْبَكَمِ، وَالْجُنُونِ، وَالْجُذَامِ، وَالْبَرَصِ، وَسَيِّىءِ الأَسْقَامِ

/Allahumma inni ə‘uzubikə minəl-‘əcz, uəl kəsəl, uəl-cubn, uəl-buxl, uəl-həram, uəl-qəsuəh, uəl-ğafləh, uəl-‘əyləh, uəz-zilləh, uəl-məskənəh. Uə ə‘uzubikə minəl-fəqr, uəl-kufr, uəl-fusuq, uəş-şiqaq, uən-nifəq, uəs-sum‘əh, uar-riyə‘. Uə ə‘uzubikə minə-ssaməm, uəl-bəkəm, uəl-cunun, uəl-cuzəm, uəl-bəras, uə səyyi-inil-əsqam/.

Yüklə

İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) tez-tez Allaha dua edərək deyərdi: “Allahım, pis qonşudan və vaxtından əvvəl saçlarıma dən salan zövcədən, mənə hökmranlıq edən övladdan, mənim üçün əziyyətə çevrilən mülkdən, gözləri ilə məni görüb, qəlbi ilə məni güdən, məndə yaxşı bir xüsusiyyət gördükdə onu gizlədib, pis xasiyyət gördükdə isə insanlar arasında yayan pis dostdan Sənə sığınıram”. At-Tabarani “ad-Du‘a” 3/1425 əsərində rəvayət etmişdir. Hədis səhihdir. Bax “əs-Silsilə əs-səhihə”, 3137.

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ جاَرِ السُّوءِ، وَ مِنْ زَوْجٍ تُشَيِّبُنِي قَبْلَ الْمَشِيبِ، وَمِنْ وَلَدٍ يَكُونُ عَلَيَّ رَبًّا، وَمِنْ مَالٍ يَكُونُ عَلَيَّ عَذَابًا، وَمِنْ خَلِيلٍ مَاكِرٍ عَيْنُهُ تَرَانِي، وَقَلْبُهُ يَرْعَانِي إِنْ رَأَى حَسَنَةً دَفَنَهَا، وَإِذَا رَأَى سَيِّئَةً أَذَاعَهَا

/Allahumma inni ə‘uzubikə min cəris-sui, ua min zəucin tuşəyyibuni qabləl-məşib, uə min uələdin yəkunu ‘əleyyə rabbən, uə min məlin yəkunu ‘əleyyə ‘əzəbən, uə min xalilin məkirin ‘əynuhu tərani ua qalbuhu yər‘əni in təra həsənətən dəfənəhə ua izə raə səyyiətən əzə‘əhə/.

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha