Məqalələr Önəmli günlər

Hər bir müsəlmanın ehtiyac duyduğu dualar

Allahummə Sən Allahsan, Sənədir qulluğumuz, Səndədir çarəmiz, Səninlədir varlığımız, Səni axtarar ruhumuz, Səni anar qəlbimiz, başqaları yaradılmışdır Sən yaradansan, başqaları möhtacdır Sən ehtiyacsızsan və ehtiyacları görənsən, Başqaları cahildir, Sən Alimsən, Başqaları bir an sonra başlarına nə gələcəyini bilməz, Sən olanları və olacaqları, olmayanları və olsa idi necə olardı bütün bunların hamısını bilirsən, başqaları yatar və unudar, Sən isə nə mürgüləyər nə də yatar, nə də unudarsan, başqaları acizdir, Sən isə hər şeyə qadirsən, Səndən ümüd kəsilməz, Sən imkansız şeyləri mümkün edənsən, ölüdən diri, diridən ölü çıxardansan, Sənki bizə rəhm etdiyin üçün bizə Məhəmməd sallallahu aleyhi va alə alihi va səlləmi göndərənsən, günah etdiyimiz andan dərhal bizi cəzalandırmağa tələsməzsən, tövbə etməyimiz üçün bizə möhlət verərsən, Sən ki bizlərə valdeyinlərimizdən də daha çox qayğı və sevgi göstərənsən, Sən, səni dərk edən üçün hər şeyi əvəz edərsən, amma hər şey səni əvəz edə bilməz, Səndən başqa ibadətə layiq heç bir ilah yoxdur, Sən Allahsan, Sən Rəhman və Rəhimsən, Sən zul-Cələli val İkramsan, Sən Həyyul Qayyumsan, Sən ki heç bir tayı və bərabəri olmayan, doğmayan və doğulmayan Allahsan, Sənki bütün nöqsansız sifətlərin və gözəl adların sahibisən, o adlar ki Sən o adlarla özünü adlandırdın, o adlar ki Sən onları yaratdıqlarından kiməsə öyrətdin, o adlar ki Sən onları öz aləmində bildiyin hikmətə görə gizli tutdun, bütün ad və sifətlərinlə səndən istəyirik ki: Bizləri Cənnətinə və Cənnətinə yaxınlaşdıran bütün əməllərə müvəffəq elə və bizləri əzabından və əzabına yaxınlaşdıran bütün şər əməllərdən qoru! Günahlarımızı və qüsurlarımızı bağışla, bizləri cəmi səhv və qüsurlardan salamat et, dualarımızı qəbul et, aqibətimizi xeyirli elə, son nəfəsimizdə tövhid kəlməsini deməmizi bizə nəsib et, ölülərimizi bağışla, bizi şeytanın və düşmənlərimizin şərindən, nəfsi-i əmmarənin şərindən mühafizə et! Evimizə yaxşılıqlar, xeyirli və bərəkətli ruzilər lütf et, müsəlmanlara salamatçılıq lütf et, din düşmənlərini qəhr və pərişan et.
Ya Rəbbi, xəstələrimizə şəfa, dərdlilərimizə dərman ver, /riyadan, nifaqdan, bədbəxtçilikdən, hər cür xəstəlikdən,/ qəzadan, bəladan, tənbəllikdən, acizlikindən,/ zəlil olmaqdan, zülm görməkdən, azdıran zənginlik və azdıran kasıblıqdan,/ şeytan və nəfsin şərindən, düşmən qələbəsindən, pis davranışlardan, / bidət və zəlalətə düşməkdən, ixlassız əməldən, hər növ günahdan, küfrə girməkdən, rəzil ömürdən, ölərkən gələcək fitnələrdən, dinimizə, dünyamıza zərər verəcək şeylərdən bizləri qoru!
Həqiqi iman, gözəl bir əxlaq, şükr edən bir ürək, zikr edən bir dil, qəza və qədərə razılıq göstərən xeyirli bir ömür, az yemək, az yatmaq, az danışmaq, az gülmək və çox xidmət etməyi, qəbir əzabından və axirət dəhşətindən xilas olmağı, ömür boyu razılığına uyğun yaşamağı, şəhid olaraq ölməyi və son nəfəsdə şəhadət gətirərək bu dünyadan köçməyi bizlərə və övladlarımıza nəsib elə.
Ya Rəbbi, öz sevgini, sevdiklərinin sevgisini, sevginə qovuşduracaq əməllərin sevgisini bizlərə nəsib elə, elmimizi, ixlasımızı, qabiliyyətimizi və bacarığımızı artır, bizləri şeytanın azdıra bilmədiyi: -ancaq ixlaslı qulların istisnadır- dediyi o qullardan olmağı nəsib et, bizləri və övladlarımızı comərd və səxavətli qullarından elə.
Ana, atamıza, övladlarımıza, qohum və əqrabamıza, bütün din qardaşlarımıza xeyirli ömür, gözəl və sağlam yaşam, hidayət və bu yolda davamiyyət nəsib et .
Ya Rəbbi! Bütün səhv və qüsurlardan bizləri salamat elə, içimizdən axirətə köçənlərin günahlarını bağışla, yerlərini cənnət elə. Peyğəmbərimizin (s.a.v) şəfaətinə nail elə. Bu duanı bu anda oxuyan və dinləyən əziz din qardaşlarımızın ölənlərinə rəhmət, geridə qalanlarına səhhət və afiyət lütf elə.
Ya Rəbbi! Uca dinimizə və əziz vətənimizə göz dikən daxili və xarici düşmənlərimizə fürsət vermə, onları islah et. İslah olacaq halları yoxsa onlara qahharlığını, qüdrətini göstər onları öz qəhrinlə və pərişan elə.

Ya Rəbbi hərbi xidmətə və səngərdə düşmənlə üz üzə gələn bütün hərbçilərimizi düşmən gülləsindən qoru. Etdiyimiz duaları onlara qalxan elə. Onları sağlarından, sollarından, başlarının üstündən və ayaqlarının altından qoru. Atalarının yolunu gözləyən övladları, övladlarının yolunu gözləyən anaları gözü yaşlı qoyma ya Rabbi.
Ya Rəbbi! Qiyamət gününə qədər baqi qalacağını vəd etdiyin Din-i İslamı ölkəmizdə rahat yaşayıb yaşatmağı bizlərə asanlaşdır.
Ya Rəbbi! Bizləri dininə, inanclarına, vətəninə, millətinə, könüldən bağlı olanlardan et.
Ya Rəbbi! Ümməti-Muhammədin xəstə qullarına şəfalar, dərdli qullarına dəvaların, borclu qullarına xeyirli ədaları ehsan et.
Ya Rəbbi! O biri aləmdə «fəriqun fil cənnəti va fəriqun fis səir» Cənnət və cəhənnəm firqələri ayrılacağı zaman bizləri cənnət firqəsinə daxil et.
Ya Rəbbi! Hər cür təhlükələrdən, yanğından, daşqından,fəlakətlərdən, müsibətlərdən, xəstəliklərdən, haramlardan, əxlaqsızlıqlardan, yalandan, qeybətdən, riyadan, həsəddən və qürurdan, zərər və ziyanlardan bizləri hifz və himayə et.
Ya Rəbbi! Adları unudulmuş, torpaq altında çürümüş, nəsilləri kəsilmiş, yer üzündə onlara dua edəcək kimsələri qalmamış, dünyadan köçən müsəlmanların günahlarını bağışla, qəbr əzabını onlardan qaldır, qəbirlərini nurla doldur, axirətdə özümüzə istədiyimiz hər xeyri onlara da nəsib et, qorxduğumuz və sığındığımız hər şeydən onları da qoru.
Ya Ərhamər Rahimin! Xəstələrimizə şəfa, müsübətə düçar olanlarımıza səbr və təskinlik, zəiflərimizə güc, kasıblarımıza bol ruzi, cahillərimizə hidayət, qadınlarımıza islam təsəttürü, uşaqlarımıza imanı tərbiyə, borclulara əda, dərdlilər dərman və islamı yaşayıb yaşatmaq üçün iradə və səbr nəsib elə. Görünən-görünməz bəlalardan, gücçatmaz, taqətyetişməz, ağıla, xəyala gəlməz müsibətlərdən cümləmizi mühafizə et.
Ya Rəbbi! Quranı Kərimin nurlu yolundan bizləri ayırma, Onun əhkamını yaşayıb, tətbiq etməyi bizlərə asanlaşdır,Quranı Kərimi bizlərə lütfün və kərəminlə dünyada və qəbirdə yoldaş, qiyamət günündə şəfaətçi, cənnətə aparan bir bəldçi, atəşdən qoruyan bir pərdə və bütün yaxşılıqlara çatdıran bir dəlil və imam et.
Ya Rəbbi! İçimizdə illərlə sehrə, caduya mübtəla olmuş qardaş və bacılarımız var. Onlara şəfa ver. Allahummə sehr və caduyla məşğul olanlara hidayət ver. Hidayətdən boyun qaçırdıqları təqdirdə onları məhvi pərişan elə. Birləşdirdiklərini ayır, ayırdıqlarını birləşdir, uzaqlaşdırdıqlarını yaxınlaşdır. Onların toplumunu darma dağın elə. Onları bir-birinə müsallat elə, layiq olduqları cəzanı onlara ver. Ya Rabbi onlar Səni aciz qoya bilməzlər, Öz güc və qüvvətini onlara göstər. Basdırılmış, suya qərq olmuş, yedizdirilmiş,içizdirilmiş bütün sehr və caduları batil elə.
Ya Rəbbi! Sənin tam kəlimələrinlə yaratdıqlarının şərindən sənə sığınırıq. Quruda, suda, səmada olanların, oraya girib çıxanların, gecələri gizlənib gündüz ortaya çıxan, gündüzləri gizlənib gecə ortaya çıxanların şərindən və bütün cin və insanlardan olan şərlilərin şərindən bizləri qoru.
Allahım gözlərimizi xəyanətdən, dilimizi yalandan, qəlbimizi nifaqdan, mədəmizi haramdan qoru.
Ya Rəbbi! Hal-hazırda qapına gəldik, boynumuzu bükülü halda sənə yalvarırıq, əllərimizi sənə açmışıq, hüzurunda dayandıq, bütün pis əməlləri bir tərəfə qoyduq, bizləri hüzurundan boş geri çevirmə. Sənin əfvinə mərhəmətinə və lütfünə himayənə qorumana daha çox ehtiyac hiss etdiyimiz bu zamanda bizləri sənsiz buraxma, bizi bizdən al, amma bizi səndən alma. Bizi Peyğəmbər s.a.v sünnəsindən azı dişlərimizlə yapışdığımız kimi yapışmağı nəsib elə bir an olsun belə onun yolundan ayırma.
Ya Rəbbi! Qəbul olunmayacaq dua ilə sənə əl qaldırmaqdan, faydasız elmdən, bir müsəlmana yaraşmayan acizliyindən, tənbəllikdən, xəsislikdən sənə sığınırıq.
Allahım namazı niyazı buraxan, narkomanlıq, içki, qumar, zina qadın fitnəsinə düşüb evinin yolunu unudan, müxtəlif günahlara düçar olan millətimizin övladlarınada hidayət nəsib et.
Allahım evdə qalan dul, subay bacı-qardaşlarımıza isti yuvalar qurmağı nəsib elə.
Allahım! Məhəmmədə və onun ailəsinə hər zaman xeyr-duanı və bərəkətini ehsan elə.
Allahım sən uca kitabında belə buyurdun: «Mənə dua edin Məndə sizin dualarınızı qəbul edim» Ya Rəbbi əyər Sən, ancaq salehlərin və mömünlərin dualarına cavab verirsənsə, onda bizim kimi günahkar qullar kimin qapısına yönəlsin, kimə pənah aparsın, kimə müraciət etsin, kimdən istəsin? Ey Gözəl Allahım! Sən bizim Rəbbimizsən. Cümlə günahlar Sənin rəhmət dənizini bulandıra bilməz. Bizi əff etmək və dualarımıza cavab vermək Səninin mülkündən heç bir şeyi əskik etməz. Sən bir şeyin olmasını istədikdə səndən yalnız ol deməkdir.
Ey Rəbbimiz! Zəifliymizdən, bacarıqsızlığımızdan, kimlərinsə bizi alcaltmasından sənə şikayət edirik, sənə sığınırıq. Sən hər zaman öz yardımınla kimsəsizlərin və zəiflərin yanında oldun. Ya Rabbi bizi kimin öhdəsinə qoyursan? Bizə pislikləri əmr edən nəfsimizinmi? Bizlərin dünya və axirətini məhv etmək istəyən, insanlardan və şeytanlardan olan bizə hücum edən, hilə quran, ayağımızın altını qazan düşmənlərimizəmi? Ya Rəbbi əyər başımıza gələn müsübətlər qəzəbinin işarəti deyilsə, bunlara üzülməyə dəyməz, çünki bunlar bizim üçün dərəcələrmizin yüksəlişi deməkdir. İslah olmaq üçün cəzaların verilməsi Sənin ədalətindir. Amma yenədə bizim Sənin rəhmətinin genişliyinə, qayğına, lütfünə, günahlarımıza görə müamilə olunmağımızdan daha çox ehtiyacımız var. Bizlərə rəhmətinlə müamile elə, əməllərimizlə deyil. Günahlarımız bizi cəhənnəmə salacaq qədər coxdur. Savablarımız cənnəti qazanmayacaq qədər azdır. Qəzəbinə düçar olmaqdan sənə sığınırıq. Səndən başqa güc qüvvət sahibi yoxdur.
Ya Rabbi Sənin mərhəmət və şəfqət sahibi olduğunu bildiyimiz üçün, qulunu ananın övladına olan sevgisindən daha çox sevib qayğı göstərdiyini bildiyimiz üçün, Səndən çoooox, bərkədə layiq ola bilmədiyimiz istəkləri dilə gətiririk. Sənin rəhmətinin genişliyinə və böyüklüyünə olan inancımız, bizi Səndən belə şeylər istəməyə sövq etdi. Sən heç vaxt bizdən ehsanını və yaxşılığını əskik etmədin, biz isə hər zaman Sənə nankorluq etdik, günahlarımıza rəğmən bizə bir çooox nemətlər verdin. Sən bizə nəmət verməkdə davam etdin biz isə günah işləməkdə davam etdik. Sənin haqqını lazımınca ödəmədik, Səni lazımınca qiymətləndirmədik. Ey Rəbbimiz öz rəhmətini və lütfünü bizdən əsirgəmə, bizlər Sənə keçmiş günahlara qayıtmamaq şərti ilə tövbə edirik. Öz fəzilət və nemətlərini bizə yenidən ikram et. Sən tövbələri qəbul edən və rəhimsən.
Ya Rabbi bu fani dunyada nə qədər Səni tanımayan insanlar gördük. Səni tanımadığları halda, dünyavi mənfətlərə göre iradələrinə qalib gəldilər, yuxularina haram qatdilar, az yatdilar, yeməklərinə həd qoydular, diyata saxladilar. Amma biz Səni tanidiğimiz halda, Cənnətə və Cəhənnəmə iman gətirdiyimiz halda, ümmətin bizə ehtiyaci olduğu halda, qiyamet günü bu səhlənkarlığa görə cavab verəcəyimizi bilə bilə, onlarin etdiklərini edə bilmədik, ailəmizə, uşaqlarimiza, doğru düzgün vaxt ayirmadiq, nafilə oruclar tutmadiq. Onlarin lənətlənmiş dunya üçün vəzifə üçün, pul üçün, şan şöhrət üçün, idman üçün, ulduz çempion olmaq üçün verdikləri mücadiləni, mübarizəni biz Sənin rizan üçün vərə bilmədik. Səni lazımınca qiymətləndirə bilmədik. Bizi bağışla. islamı yaşayıb yaşatmaq üçün bizlərə iradə və səbr nəsib elə.
Allahım tövbə etdikdən sonra təkrar döndüyümüz günahlara görə Səndən bağışlanma diləyirik. Allahım savab işləri həyata keçirməyə qərar verdikdən sonra, nəfsimizə qalib gələ bilməyib həyata keçirə bilmədiyimiz üçün Səndən bağışlanma diləyrik. Allahım Sənin razılığın idda edərək etdiyimiz əməllərə, sonradan qarışan riyaya və xoşa gəlməz niyyətlərə görə Səndən bağışlanma diləyirik.
Allahummə! Sən bizim Rəbbimizsən, Səndən başqa ibadətə və itaətə layiq heç kimsə yoxdur. Bizləri Sən yaratdın və bizlər Sənin qullarınıq, Sənə verdiyimiz əhdi və vədi gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. Sənin bizlərə olan nemətini və günahlarımızı Sənin qarşında etiraf edirik. Bizləri bağışla. Günahları bağışlayan ancaq Sənsən.
Allahım sağlığımız, səhhətiniz, əmin amanlığımız, yerində ola ola bizə çoxlu Ramazanlar keçirməyi nəsib elə.
Ya Rəbbi Ramazan ayında oruc tutub namaz qılmayan millətimizə hidayət nurunu ehsan elə.
Ramazan ayında bizlərin qəhrini, əziyyətini çəkib iftar və sahur süfrələri hazirlayan ana bacılarımızi, bizlərə namaz qılıb, dua etmək üçün evinin qapılarını açan qardaşlarımızı xüsusi mukafatinla mükafatlandır. Arzu edib əldə edə bilmədikləri bütün xeyirlərə onları müvəffəq elə. Onlari öz ailələri ilə birlikdə Cənnətdə Məhəmməd peyğəmbərə qonşu elə. Allahım onların nə istək və arzuları varsa nə diləkləri varsa qəbul elə. Etdiyimiz duaların iki qatını onlara ehsan elə.
Allahım burda olan və olmayan qardaş və bacılarımızın unutduğu, acizlikdən dilə gətirə bilmədiyi, istək və arzuları var. Allahım onlarında nə diləyi, nə ehtiyacı nə muradı nə duası varsa qəbul elə. Bizləri və onları na ümüd geri çevirmə ya Rəbbi. Sən imkansız şeyləri mümkün edənsən. Bir şeyin olmağını istədikdə ol deməklə olduransan. Bizləri bağışla günahları bağışlayan ancaq sənsən.
Allahım bizi əhv etsən düşmənin olan şeytan qəzəblənəcək, sevdiyin Rəsulun dahada sevincək ki bunuda sən çox sevirsən, Bizlərində sənə ümüdlə qalxan əlləri boş qayıtmayacaq.
Allahummə Sən Kərimsən, bağışlamağı sevənsən, sevdiyin şeyi Səndən istəyirik, sevdiyin şeyi bizdən əsirgəmə, bizləri və bu dua da əməyi olan Amin deyən qardaşımızı bağışla. Günahları bağışlayan ancaq Sənsən.

Və ən son duamız isə aləmlərin Rəbbi olan Allaha həmd səna etməkdir. O hər şeyə qadirdir.

Hazırladı: Elman Qasımov.