Məqalələr Müxtəlif

Hər bildiyini danışmaq elmdən deyil (Fayda)

Sual: Bəzi alimlərin tez-tez işlətdiyi bir cümlə var: «İnsanın hər bildiyini danışması elmdən deyil». Alimlər bu misal ilə nəyi qəsd edirlər?

Cavab: Məsələn; başqalarından seçilmək üçün fərqli görüşü danışmaq istəyən kimsənin öz bildiyini danışması, yaxud dostunun sirrini gəlib sosial şəbəkələrdə yaymaq istəyənin o sirr haqda bildiyini danışması, yaxud da özünü ağıllı göstərmək istəyən birinin özündə olan qəribə məlumatı paylaşmaq istəməsi, halbuki, o məlumat ya elmə rəğbəti öldürəcək, ya da onu yayanlara nifrəti cəlb edəcək, yaxud da yayıldığı təqdirdə insanları çətin vəziyyətə salacaq. O məlumat ki, əvvəlcə onu yaymaq onu ilk bilənə çox maraqlı gəlir, yaxud da yayıldığı təqdirdə insanları çaşqınlığa salacaq, yaxud fitnəyə salacaq bir məlumatı danışmaq elmdən deyil. Eləcə də insanların hər hansısa bir rəy üzrə ittifaq etmələrindən və o görüşə öyrəşmələrindən sonra fərqli bir görüş gətirib insanları çaşdırmaq da elmdən deyil. Yaxud dostların arasını vuracaq bir məlumatı bilənin bunu qəsdən danışması, yayması elmdən deyil. Yaxud da insanların şiddətli ehtiyacı olan əqidə məsələləri olduğu halda elmi yayan birinin beşinci dərəcəli məsələlər üzərində israrla dayanıb birinci dərəcəli məsələləri tərk etməsi elmdən deyil və s. Çünki, elmdə daha mühüm məsələlər önə çəkilir, məsələlərin əhəmiyyətlilik dərəcəsinin azalması nisbətində bəzi məsələlər arxa plana keçir. Bu siyahını uzatmaq da olar.

Yazdı: Sahib Əsədov