Məqalələr

Hələbdə baş verən son hadisələrə qarşı müsəlmanların mövqeyi

Şeyx Süleyman Ruheyli — (13 dekabr 2016)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx Süleyman Ruheyli, Rabiul-əvvəl ayının 14-ü, 1438 il (13 dekabr 2016), Mədinə şəhəri, Peyğəmbər məscidi

“Həqiqətən kafirlər və həvasına uymuş dəstələrin Hələbdəki əzizlərimizin başına gətirdiklərinə dair bizlərə çatan xəbərlər hər bir möminin qəlbini ağrıdır. Onlar elə bir çətin vəziyyətdə, elə qüssə içindədirlər ki, düşmənlərdə nə qocalara, nə ağbirçəklərə, nə uşaqlara, nə də səcdə və rükuda olanlara qarşı heç bir insani dəyər qalmamışdır…Bütün kin, nifrət və pisliklərini onların üzərinə qusurlar.

Mən müxtəsər formada bu haidsəylə bağlı müsəlmanların ehtiyacı olan bəzi məsələlərə toxunacam:
“Allah yolunda cihad etmək ən şərəfli ibadətlərdəndir. Lakin cihad yalnız şərtlər üzərində inşa edilməlidir”.
Birincisi, Allah yolunda edilən cihad – ibadət olan əməllərdən biridir. Öz fəziləti və mükafatına görə çox şərəfli bir ibadətdir. Və həqiqətən elm əhli ittifaq etmişdir ki, hər bir ibadət yalnız o zaman düzgün sayılar ki, onda bütün şərtlər yerini tapsın və bütün maneələr aradan qalxsın. Bilmək lazımdır ki, ibadət nə şəxsi istəyin, nə də şəxsi ehtiyacın üzərində qurulmur. İbadət 1) dəlil və şərtlər; 2) maneələrin aradan qalxması ilə yerinə yetirilir.
(Eləcə də) cihad ibadəti hansısa dəvətçinin hayqırışı yaxudemosialardan təlatümə gəlmiş insanların istəyinə görə yerinə yetirilmir.

Şəkk yoxdur ki, cihad məsələsi böyük Rəbbani alimlərin öhdəçiliynə verilmişdir ki, onlar aydınlaşdırıb hökm kəssinlər və daha sonra bu hökmü müsəlman hakimlərə yerinə yetirmək üçün çatdırsınılar. Keçmişdən ta ki, Qiyamət Gününədək cihadınyalnız əmirlə (başçı ilə) edilə biləcəyinə qaşı bütün əhli sünnə alimləri ittifaq etmişdir; fərqi yoxdur, ölkə başçısı xeyir əhli olsun yainki asi müsəlman.

Və həmin Rəbbani alimlər mövcud vəziyyəti diqqətlə araşdıraraq, Suriya xaricindən oraya cihada yollanmağın qadağan olduğuna dair fətva veriblər. Bu qadağanın da bir sıra səbəbləri var:
1. Alimlər həmfikirdirlər ki, cihadın ibadət sayılması üçün lazım olan şərtlərdən əksəriyyəti Suriyaya xaricdən köməyə gələnlər üçün ödənməmişdir. Ona görə də xaricilərin üzərinə oraya cihada getmək öhdəçiliyi düşmür.

2. Şərii hikmət də bunu təsdiqləyir. Belə ki, əgər başqa ölkələrdən oraya cihada getsələr bu (sanki təklənmiş imici yaradaraq) düşmənin etdiklərinə digər dünya ölkələrinin gözündə bəraət qazandıracaq. Həmçinin (Səudiyyə Ərəbistanı) Kral Salman kimi – Allah onu qorusun və dəstəkləsin- bəzi ölkə başçılarının bu zərəri dəf etmək yolunda atdıqları addıma mane ola bilər.

3. Mühüm məsələlərdən biri də ədaləti bərqərar etmək istəyən insanların çoxluğunda yox, onların hazırlıq və silahlanmasındadır. Ona görə də başqa ölkələrdən Suriyaya cihada yola düşmək qadağandır.
Suriya daxilində döyüşən əhaliyə gəldikdə isə dəfələrlə təkrarladığım kimi onlar bu işi Allahın Kəlamının hər şeydən uca olması niyyəti ilə qardaşlarını qorumaq üçün etməlidirlər. Xaricdən Suriyaya cihada getmək isə qadağandır.
Bütün bu dediklərimizi mövcud situasiyanı araşdırdıqdan sonra elm əhlinin dəlilləri və dörd məzhəbin fiqhi üzərində söyləyirik.

İkincisi, istər başçı, istərsə də sıravi olsun, bütün müsəlmanlara vacibdir ki, Hələbdə baş verənə ürək ağrısı ilə yanaşsınlar və bu işdən razı qalmasınlar. Bu, bizim hamımızın üzərinə Şəriətin qoyduğu məsuliyyətdir.
Öz qardaşlarımıza əlimizdən gələn və qadağan olmayan hər cür köməyi etmək hamımıza fərzdir. Bunlardan ən əsası duadır. Onlar üçün mümkün qədər çox dua etməliyik.

Həqiqətən özünü İslama nisbət edən bəzi insanların dedikləri bu sözə təəccüblənirəm: ”Siz insanlara cihadı qadağan edib, əvəzində dua etməyi əmr edirsiniz”. Sanki duada heç bir fayda yoxdur?!
Allaha and olsun ki, dua ən təhlükəli ordudan daha təhlükəli, ən güclü silahdan daha da güclüdür. Bəs necə! Məgər Uca Allah istəsə düşmənin silahını onun öz üzərinə çevirib yox etməyə qadir deyilmi?

Dua -ən iti, ən güclü, ən əzəmətli silahdır. Şəriət bizə qardaşlarımıza kömək istəmək, düşmənlərinin dərddən, rüsvayçılıq və utancdan məhv olmasına dair dualar etməyə icazə verir.
Ey mənim Allah rizası üçün sevdiyim kəslər, çoxlu dua etməliyik.
O insanlara təəccüblənirəm ki, özləri gizlində, namazlarında qardaşları üçün dua etmədikləri halda camaat halında qunut tutmayanlara tənə edirlər!

Hər hansı bir hadisə üçün qunut tutmaq sünnəsi elm əhli tərəfindən daha səhih hesab edilən rəyə əsasən müsəlmanların başçılarının məsləhət bildiyi məsələlərdə tətbiq edilir. Təklikdə dua etməyə gəldikdə isə bu haqda nə maneə, nə də qadağa yoxdur. Elə isə ey mənim seviklərim, biz mümkün qədər çox öz qardaşlarımız üçün dua etməliyik.

Uca Allaha Müdriklik, Eşitmək kimi sifətlər məxsusdur, O bizim dualarımızı eşidir. Və O onlara cavab verməyə vəd etmişdir. Və O istədiyini istədiyi vaxtda edir, axı o Hikmətlidir.
Həmçinin biz öz qardaşlarımıza öz ölkəmizdə qoyulan çərçivələr daxilində mallarımızla kömək etməliyik. Təcavüzkarların işğal etdikləri Suriyanın Hələb və başqa bölgələrinə ölkəmizdəki qaydaları tapdalamayaraq, yardım göndərə bilərik.

Allahın Şəriətindən möhkəm yapışmalı, həvamıza uymamalıyıq. Yardım etməliyik, amma bunu yalnız icazəlı şərii yollardan həyata keçirməliyik ki, zərər dəf edilsin.

Allahın kamil Ad və Sifətləri ilə istəyirəm ki, Yenilməz Qüvvət Sahibi, cəza verməkdə şiddətli olan Uca Allah Suriyada və Hələbdəki aciz qalmış qardaşlarımıza kömək olsun. Onları qorusun, bu imtahanı onlardan dəf etsin. Düşməni məhv etsin. Bizə Allahın Şəriətindən yapışmağa, üzərimizə fərz olanları yerinə yetirməyə və bacardığımızı Suriya və digər yerlərdəki qardaşlarımız üçün etməyə kömək olsun!”

Şeyx Suleyman Ruheylinin (Allah onu qorusun) youtubdakı rəsmi kanalından.

QEYD: İnsanları təlatümə gətirmək üçün müsəlman ölkələrində baş verən zülmlərin şəkil və videolarını sosial şəbəkələrdə və digər vasitələrlə yaymağa gəldikdə isə,böyük alim şeyx Fouzan (Allah onu qorusun) bu əməlin qadağan olmasını bildirmişdir. Müsəlmanların halı haqqında ümmətin xəbər alması düzgün və bəyənilən olsa da, bu insanların emosional duyğularına vurğu edilərək yox, faktlara əsaslanmalıdır. Həmçinin bu kimi foto və videolar düşmənə müsəlmanların qüvvədən düşdüyünü göstərir, eləcə də düşmənə qarşı insanın içini qorxu ilə doldurur, zəiflədir.“Əl-Cəlibət əl-Muhimmə fi-l-Məşəqqi mulimmə”

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Tərcümə etdi: fəqih.com heyəti