Məqalələr

Hədiyyə paylaşımlı musabiqə

2/09/1437 tarixli №26878 saylı fətva  (2016)

Bütün həmdlər təkcə Allaha məxsusdur.
Özündən sonra peyğəmbər olmayan Muhəmmədə Allahın salavatı və salamı olsun!

Daha sonra:
Elmi Tədqiqatlar Daimi Komitəsi, hörmətli müftiyə ünvanlanan sualla tanış olduqdan sonra, onu 3/07/1437 tarixində (37013664) nömrəsi ilə böyük alimlər komitəsinə göndərmişdir. Fətva istəyənin soruşduğu sual belədir:
Hal-hazırda belə bir məsələ yayılıb. O da paltar, telefon və s. satışı ilə məşğul olan bir çox internet saytları var ki, onlar müsabiqələr təşkil edirlər. Bunun mahiyyəti belədir: Onların qrupunda iştirak edirsən. Sonra müsabiqənin elanını digər internet səhifələrinə nəql edirsən, onlar da sənə bir rəqəm verirlər. Müsabiqə qurtardıqdan sonra müsabiqənin təşkilatçısı təsadüfi rəqəmlər seçmək yoluyla qalibləri təyin edir. Bunun hökmü nədir? Bu icazəli püşkatmadır? Yoxsa haram olan qumardır?!
Komitə verilən sualı araşdırdıqdan sonra belə cavab vermişdir: «Adətə görə belədir ki, elanları yaymağın özü dəyərli (qazanc gətirən) bir işdir. Buna əsasən də bu müsabiqələrə qatılmaq üçün belə bir əməl etmək qadağan olunmuş müştərək qumardır. Çünki, bu əməli etmək gerçəkləşən ziyandır və əvəzi isə ehtimal olunan qazancdır. Bunu etmək Allahın bu ayəsində haram, qadağan edilmiş, qumar və meysirə daxildir.
Allah sübhənəhu və təala buyurur : ”Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” (əl-Maidə, 90-91)
Bundan qazanc əldə etmək, Allahın qadağan etdiyi, batilcəsinə mal yeməkdən sayılır.

Müvəffəqiyyət yalnız Allahdandır.
Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Elmi Tədqiqatlar Daimi Komitəsi
Komitə rəhbəri:
▪ Şeyx Əbdül-‘Əziz bin Abdullah bin Məhəmməd Əli Şeyx.
Komitə üzvləri:
▪ Şeyx Saleh bin Fövzan əl-Fövzan
▪ Şeyx Əhməd bin Əli Sayr Mübaraki
▪ Şeyx Muhəmməd bin Həsən Əli Şeyx
▪ Şeyx Abdullah bin Muhəmməd bin Huneyn

Tərcümə : Sənan İsbəndiyarov (Ebu Haris)