Məqalələr Önəmli günlər

Günəş və ay tutulmalarının çoxluğunun şəri səbəbi

«Günəş və ay Onun dəlillərindəndir. Əgər siz ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.» (Fussılət 37)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Son zamanlar günəş və ay tutulmaları çoxalmışdır. Bir çox insanlar isə bu barədə düşünmür, əksinə, bunu elə də əhəmiyyətli bir şey sanmırlar. Çünki, bu hadisələr (şəriətə görə) insanlara baş verəcək (ilahi) cəzanın xəbərdarlığı hesab olunur. Bu haqda hörmətli şeyx Salih ibn əl-Fovzən əl-Fovzən Xusuf namazından sonra (1433/1/15 hicri tarixində, 6-cı gün) söhbət açmışdır. Biz də bunu yaymağa rəğbət göstərdik. Müvəffəq edən Allahdır!

Şeyxin çıxışı

Əlhəmdulilləhi Rabbil Aləmin. Və Salləllahu və səlləmə alə nəbiyyinə Muhəmməd və alə ə`lihi və əshəbihi əcməin. İnsanlar cahiliyyə dövründə günəşə və aya ibadət edirdilər. Allahu təala buna görə: «Günəş və ay Onun dəlillərindəndir. Əgər siz ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.» ayəsini nazil etdi.

Həmçinin, cahiliyyə dövründə etiqad edirdilər ki, əgər günəş və ya ay tutularsa, bu, böyük bir şəxsiyyətin ölümü və ya doğulmasına işarədir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) oğlu İbrahimin ölümü belə bir günə təsadüf etdikdə insanlar: «Günəş İbrahimin ölümünə görə tutulmuşdur.» — dedilər – Cahiliyyə dövründə etiqad etdiklərinə əsasən – Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cavabında dedi: «Həqiqətən də günəş və ay Allahın nişanələrindəndir. O, bununla öz qullarını (əzabından) qorxudur.» (Buxari, Muslim). Yəni, günəş və ayın tutulması heç kimin ölümü səbəbindən deyil, Allah bununla yalnız ğz qullarını (əzabından) qorxudur. Əgər bunun (günəş və ayın tutulmasının) baş verdiyini görsəniz, bu (hal) sizin başınızın üzərindən çəkilənə kimi namaz qılın və dua edin.

Günəş və ay kiminsə ölməsi və ya yaşaması üçün tutulmur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu cahiliyyə əqidəsini batil saymış və öz ümmətinə Kusuf namazını qılmağı irşad etdmişdir ki, onlar (Allaha) yalvarıb onların üzərinə gələn bu tutulmanı onlardan uzaqlaşdırılmasını istəsinlər.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə günəş tutulduqda – Bu tutulma hicrətdən sonra Mədinədə baş verən ilk günəş tutulması idi – Peyğəmbər Allahdan qorxaraq, qiyamət saatının qopması qorxusuyla tələsərək ridasını çəkərək çıxdı. O, bunun qiyamətin qopması zamanı baş verəcəyindən qorxudur. Çünki, qiyamətin nə zaman qopacağını bilmirdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz əshabına Kusuf namazı qıldırdı. (O namazdakı) qiraəti, ruku və səcdəni uzun edərək Bəqərə surəsi uzunluğunda bir uzun qiyamda dayandı. Sonra uzun bir ruku etdi, sonra iki səcdə etdi, sonra ayağa durub birinci rəkətin mislində — əvvəlkindən az olomaqla – ikinci rəkəti qıldı. Sonra salam verib namazı bitirdi. O (Allahın ona salavat və salamı olsun) salam verib namazı bitirdikdə artıq günəş təcəlli etməyə başlamış və tutulma da çəkilmişdi. Sonra (Allahın ona salavat və salamı olsun) öz əshabına bu münasibətlə (yəni, günəş tutulması) moizə etdi. (Buxari və Müslim, Aişənin (Allah ondan razı olsun) hədisindən).

O, (Allahın ona salavat və salamı olsun) iki rəkət qıldı. Hər rəkətdə iki ruku, iki səcdə var idi. Beləcə o (Allahın ona salavat və salamı olsun), iki rəkətlik namazında dörd ruku və dörd səcdə etmişdir. Budur onun (qıldığı kusuf) namazı, budur doğru və racih (üstün) olan rəvayət. (Əgər baxsaq) Onun kusuf namazını necə qılması haqda rəvayətlər çoxdur. Lakin tərcih edilərək seçiləni bu rəvayətdir. Çünki, o, kusuf namazını bir dəfə qılmışdır. Bu, (peyğəmbər (Allahın ona salavat və salamı olsun) tərəfindən) bir neçə dəfələrlə qılınmayıb ki, hər müxtəlif rəvayəti ayrı bir (formalı) namaz hesab edək. Onun o namazı bir dəfə o sifətlərdən birində qılması labüddür ki, o da bu qeyd olunan əsas hədisdir və əməl olunma da buna əsasəndir. Şükür olsun Allaha!

Amma, o kəslər ki, bəzi yazılarında iddialar irəli sürürlər və deyirlər ki, «Günəş tutlacaqdır», buna da bəzi aldananlar və avamlar belə deyirlər: «Madam ki, günəş tutulması bilinir, bu zaman niyə qorxmalı və niyə namaz qılmalıyıq?». Bu sözlər onların cahilliyindən və imanlarının azlığındandır. Onlar da bilirlər ki, alimlər günəş (və ay) tutulmasının vaxtını onlardan da dəqiq bilirlər. Bu isə, günəş (və ay) tutlması zamanı namazın və duanın gərəkməsinə və bunun əzabın başlanğıcı olmasına maneə deyildir. Günəşi və onun işığını qaytarmağı (Allahdan başqa) kim bacarar? Ayın işığını geri qaytarmağı (Allahdan başqa) kim bacarar? Kim bilir ki, günəşin və ayın işığı (tutulmadan sonra mütləq) qayıdacaq, bu isə qiyamətin qopacağı vaxt olmayacaq, həm də bu, Allahın əzabının başlanğıcı olmayacaqdır?! – Allah qorusun! – Müsəlman kimsə də şəri elmə xas olan bu məsələlərə və bu məsələlərdən heç birinə (öz fikrini deməyə tələsməklə) qarışmır. O, Allaha, onun rəsuluna və onlardan gələn şeylərə iman gətirir, təslim olur, tabeçilik göstərir. Alimlər günəş tutulmalarını hesablayır və onun baş vermə vaxtlarını bilirlər. Bu, bilinən bir məsələdir və hesabla bunu öyrənmək olur. Çünki, bunun günəşin və ayın hərəkətindən, bir araya gəlmələri və ayrılmalarından yarandığını bilirlər. Lakin bu, insanların bu zaman namaz qılmalarına və bunun davamlılığının dəyişilməsinə maneə deyildir. Allah bunu dəyişməyə Qadirdir. Bu bilinən bir şeydir ki, Allah (günəş tutulmasının növbəti vaxtını) dəyişdirib bilmədikləri (bir zamana) salır. Allah hər şeyə Qadirdir. Beləcə günəş və ay tutulmalarının çoxluğu Allahdan (bizə) öz halımızı dəyişmək çağırışıdır. Allahdan bundan qorunma və salamatlıq istəyirik.

Sonda (bilək ki,) o yalan danışan kəslərə fikir verməməliyik. Hətta, bir dəfə onlardan biri (Ərəb ölkələrindən birində) bir yazı yazaraq belə demişdir: “Elm xurafat üzərində qalib gəlir, bizim qəzetimizdə də elm xurafata qalib gəlmişdir.” Yəni, onun demək istədiyi xurafat günəş tutulması zamanı qılınan namazdır ki, elmi hesablamalarla günəş və ay tutulması bilinir, bununla da xurafat üzərində qələbə çalınır. (Onun bu zaman qılınan namazı xurafat adlandırması) ilə çox böyük günahın altına girmişdir ki, bundan Allaha sığınırıq! Sanki, o bu sözüylə bu sözüylə o peyğəmbəri (Allahın ona salavat və salamı olsun) xurafatçı adlandırmışdır. Allah qorusun! Görün o yalançıların yalanı və çirkin savadsızlıqları nə həddə çatmışdır? Allahdan bizi onların şərrindən qorumasını, bizi salamat etməsini, bizə və sizə söz və əməldə tövbə və ixlası nəsib etməsini istəyirik! Sonda peyğəmbərə Allahın salavatı və salamı olsun! – deyirik.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment