Məqalələr

Günahın zərərləri

“Allahdan bacardığınız qədər qorxun!”

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Həqiqətən Uca Allah bəşər üzərinə müəyyən haqlar qoymuşdur və bu haqlardan insan yayına bilməz. Uca Allah öz kitabında belə buyurub: “Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar” . ət-Talaq, 1.

Həmçinin başqa ayədə buyurur: “Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.» ən-Nisa, 14.

Itaətə boyun əyən  və Allahın haram buyurduğu şeylərdən çəkinən şəxsə gəldikdə isə o imanın şirinliyini daha çox duyur , çünki  Uca Allah bunun mükafatını ona ödəyir. Kim ixlasla Allahın haram buyurduğu şeylərdən çəkinsə o öz qəlbində dinin və imanın ləzzətini duyar.

Ibn al-Qayyim al-Cauziyya  belə deyir: «Günahların dünya və axirətdə qəlbə və bədənə zərər verən o qədər pis və çirkin təsirləri, nəticələri var ki, onları ancaq Allah bilər.»

Bunlardan biri elmdən məhrum qalmaqdır. Çünki elm Allahın ürəklərə atdığı bir nurdur. Günah isə bu nuru söndürür.

İmam Şafi uşaqlığında İmam Malikin önündə oturub ondan dərs almağa başlayınca, cəld və parlaq zəkası və üstün anlayışı İmam Malikin çox xoşuna gəldi. Ona:

«Mən Allahın  sənin qəlbinə bir nur atmış olduğunu görürəm. Onu günah qaranlığıyla söndürmə» dedi.

İmam Şafi bir şeirində belə deyir: «Vəkiə əzbər gücümün zəifliyindən dərd yandım. Məni günahları tərk irşad buyurdu. Dedi ki: Bil ki, elm üstün bir nemətdir. Allahın üstün neməti də asiyə verilməz.»

Günahların bir başqa təsiri də ruzidən məhrumiyyətdir. Müsnəddə keçən bir hədisdə Rəsulullah (sallallahu əleyhi və səlləm): «Həqiqətən bir qul etdiyi bir günahdan ötəri ruzidən məhrum edilir»-buyurmuşdur.

Təqva, ruzini cəlb etdiyi kimi,  təqvanı tərk etdikdə kasıblığı özünə cəlb edər. Ruzini cəlb etmək üçün günahları tərk etməkdən daha təsirli bir şey yoxdur.

Günah işləyən adam ürəyində və özüylə Rəbbi arasında, heç bir ləzzətli müqayisə edilməyəcək qədər böyük soyuqluq və təklik duyar. Dünyanın bütün ləzzətləri onda toplansa belə bu təkliyi və soyuqluğu aradan qaldıra bilməz. Bunu da ancaq ürəyində bir parça həyat olan adam hiss edər. Çünki «ölüyə heç bir yara acı verməz». Günahlar yalnız bu soyuqluq və bədbəxtlik halına düşməmək məqsədilə tərk edilsə belə bunu etmək ağıllıca bir davranışdır.

İnsanlardan  biri arif bir şəxsə içində hiss etdiyi təklik hissindən yanaraq danışdı.

Arif belə dedi:

«Səni günahlar yalnız və bədbəxt etdiyinə görə, bundan xilas olmaq istəyirsənsə, onları tərk et  və ünsiyyət tap.”

Ürək üçün, günah üstünə günahın gətirdiyi bədbəxtlik və təklik hissi qədər ağrı verici bir şey yoxdur. «

Günahlar adamla başqa insanlar, xüsusilə saleh kəslər arasında soyuqluq meydana gətirər

Bu soyuqluq nə qədər güclənərsə onlardan və onlarla oturub qalxmaqdan o qədər uzaqlaşar, beləcə onlardan istifadə edər, bərəkətindən məhrum qalar. İnsan  Rəhman tərəfdarlarından uzaq qaldığı zaman nisbətdə şeytan tərəfdarlarına yaxınlaşar. Bu soyuqluq o qədər güclənər ki, sonunda insanın həyatında özünə yaxşıca yer tapar və onunla xanımı, uşaqları, qohumları, onunla öz nəfsi arasında da olmağa başlar.

Sələfdən bir şəxs belə deyir: «Mən Allaha  qarşı bir günah işlədikdə, onun təsirini miniyimin və xanımımın davranışlarında hiss edirəm.»

Günahların digər bir  təsiri hər işin günah edən kəsə çətin gəlməsidir

Adam hansı işi etməyə qalxsa onun qapısının üzünə bağlandığını və ya çətinləşdiyini görər. Çünki hər kim Allahdan qorxsa, Allah işlərini ona asanlaşdırar. Çəkinməyi (yəni günahlardan uzaqlaşmanı) tərk etsə  işlərini çətinləşdirər.

Aman Allahım, nə heyrət verici vəziyyət!

Qul bütün xeyir və fayda qapılarının özünə bağlandığı və ya yollarının özünə çətinləşdiyini görər və bunun haradan qaynaqlandığını bilməz.

(İbn al-Qayyim al-Cauziyya (rahiməhullah)  “Dərt və Dəva” əsərindən.)

Hər bir müsəlman ona vacib olan ibadətləri bacardığı qədər yerinə yetirməlidir. Bu, ibadətlərdən biri də Allahın halal və haram buyurduğu şeylərdir. Bu ibadəti öyrənməklə yanaşı insan yüksək və bəsirətli elmə nail olur və günaha düşməkdən özünü Allahın izni ilə qoruyur. Hər bir bəşər övladı günahların ona zərər verəcəyini bilməlidir.  Allahın kitabından və Rəsulullahın (sallallahu aleyhi va səlləm) sünnətindən möhkəm yapışmalıdır ki, yuxarıdakı qeyd etdiyimiz bəlalara düşməsin.

Uca Allah buyurur: “Allahdan bacardığınız qədər qorxun!” ət-Təğabun,16

                                                                                                                                 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Ummu Ibrahim