Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Dünyada və axirətdə bədbəxt olan da yalnız Allahın əmrlərini zay etdiyinə görə bədbəxt olmuşdur. Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Ey gənclər zümrəsi! Sizdən kimin evlənməyə gücü çatırsa evlənsin. Çünki evlənmək gözü haramdan daha çox qoruyar və iffəti də qoruyar. Kim evlənməyə müqtədir olmazsa oruca sarılsın. Çünki oruc onun üçün şəhvəti qıran bir şeydir” (Müslim 1400).
Əgər bir kimsə gözünü haramdan çevirərsə o, zəhərli oxun qəlbə çatmasına (təsir etməsinə) mane olar. Ola bilər ki, o zəhərli oxda onun həlakı vardır. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir: “Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) qəflət (təsadüfü) nəzər barəsində soruşdum o, gözümü çevirməyimi buyurdu” (Muslim “Ədəb” 3/1699, H. 45, 2159, Tirmizi “Ədəb” 8/18, H. 2777, Əbu Davud “Nigah” 2/246, H. 2148, İmam Əhməd 1/159).
Qəflət nəzər odur ki, insanın qəsdi olmadan baxmasıdır. Əvvəlində günah yoxdur, lakin davamlı edərsə artıq günah qazanmış olar. Bureydə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Əliyə (Allah ondan razı olsun) buyurdu: “Ey Əli! Sən baxışın ardınca baxış etmə. Həqiqətən birinci sənin leyhinə, ikinci isə əleyhinədir”.
Çünkü ikinci baxış sənin ixtiyarınladır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Cərirə (Allah ondan razı olsun) baxışını davamlı etdirməyib, gözünü çevirməsini əmr etmişdir. Çünkü baxışı davam etdirmək təkrar-təkrar baxmaq kimidir. Cabir rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir qadın görmüş və yoldaşı Zeynəbin yanına gələrək (dəri işi ilə məşğul idi) ehtiyacını ödədikdən sonra səhabələrin yanına çıxdı: “Şübhəsiz ki, qadın şeytan surətində gəlir və gedir. Biriniz qadın gördükdə həmən ailəsinin yanına getsin. (Başqa rəvayətdə: Birinizin bir qadın xoşuna gələr və könlünə düşərsə, həmən öz yoldaşının yanına gedərək onunla yaxınlıq etsin). Çünkü belə etməsi nəfsində olanı müalicə etməyə bərabərdir” (Muslim “Nigah”2/1021, H. 1403, Əbu Davud “Nigah” 2/246, H. 2151).
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Hazırladı: Kamal Hüseyn