Məqalələr

Gözü haramdan çevirməyin faydaları

Ey gənclər zümrəsi! Sizdən kimin evlənməyə gücü çatırsa evlənsin!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Gözü haramdan çevirməyin birinci faydası Allahın əmrinə tabe olmaqdır. Allahın əmrinə tabe olmaq isə bəndənin dünyada və axirətdə səadətinin qayəsidir. Bəndənin də dünyada və axirətdə Rəbbinin əmrlərini yerinə yetirməkdən daha mənfəətli bir şeyi yoxdur. Dünyada və axirətdə xoşbəxt olan yalnız Allahın əmrlərini yerinə yetirdiyinə görə xoşbəxt olmuşdur.

Dünyada və axirətdə bədbəxt olan da yalnız Allahın əmrlərini zay etdiyinə görə bədbəxt olmuşdur. Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Ey gənclər zümrəsi! Sizdən kimin evlənməyə gücü çatırsa evlənsin. Çünki evlənmək gözü haramdan daha çox qoruyar və iffəti də qoruyar. Kim evlənməyə müqtədir olmazsa oruca sarılsın. Çünki oruc onun üçün şəhvəti qıran bir şeydir” (Müslim 1400).

Əgər bir kimsə gözünü haramdan çevirərsə o, zəhərli oxun qəlbə çatmasına (təsir etməsinə) mane olar. Ola bilər ki, o zəhərli oxda onun həlakı vardır. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir: “Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) qəflət (təsadüfü) nəzər barəsində soruşdum o, gözümü çevirməyimi buyurdu” (Muslim “Ədəb” 3/1699, H. 45, 2159, Tirmizi “Ədəb” 8/18, H. 2777, Əbu Davud “Nigah” 2/246, H. 2148, İmam Əhməd 1/159).

Qəflət nəzər odur ki, insanın qəsdi olmadan baxmasıdır. Əvvəlində günah yoxdur, lakin davamlı edərsə artıq günah qazanmış olar. Bureydə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Əliyə (Allah ondan razı olsun) buyurdu: “Ey Əli! Sən baxışın ardınca baxış etmə. Həqiqətən birinci sənin leyhinə, ikinci isə əleyhinədir”.

Çünkü ikinci baxış sənin ixtiyarınladır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Cərirə (Allah ondan razı olsun) baxışını davamlı etdirməyib, gözünü çevirməsini əmr etmişdir. Çünkü baxışı davam etdirmək təkrar-təkrar baxmaq kimidir. Cabir rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir qadın görmüş və yoldaşı Zeynəbin yanına gələrək (dəri işi ilə məşğul idi) ehtiyacını ödədikdən sonra səhabələrin yanına çıxdı: Şübhəsiz ki, qadın şeytan surətində gəlir və gedir. Biriniz qadın gördükdə həmən ailəsinin yanına getsin. (Başqa rəvayətdə: Birinizin bir qadın xoşuna gələr və könlünə düşərsə, həmən öz yoldaşının yanına gedərək onunla yaxınlıq etsin). Çünkü belə etməsi nəfsində olanı müalicə etməyə bərabərdir” (Muslim “Nigah”2/1021, H. 1403, Əbu Davud “Nigah” 2/246, H. 2151).

Gözü haramdan çevirmək insanın qəlbini gücləndirir və onu fərəh (sevinc) içində edir. Gözü harama baxmaqda buraxmaq qəlbi zəiflədir və qəlbi kədərləndirir. Əbu Səid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: Kişi, başqa bir kişinin övrət yerinə baxmaz, qadın da başqa bir qadının övrət yerinə baxmaz. Bir kişi başqa bir kişi ilə, qadın da başqa bir qadınla bir tək yorğan altında olmaz (yatmaz). (Müslim 338).

Gözü harama baxmaqdan çevirmək qəlbdə nur yaradır. Bu gözə, üzə, və digər orqanlara da yayılar. Harama baxmaq isə qəlbdə də, orqanlarda da zülmət yaradır. Buna görə də Allah Nur ayəsini gözü haramdan çevirmək ayəsindən birbaşa sonra gətirmişdir. “(Ya Məhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar (ən-Nur 30-31).
Allah ayıb yeri qorumazdan əvvəl gözü qorumağı əmr etdi. Çünki insanın zinaya düşməsi gözü səbəilədir. Sonra bu ayənin ardınca “Allah göylərin və yerin nurudur” (ən-Nur 35). Əgər qəlb nurlanarsa bütün xeyirlər hər bir tərəfdən ona yönələr. Həmçinin də əgər qəlb zülmətləşərsə bütün bəla buludları, şər ona gələr. Qəlb zülmətləşəndən sonra ora bidət, zəlalət, nəfsə tabe olmaq, düz yoldan uzaqlaşmaq, xoşbəxtçilik səbəblərindən üz döndərmək, bədbəxtçilik səbəbləri ilə məşğul olmaq kimi xəstəliklər yönələr. Bunun da qarşısını alan nurdur. Əgər o, qəlbdəki nur yoxa çıxarsa o, qəlb sahibi kor kimi olar. Zülmət içərisində gedən birisi kimi.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: Kamal Hüseyn