Əxlaq Məqalələr

Gözəl əxlaq: gecə namazı və orucun savabını qazanmaq üçün vəsilədir

Aişə anamızdan (رضي الله عنها) rəvayət olunan hədisdə, Peyğəmbər ﷺ belə buyurmuşdur:

«Həqiqətən mömin gözəl əxlaqı ilə gündüzləri oruc tutan, gecələri namaz qılanın dərəcəsinə çatar»

Əbu Davud: 4798/Şeyx Albani hədisə «səhih» demişdir

Bu hədisdə Allah Rəsulu ﷺ gözəl əxlaqın sayəsində gecə namazı qılanların, oruc tutanların dərəcəsinə qalxmağın mümkünlüyünü xəbər vermişdir.
Həqiqətən, gözəl əxlaq sahibi olan kəs yaşadığı mühitdə müxtəlif xasiyyətli insanlarla müamilədə olur. Onların içərisində də bəziləri qaba, kobud xasiyyətlidirlər ki,  onların bu əziyyətinə qarşı mülayimlik göstərmək isə nəfslə cihad, səbr tələb edir.

Eləcə də, gecə ikən yataqdan qalxıb namaz qılmaqda, həmçinin gündüzləri yemək-içməyi, şəhvətləri tərk etməkdə nəfs üçün məşəqqət vardır ki, bu da insandan səbri, nəfslə cihadı tələb edir.

Məhz bu yöndən gözəl əxlaq sahibi olan kəs savab etibarı ilə gecə namazı qılanın və oruc tutanın əcrini qazanmış olar.

Hazırladı: Nail Paşayev