Aktual

GƏNCLƏR, GÜNÜmüzün qədrini bilirikmi?

Gənc olduğumuz üçün sevinək? Yoxsa “Gəncliyimdən bir il daha getdi. Qocalığa yaxınlaşıram”, deyə düşünək?

Saat əqrəbinin hər bir hərəkəti ömrümüzdən daha bir saniyəni itirdiyimizi xəbər verir. Saniyələr dəqiqəyə, dəqiqələr saata, saatlar günə çevrilir. Günlər aylara, aylar illərə dönür. Bax, beləcə, zaman köhlən at kimi ömrümüzü tərkinə alıb aparır. Ötən hər bir gün, ay və il bizi Axirətə yaxınlaşdırır. Çox zaman cüzi miq­darda pulu­muzu itirəndə kədərdən, narahatçılıqdan özümüzə yer tapa bilmirik. Amma qızıldan, gümüşdən daha dəyərli olan vaxtı­mızın boş və hədər ötüb keçməsinin fərqinə varmırıq. Əslində isə vaxt ağıllı insanın itkisidir. Ağıllı olan kəs həmişə zamanın qədrini bilməli, vaxtını lazımınca dəyərləndirməlidir. Çünki hər bir hərə­kətin uğur və bərəkət qazanması öz vaxtında görülməsindən asılıdır. Öz vaxtında və yerində görülməyən işin qiyməti olmaz. Buna görə də Allah tərəfindən verilmiş imkan çərçivəsində fürsəti qənimət bilməli, hər bir hərəkəti etməzdən əvvəl ölçüb — biçməli, yanlış addımlardan çəkinməliyik. Çünki ikinci dəfə eyni fürsəti əldə edə biləcəyimizə zəmanət yoxdur. Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Pey­ğəm­bər (Alalhın ona salavat və salamı olsun) buyur­muşdur:

“Beş şey gəlməzdən öncə beş şeydən istifadə et. Qocalanadək cavanlığından, xəstə­lənədək sağlam­lığından, kasıblayana qədər mal-dövlətindən, məşğul olanadək boş vaxtından və nəhayət ölüm gələnədək həyatından”.( Hakim 4/306)

Bu ömür sonrakı axirət həyatı üçün bir sınaq meydanıdır. Dil Allahı zikr etmək, Onun bəyəndiyi sözləri danışmaq, qulaqlar Allaha xoş gələn sözləri eşitmək, gözlər Allahın razı qaldığı mənzə­rələri seyr etmək üçün yaradılmışdır. Bunları günah əməllərə sərf etmək ən azı insafsızlıq, daha doğru desək, insanın öz — özünə zülm etməsi deməkdir. Uca Allah əmanət verdiyi bu nemətlərdən öz təyinatına uyğun istifadə etməyən kəslər barəsində belə buyurur:

 «Həqiqətən, insan ziyan içərisindədir». l-Asr surəsi, 2)

 60 il ömür sürən insan bu müddətin üçdə birini yatmaqla keçirir, savab işlər görmək imkanı olmur. Qalan hissənin yarısında isə az­yaşlı və təcrübəsiz olur, yaxşını pisdən seçə bilmir. O biri yarısının üçdə birini var — dövlət toplamağa, çörək pulu qazanmağa və ailə­sinə sərf edir. Yerdə qalan hissə də xəstəlik, qocalıq və ölüm qor­xusu ilə keçir. Beləliklə, ömür bu qayda ilə ötür. Bundan isə belə nəticəyə gəlmək olur ki, ömrünün uzunluğu ilə öyünən insan həqi­qətən də nadandır.

İslam tarixinə nəzər saldıqda, həm Allah Rəsulunun (Allahın ona salavat və salamnı olsun), həm səhabələrin, həm də alimlərin öz vaxtlarına nə qədər məsuliyyətlə yanaşmalarının şahidi olmaq olar. Bir çox müsəlman alimləri gündəlik saatlarını bölüşdürərkən, elmi fəaliyyətə hər vasitə ilə daha çox yer ayırmağa çalışırdılar.

Hər bir insan vaxtından, ona bəxş edilən ömürdən səmərəli istifadə etməli və vaxtını boş keçirməməlidir. Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir:

“İki nemət vardır ki, insan­la­rın çoxu onları layiqincə qiymətləndirmir. (Bunlar) sağlamlıq və boş vaxtdır!  (əl-Buxari 6412)

 Vaxt insanın həyatında ən dəyərli nemətlərdən biridir. Vaxt neməti mal-dövlətdən də dəyərlidir. Çünki mal-dövləti itirdikdə qaytarmaq olur, amma vaxtı itirdikdə isə geri qaytarmaq olmur.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: » Heç bir kölgənin olmadığı vaxtda 7 sinif insan vardır ki, onları Allah kölgələndirəcəkdir.

1.Ədalətli rəhbər,

2. Cavanlığını Allaha ibadətə sərf eləyən gənc

3. Qəlbi məscidlərlə bağlı olan kəs

4. Bir-birini Allah üçün sevən -Onun üçün görüşüb,  Onun üçün ayrılan kəs

5. Gözəl qadın zinaya dəvət etdikdə »’Mən Allahdan qorxuram» — deyib ondan uzaqlaşan kişi

6. Sağ əli verdiyini sol əli bilmədən Allah üçün sədəqə verən kəs,

7. Allahı təklikdə yad eləyib gözləri yaşla dolan kəs. (Buxari və Muslim)

GƏNCLƏR — bu 7 nəfərdən biri ola bilər. O gənc ki, dünyanın aldadıcı ləzzətindən uzaqlaşar və qəlbini Rəbbinə bağlayar. Uca Allah buyurur:

«(Kafirlərdən) bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır». (Taha, 131)

Cavanlıq, həyatın ən təhlükəli vaxtlarıdır. Çünki iki zəif mərhələnin arasında güclü olursan. Zəif uşaqlıq və zəif qocalıq mərhələsi arasında olan güclü halda olduğuna görə Allah bu mərhələni xüsusiləşdirmişdir. Hətta, Qiyamət günündə də hər bir insan sorğu sual olunacaq və cavanlığına aid isə xüsusi olaraq soruşulacaqdır. Hədislərdən birində, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur:

»Heç bir bəndə bu dörd şey barəsində soruşulmayınca ayağını Rəbbinin hüzurundan çəkməyəcəkdir. Onlardan da biri »Cavanlığından necə istifadə etdin?» sualıdır. (Tirmizi)

Ey Gənc, bütün bunları zaman itirmədən indi düşünməyə dəyər!

Müəllif: FƏQİH.COM heyəti