Ailə və Uşaq tərbiyəsi Aktual

Futbol oynamağın hökmü

Müsəlmana bu kimi şeylərlə vaxtını boşa keçirməsi yaraşmaz, yalnız niyyətini düzəldərsə!

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx Albani (Allah ona rəhmət etsin) Ciddə fətvaları silsiləsi adlı 32 kasetin ilk dəqidələrində belə demişdir: «Yaxın vaxtlarda bir nəfər bütün müsəlman ölkələrində əksər müsəlmanların düçar olduğu bir bəla haqqında məndən soruşdu və onun barədə Allah Təalənin hökmünü öyrənmək istədi. Bu futbol oynamaq barədə idi. Çünki bu (futbol) şəhər adlanan hər bir cəmiyyətdə boya başa çatmış hər bir cavanın şöhrətinə (həvəsinə) çevrilmişdir. Bu suala cavabım belə olacaqdır:

«Müsəlman üçün Futbol oynamaq bu oyunu başqa oyunların çərçivəsindən çıxarmır. Futbol oyunu  Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu dediklərinə daxildir: «Adəm övladının əyləndiyi hər bir əyləncə batildir. Bundan yalnız qadını ilə (zövcəsi ilə) mazaqlaşması, atı ilə oynaması, oxunu atması və üzmək istisnadır».

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu hədisində insanların məşğul olduqları əyləncəni xatırlatmış və onları  batil adlandırmış, bəzilərini isə istisna etmişdir.
Bu hədisdə iki məsələyə diqqət etmək lazımdır:
1. Hədisdə «Batil» ləfzi işlədildi. «Haram» ləfzi yox.
2. Biz bu fərqləndirməyə fikir versək görərik ki, burada fiqhi fərq də vardır. Əgər hədis «Batil» ləfzi ilə varid olmuşdursa  bu o demək deyil ki, o «Haramdır» mənasını daşıyır. Çünki batil sözü qəsd olunan mənada «boş şeydir» mənasına daha çox yaxındır, nəinki «haram». «Haram» sözü isə ondan uzaqlaşdırmasını vacib edən açıq aydın bir hökümdür.

Buradan belə məlum olur ki, insanların əyləndiyi hər bir oyun, əyləncə batildir və onun əcri yoxdur. Günahı isə oynadığı oyunun növünə əsasən daşıya bilər.
Uca Allah buyurur «Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr.» (Həşr, 21)
Bu misallar Nərd və Şahmat oynamağa aiddir.

Nərd oynamaq Quran və sünnədə də qadağan edilmişdir. Peyğəmbərdən ( Allahın ona  salavat və salamı olsun) varid olan səhih hədisdə belə deyilir: «Nərd oynayan sanki əlini donuzun əti və qanına batırmış kimidir.» Başqa bir hədisdə isə: «Nərd oynayan Allah və Rəsuluna asi olmuşdur.»
Ona görə də bu şiddətli çəkindirməyə görə Nərd oynamağın özü caiz deyildir.«Nərd oynayan sanki əlini donuzun əti və qanına batırmış kimidir». 

Bildiyimiz kimi donuz əti və qanı öz- özlüyündə nəcisdir. Ona görə də bu cür əyləncə ilə oynamaq caiz deyildir (qadağandır).

 Şahmat oynamağı isə qadağan edən səhih bir hədis olmadığı üçün onun nə haram, nə də  mütləq mübah olduğunudeyə bilmərik. Beləliklə, şahmat oyunu birinci hədisin hökmü daxilindədir.

«Adəm övladının əyləndiyi hər bir əyləncə batildir. Bundan yalnız qadını ilə (zövcəsi ilə) mazaqlaşması, atı ilə oynaması, oxunu atması və üzmək istisnadır.» Bu hədisə ad verərək «Cabir İbn Abdullah əl-Ənsarinin hədisini « deyilir.
Cabirin hədisi ümumi mənasında bütün oyunları batil adlandırır. Ona görə də bu oyunlardan olan şahmat da batildir. Oynanılan bu şahmat oyununda bəzi timsallar vardır. Məsələn: fil, at və şah kimi bilinən timsallar. Mən bu oyunu oynamıram, lakin eşitdiyim və oxuduqlarımdan bunları bilirəm. Bəzi kəslərin şəkilin haram olması haqqında sünnəyə muxalif olan rəyləri sizə məlumdur. Onların bəzilərinin iddiasına görə qadağan olunmuş şəkillər əxlaqa zərər verən şəkillərdir. Şahmat oyununda isə olan bu heykəllərin əqidəyə heç bir zərəri yoxdur. Həmçinin belə iddia edirlər ki, Peyğəmbər ( Allahın ona salavat və salamı olsun) bu şəkilləri Tovhidi səhabələrin qəlbinə salmaq , şübhələri onların qəlbindən çıxarmaq üçün müvəqqəti olaraq qadağan etmişdir.

Artıq şəriətin bu hökmü: şəkil çəkmək və şəklin əldə olunmasının şiddətli qadağan olunması hökmü bitmişdir. Bu haqda çox uzun danışmaq istəmirəm, sadəcə bunu deməyim kifayətdir ki, şəkil çəkmək hər bir növü ilə, istər qələmlə olsun, istər lələklə, istər yağla, istər quru boya ilə, fərq etməz, hazırda mövcud olan hansı alətlə olur olsun,  lüğəti cəhətdən  şəkil adlanan rəsmləri çəkmək qadağandır. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir: «Hər bir şəkil çəkən oddadır.»

Həmçinin,  Peyğəmbər (Allahın ona  salavat və salamı olsun) belə demişdir: «İçərisində şəkil və it olan evə mələklər daxil olmaz.»
Belə olduqda nə qədər ki, bu timsallar şahmat oyununda açıq-aydın zahirdir onu oynamaq olmaz. Ona görə də bu oyunu oynamq üçün ilk öncə bu timsalları yox etmək lazımdır.

Bundan sonra isə ikinci şərt gəlirBu da bu oyunu oynayan kəs oyunun quluna çevrilməsin!

Bu oyun onu Allaha aid qulluqdan çəkindirməsin. Onu  vacib olan fərz əməllərdən çəkindirməsin. Dediyimiz fərzlər təkcə beş namaz və cammatla namaz qılmaq deyildir. Yəni: deyə bilmərik ki, yalnız beş namaz və cammaatla namaz qılmaq kimi vacib olan əmmələrdən məşğul etmirsə şahmat oynamaq caizdir. Ailəyə, övladlara , həmçinin qardaşlara qarşı olan vaciblər. Deyə bilmərik ki, şahmat oyunu bu növ günahlardan uzaq olarsa  caiz olur. Çünki hər bir işin əsli mübahdır, dəlil gəldikdə haram və ya məkruh hökmünə nəql etmyənə qədər.

Bu iki misal insanların əylənmək üçün bəlaya düçar olduqları və vaxtlarını boş-boşuna itirdikləri bir misaldır. Onlardan birbaşa qadağan olunmuş və mütləq surətda caiz olmayanı nərddir. Ikincisi isə haqqında xüsusi qadağa varid olmayan şahmat oyunudur ki,  qadağalardan və günahlardan uzaq olduqda nəfsi dincəltmək  üçün onu oynamaq caiz olar. Bu iki misalın hökmünü bildikdən sonra qayıdaq sualımızın cavabına:

Bu  futbol oynamaq barədədir. Bu oyun da bütün oyunlar kimi əsli əcəmi oyunlardandır. Nərd oyunu Fars oyunu olub adı Nərdəşirdir. Şahmat oyunu isə Çin və ya başqa ölkədəndir. Futbol oyunu isə qərb ölkəsindən gəlmədir.
Müsəlmanlar bu oyunu oynamaq istədiklərində ilk öncə güclənmək niyyətini qəsd etməlidirlər. Allah Təlanın düşmənləri ilə yaxın və ya uzaq əhdlərə qarşılaşdıqlarında bədənləri güclü olsun deyə hazırlaşmağı qəsd etməlidirlər. Səhih hədisdə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyi varid olmuşdur: «Güclü mömin zəif mömindən Allaha daha sevimlidir və hər birində xeyir vardır.»
Mömin imanında zəif olsa belə xeyirdən uzaq deyildir. Bu onu «O gün Cəhhənnəmə doldunmu?» dedikdə və onun cavabı  «yenə varmı?» olduqda, ola bilsin ki, xilas etsin! Deməli, qüvvət müsəlman üçün rəğbətlənirsə onda  saleh niyyət ilə bu oyunu oynamasında bir qadağa yoxdur, bəlkə də onun üçün müstəhəbdir.
Həmçinin Səhihdə  «(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin.» (əl-Ənfal, 60) ayəsinin təfsirində Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Həqiqətən qüvvət ox atmaqdır. Həqiqətən qüvvət ox atmaqdır. Həqiqətən qüvvət ox atmaqdır.»
Ona görə də qədimdə ox atmaq müsəlmanlara əziyyət olmasın deyə şəhərdən çıxmağı tələb edilirdisə futbol oyununda bu yoxdur. Bu oyunda müsəlmanlar üçün şahmat oyununda işarə etdiklərimizdən qorxulu bir şey yoxdur. Ona görə də bu cür şərtlərlə bu oyuna icazə verilməlidir. Diqqət etmək lazımdır ki,  oyunçular müsəlmanlar olsalar belə bəzən oyun zamanı namazların vaxtını hədər edirlər. Bu isə Əsrdən və ya Məğribdən qabaq başladıqda və ya Əsrdən sonra məğribə az qalmış bir vaxtda başladıqda olur. Bu Şərt də əvvəldə dediklərimizə əlavədir.
Həmçinin oyunlar çox zaman qısa və övrəti örtməyən, şəriətə müxalif olan geyimlərlə oynanılır. Bu paltar baldırı açıq qoyur. Peyğəmbərdən ( Allahın ona salavat və salamı olsun) səhih varid olan hədisə görə : «Bud övrətdir».

Ona görə də oynayanlar təcürbəli olsalar belə, başqalarına qarşı oynasalar belə bu qısa geyimi geymələri caiz deyildir. Bu geyimə şort deyilir.
Bu libası müsəlman zövcəsindənn başqa heç bir kəsin qarşısında geyinə bilməz. Ona görə də bu oyunu insanların qarşısında bu cür oynamaq haramdır. Oyunun özünə görə yox, onu əhatə edən şəriətə müxalif olan libasa görə. Libas gərək övrəti örtən olsun.
Üçüncü də oyunun adı bu günlərdə düzgün olmayan ad verildiryi kimi İdman ruhu kimi adlanmasın. Deyirəm ki bu ad düzgün yerinə qoyulmayıb.
Beləliklə, futbol oyunu dediyimiz şərtləri əhatə edərsə, yəni namazları hədər getməzsə, övrət örtülərsə , oyun zamanı niyyət  nəfsi və bədən cəhətdən möhkəmlənmək olarsa, həsəd, paxıllıq, nifrət, batilcə qarşı tərəfi məğlub etməkdən uzaq olarsa, bu oyunu oynamaq olar.

İnsanların əyləndiyi bu əyləncələrin Cabirin (Allah ondan razı olsun) hədisində istisna olanlardan başqa hamısı batildir. Müsəlmana bu kimi şeylərlə vaxtını boşa keçirməsi yaraşmaz, yalnız niyyətini düzəldərsə! Ən az isə bu niyətdə nəfsini dincəltmək qəsd edərsə».

Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin məzunu, Səid İsrafilov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment