Aktual Ramazan ayı Zəkat

Fitrə zəkatı

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əziz müsəlmanlar Allah təalə Ramazan ayının sonunda bayram namazından öncə bizə Fitrə Zəkatını verməyi buyurmuşdur. Bu məqalədə isə Fitrə zəkatının hökmündən, hikmətindən, cinsindən, miqdarından, vacib olan vaxtından kimə və harada verilməsindən danışacağıq.

Hökmünə gəldikdə: vacib bir əməldir, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanların üzərinə vacib etmişdir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vacib etdiyi bir iş, Allahın vacib etdiyi bir işə bərabərdir, buna dəlil olaraq Allah təalə belə buyurur: «Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik.» (ən-Nisə 80), başqa ayədə isə belə buyurur: «Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.» (ən-Nisə 115), Həmçinin belə buyurur: «Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun.» (əl-Həşr 7)

Fitrə zəkatı böyüyə, kiçiyə, qadına, kişiyə, köləyə, azad olan hər bir müsəlmana vacibdir.Abdullah İbn Ömər belə deyir:Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir saa (saa-ölçü vahididir, dörd mudda bərabərdir, bir mudda iki ovucdur) xurmanı və ya bir saa arpanı ramazan ayında fitrə zəkatı olaraq böyüyə, kiçiyə, qadına, kişiyə, köləyə, azad olan müsəlmana vacib etdi.

Hər bir kəs ən birinci öz  payına düşəni çıxartmalıdır, həmçinin onun himayəsi altında olan xanımına, uşağına da çıxartmalıdır.

Hikmətinə gəldikdə isə onda kasıblar üçün yaxşılıq etmək, onları bayram günü dilənməkdən çəkindirmək, həmçinin bayram günündə varlılarla eyni sevinci paylaşmaq kimi hikmətlər vardır. Beləliklə o bayram hamı üçün eyni olur. Fitrə zəkatını çıxaran şəxsdə bununla ramazan ayı bitməsi ilə Allahın neymətinə şükr etməyi açıq aydın bilinir.

İbn Abbas (Allah ondan razı olsun) deyir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Pis söz və boş-boş işlərdən təmizlik və kəsıbları yedizdirmək üçün fitrə zəkatını vacib etdi. Kim onu namazdan öncə verərsə o qəbul olunan zəkatdır, kimdə onu namazdan sonra verərsə o sədəqələrdən olan bir sədəqədir.» (Əbu Davud, İbn Məcəh)

Fitrə zakatında verilən mallara gəldikdə isə, o yalnız qida məhsulları olmalıdır.Buna  xurma, düyü,buğda, üzüm və başqa  bu kimi yeyinti məhsullarını misal çəkmək olar.

Abdullah İbn Ömər belə deyir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir saa (saa — ölçü vahididir, dörd mudda bərabərdir, bir mudda iki ovucdur) xurmanı və ya bir saa arpanı ramazan ayında fitrə zəkatı olaraq fərz etdi.»

Arpa o zaman insanların qida məhsulu idi.

Abu Səid əl-Xudri deyir: «Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə bir saa yemək çıxardıb kəsıblara verərdik, o zamanda bizim yediklərimiz arpa, kişmiş, xurma, qurut (qurudulmuş pendir) idi.» (əl-Buxari)

Yeməyin qiymətini fitrə zəkatı olaraq pul şəklində vermək icazəli deyil, çünki bu Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmrinə müxalifdir, buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə deyir: «Kim bizim işimizə uyğun olmayan bir əməl edərsən qəbul olunmaz», başqa rəvəyətdə isə belə deyir: «Kim bizim işimizdən olmayan bir iş edərsə o qəbul olunmaz.»

Həmçinin yeməyin qiymətini çıxartmaq sahabələrin əməlinə müxalifdir, hansılarki o zaman bir saa yemək çıxardardılar.

Fitrə zəkatı müəyyən bir maldan və müəyyən bir vaxta fərz olunmuş bir ibadətdir və onun əksini etmək icazəli deyil.Amma insanların bir miqdar pulu bir yerə yığıb və onunla ərzaq malları alıb paylaması icazəlidir, amma fitrə zakatı adından kiməsə pul vermək icazəli deyil.

Fitrə zəkatının miqdarına gəldikdə isə o Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dövründə olan qaba bərəbərdir, indiki hesablamalarla təxminən 2.5 kq təmiz düyü ilə hesablanır.

Fitrə zəkatının vacib olan vaxtına gəldikdə isə bayram gecəsində günəş batandan sonra fitrə zəkatını çıxartmaq vacibdir.

Fitrə zəkatını nə zaman verməyinə geldikdə isə onun iki vaxtı var; fəzilətli və icazəli vaxtı.

Fəzilətli vaxtına gəldikdə isə, o bayram namazından öncə verilməlidir, belə ki, Əbu Səid Əl xudri deyir ki: «Peyğəmbərin(sallalahu aleyhi və səlləm) dövründə biz zəkatı bayram günü bir saa miqdarında çıxardardıq.» (əl-Buxari)

İbn Ömər (Allah ondan razı olsun) belə deyir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun)(Allahın ona salavat və salamı olsun) insanlar  bayram namazına çıxmadan öncə Fitrə zəkatını verməyi əmr etdi.» (Muslim)

Məhz buna görə də bayram namazını biraz gec qılmaq daha yaxşıdır ki, insanlar fitrələrini çıxartmağa çata bilsinlər.

İcazəli vaxtına gəldikdə isə bayramdan bir və ya iki gün öncə fitrəni çıxartmaq olar.

İbn Ömər bayramda bir və ya iki gün öncə qarşısına çıxan kiçiyə də böyüyə də,qarşısına çıxan hər bir şəxsə belə fitrəni verərdi. (əl-Buxari)

Fitrə zəkatını bayram namazından sonraya gecikdirmək olmaz, üzürsüz yerə bayram namazından sonraya geçikdirilərsə o ondan gəbul olunmur çünki Peyğəmbərimizin əmrinə müxalifdir.

İbn Abbasın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə qeyd olunduğu kimi kim fitrəni namazdan öncə versə onda o qəbul olunan zəkatdır, kim də namazdan sonra versə o sədəqələrdən olan bir sədəqədir, üzürlü olaraq geçikdirənə isə fitrəni vermək icazəlidir. Misal olaraq insan fitrə zəkatını verməyi unutsa lakin bayramdan sonra yadına düşərsə o zaman fitrəni vermək icazəlidir.

Fitrə zəkatının verilmə məkanına gəldikdə isə o öz ölkəsində yaşayan və ya başqa ölkədə yaşayan kəsıblara verməlidir, sözsüz ki ən çox ehtiyacı olan kəsıblara verilməsi daha yaxşıdır.

Fitrə zəkatına ən çox ehtiyacı olanlar kəsıblardır, zəkatın hamsını bir kasıba da  vermək icazəlidir, bir neçə yerə bölüb bir neçə kəsıba da vermək icazəlidir.

Həmçinin ət-Tövbə surəsində keçən ayədə zikr olunan insanlara fitrə zəkatını vermək icazəlidi. Bu ayədə Allah Təalə buyurur: «Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.» (ət-Tövbə 60)

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Əbdul-Məcid Məmmədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment