Aktual Əxlaq Seçilmişlər

Fitnə zamanı müsəlmana lazım olan qayda və əsaslar

Şeyx Suleyman ər-Ruheyli

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1. Hissiyyatlara qapanma və onları şəriətə bağla.

2. Nəql edilən məlumatları yoxla və nəticə verməyə tələsmə.

3. Cahillik və elmsizlikdən uzaq ol, elm al və onu öyrətməyə üstünlük ver.

4. İxtilaf zamanı böyüklərdən tutunub, kiçiklərdən həzər et.

5. Yeni baş verən məsələlərdən həzər edib, sünnədən tutun.

6. Fitnəyə yaxın durmaqdan həzər et və ondan uzaq dur.

7. Fitnəyə mane olmaq onu aradan qaldırmaqdan daha asandır.

8. Fətva götürdüyün zaman nəfsi istəyi üstün tutma və dəlilin işiqlandırdığını götür.

9. Əgər sıravi birisənsə o zaman fətvanı seçimlə (meyl etdiyini) götürmə, daha elmli olanı təqlid et.

10. Dəyişkənlikdən uzaq durub, Quran və Sünnə nuru ilə din üzərində sabit ol.

11. Dəlillərlə oz istədiyin kimi çəkişmə (davranma), öz istəyini dəlillərin tələb etdiyi kimi et.

12. Təfriqədən (parçalanmaqdan) uzaq olub camaata mülazim ol.

13. Zülm, şərr və əzabdan uzaq durub adilliyə və onun əhlinə, həmçinin xeyrə və onun əhlinə yönəl.

14. Fitnələri tələb etmə, əksinə onun şərrindən Allaha sığın.

15. Fitnələrin bəzədilmiş yönlərinə aldanma və bir mömin bəsirəti ilə onların həqiqətlərinə nəzər sal.

16. Həddi aşmaqdan çəkinərək orta mövqeyə mülazim ol.

17. HaqIarı yerinə yetir və haqları tapdamaqdan çəkin.

18. Dar çərçivəli baxışlardan çəkinərək, haqqı əsasları və əlamətləri ilə öyrən.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şeyx Suleyman ər-Ruheylinin (Allah onu qorusun), Səhih Muslim kitabından
“Fitnələr və qiyamətin əlamətləri kitabı” adlı fəsilin şərhi dərsi, 24`cü səs yazısı.

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Elnur Əliyev

Leave a Comment