Məqalələr

Faydalar (2-ci hissə)

Ramil Soltanov

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əqidə və xəbər məsələlərində nəsx olmur. Nəsx ancaq hökmlərdə olur. Böyük şirk və tovhid məsələlərində nəsx olmur. Bunlardan ancaq kiçik şirk istisnadır. Necə ki, Allahdan qeyrisinə and içmək İslamın əvvəllərində caiz oldusa sonradan qadağan olunmuşdur.

Qəbirdə olanlar dirilərin səslərini eşitmirlər
Uca Allah buyurur: «Sözsüz ki, sən nə ölülərə eşitdirə bilərsən» (ən-Nəml 80). Digər bir ayədə belə buyurur: «Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən» (Fatir, 22).
Bundan yalnız üç hal istisnadır: 
1) Bədr döyüşündə peyğəmbər (Allahın ona salavat və salamı olsun) xitab etdiyi vəfat etmiş kimsələr.
2) Meyiti dəfn edib gedərkən qəbirdə həmin insanların ayaq səslərini eşidir.
3) Qəbirdə mələklər tərəfindən onlara verilən suallar və ya bu kimi şeyləri eşidirlər.

Əgər insan diri və qadirdirsə o insandan kömək istəmək olar. Yox əgər insan ölüdürsə və yaxud diridir ancaq kömək etməyə qadir deyilsə ondan kömək istəmək şirkdir.

Kim «Lə İləhə İllə Allah» kəliməsini deyib o halda ölərsə onun hökmü nədir?
1. Ruh hulquma yetişdikdən sonra deyərsə o kəlimə sahibinə fayda vermir. Firon kimi.
2. Əgər ruh hulquma yetişməzdən əvvəl təsdiq etməyərək, iman gətirməyərək deyərsə yenə həmin kəlimə sahibinə fayda verməz.
3. Əgər ruh hulquma yetişməzdən əvvəl təsdiq edərək iman gətiribsə həmin kəlimə sahibinə fayda verər.
4. Kim ki şirkdən və bütün günahlardan töbvə edərək deyərsə ilk məqamda Cənnətə girənlərdən olar Allahın izni ilə.
5. Kim ki şirkdən tövbə edərək günahlardan isə çəkinmədən deyərsə həmin şəxs Qiyamət günü Allahın istəyi altında olacaqdır. Uca Allah bu xüsusda buyurur: «Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa günahları isə dilədiyi kimsəyə bağışlayar». (ən-Nisə, 48).

Ərşi daşıyan mələklər barəsində insanlar iki rəyə bölünurlər
Birincisi: Mələklər yalnız ərşi daşıyacaqlar.
İkincisi: Ərşi və onun üzərində olan hər şeyi daşıyacaqlar. İkinci rəy daha düzgündür. Doğrusunu Allah bilir.

Kiçik şirk böyük günahlardan (şirkdən başqa) da böyükdür. Cünki kiçik şirk Allahdan qeyrisinə bağlanmaq və qəlblə əlaqədərdir. Böyük günahlar isə (şirkdən başqa) nəfsin zəif olmasından, şeytandan irəli gəlir.

Abdullah ibn Abbas, İkrimə, Əhməd və s. alimlər buyurmuşlar: «Şəkil ancaq baş sayılır. Şəkildən başı sildikdə kifayət edir».

Bütün Əhli Sünnə alimləri kafirlərin Qiyamət günü Allahı görməyəcəkləri barədə ittifaq etmişlər. Uca Allah buyurur: «Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!». (əl-Mutaffifin, 15).

Kiçik yaşda vəfat edən müsəlman və kafirlərin uşaqlarının hara düşməsi barəsində alimlər ixtilaf etmişlər. Alimlər müsəlmanların uşaqlarının Cənnətə düşməsi barəsində ittifaq etsələrdə, kafirlərin uşaqları barəsində ixtilaf etmiş və yeddi rəy irəli sürmüşlər. Bunlar ən məhşuru iki rəydir:
Birinci rəy: Onlar Cənnətə düşəcəklər. Dəlil Buxarinin rəvayət elədiyi hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: Atam İbrahimi Cənnətdə gördüm və ətrafında müsəlmanların uşaqları var idi. Səhabələr «müşrüklərin övlarları necə?»-deyə soruşduqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) «Müşrüklərin övladları da vardı»-deyə cavab verir.
İkinci rəy: Qiyamət günü onlar fitrət əhli kimi təzədən imtahan olunacaqlar. Uca Allah buyurur: «Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik». (əl-İsra, 15)
Bu iki rəydən birincisi daha doğru görünür. Düzünü Allah bilir.

Yer üzərində ən əfzəl yer Məkkədir. Tirmizinin rəvayət elədiyi hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) miniyinin üzərində olarkən belə dedi: «Allaha and olsun ki, sən ən xeyirli yersən və Allaha ən sevimli yersən. Əgər məni burdan çıxarmasaydılar çıxmazdım».
Onun xüsusiyyətlərindən bütün insanların qibləsidir.
Onun xüsusiyyətlərindən su başına çıxdıqda o istiqamətə tərəf bayıra çıxmaq olmaz.
Onun xüsusiyyətlərindən yer üzərində tikilən ilk məsciddir.

İsa Peyğəmbərin səmaya 33 yaşında qalxmasına dair heç bir səhih dəlil yoxdur.

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Fatimədən (Allah ondan razı olsun) başqa bütün övladları onun sağlığında vəfat etmişdir. Fatimə isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəfatından 6 ay sonra vəfat etmişdir.

Həmzə və Abbasdan (Allah onlardan razı olsun) başqa Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) heç bir əmisi İslamı qəbul etməmişdir.

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yoldaşı Zeynəb bintu Cəhş Ömər ibn əl-Xəttabın xəlifəliyi dövründə vəfat etmişdir.

Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) ilk qovuşan zövcəsi Zeynəb bintu Cəhş olmuşdur.

Bəzi mövqelərdə qadın kişinin yarısını götürür; qul azad etdikdə, əqiq kəsdikdə, şəhadət etdikdə, miras məsələsində, diyə verdikdə.

Allah Quranda Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) 3 yerdə and içməyi əmr etmişdir.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hansı mövqelərdə ağlamışdır? Oğlu İbrahim vəfat etdikdə, qızlarından birinin ölümünü gördükdə, Abdullah ibn Məsud Ona Quran oxuduqda, Osman ibn Məzun (Allah ondan razı olsun) vəfat etdikdə, günəş batdıqda, qızlarından birinin qəbrində olduqda. (1/183).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) heç vaxt Ramazanda ümrə etməmişdir.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Müzdəlifə çölündə gecə namazı qılmamışdır.

Sol əllə yemək haramdır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Ramil Soltanov