Uşaqlar üçün

Əsməul Husnə (Allahın gözəl İsimləri) – Əz-Zahir, Əl-Batin

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الباطن الظاهر
əz-Zahir – əl-Batin

«O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir». (əl-Hədid 3).
Zahir hər şeyin üstündə uca olması, Batin isə hər şeyin içində və hər şeyə əslindən də yaxın olmasıdır. Onun Zahir və üstün olmasını heç bir yer və göy gizləyə bilməz.

Zahir olması Batini görməsinə mane olmaz. Çünki batində Onun üçün Zahir kimidir. Onun üçün görünməyən görünən, uzaq olan isə yaxın kimidir. Müsəlman bu İsimləri bilməklə keçici varlılıqlara bağlanmaz. Çünki keçici varlılıqlara bağlanmaq yoxluğa bağlanmaqdır. Halbuki Axır olan Allaha bağlanmaq kəsinliklə yox olmayacaq və əbədiyyən var olana bağlanmaqdır.

Heç bir şey yox ikən Onun var olduğu kimi hər şey yox olduqdan sonra da Onun var olacağını bilir, daha da səmimiyyətlə Ona ibadət etməyə çalışar. Ondan başqa heç bir şeyə bel bağlamaz. Daima Ona möhtac olduğunu unutmaz. Hər şeyin Ondan başladığına və Ona da dönəcəyini xatırından çıxarmaz.

O, hər şeyin əvvəli və sonudur. Allahın Batin ismini bilən kimsə Allahın hər şeydən daha çox, hətta canından da ona daha yaxın olduğunu anlayar. Zahir ismi bilməklə insanın qəlbi tək bir ilaha yönələr və ona ibadət edər.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şəkili yüksək keyfiyyətdə yüklə (2.4 Mb)