Uşaqlar üçün

Əsməul Husnə (Allahın gözəl İsimləri) — Əl İləh

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الإله
Əl-İləh

Əl-İləh – İləh, tanrı, məbud deməkdir. «Sizin ilahınız (İLƏH) tək olan Allahdır. Ondan başqa ilah yoxdur». (əl-Bəqərə 163).
“Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır (İLƏH). Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!”. (ən-Nisə 171).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

al-ileh

Şəkili yüksək keyfiyyətdə yüklə (2.4 Mb)